Ceyhun Bayramov Yunanıstanlı səfirə Ermənistanın sülh prosesinə törətdiyi maneələr barədə MƏLUMAT VERDİ - FOTO  

18 yanvar 2023-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovun Yunanıstan Respublikasının Azərbaycan Respublikasındakı yeni səfiri Kristo Kapodistria ilə görüşü baş tutub.  

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyindən məlumat verilib. 

Bildirilib ki, görüş zamanı, səfir etimadnaməsinin surətini nazir Ceyhun Bayramova təqdim edib. 

Nazir Ceyhun Bayramov səfir Kristo Kaposdistrianı təyinatı münasibətilə təbrik edib, ona gələcək fəaliyyətində uğurlar arzulayıb. 

Görüşdə ikitərəfli əməkdaşlıq gündəliyində duran bir sıra məsələlər, siyasi, iqtisadi, enerji, humanitar, təhsil, turizm və digər sahələrdə, habelə çoxtərəfli platformalarda əməkdaşlıq məsələləri müzakirə olunub. 

Nazir Ceyhun Bayramov ATƏT-in Nazirlər Şurasının iclasları çərçivəsində Yunanıstan Xarici İşlər Naziri Nikos Dendias ilə Stokholm və Lodz şəhərlərində görüşünə istinad edərək, iki ölkə arasında siyasi dialoqun davam etdirilməsinin vacibliyini qeyd edib.

Ötən ilin 1 oktyabr tarixində Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektorunun açılış mərasimi çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevin Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis ilə görüşünün əhəmiyyətini vurğulayıb. 

Nazir Ceyhun Bayramov həmsöhbətinə Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması prosesi, sülh quruculuğu, Azərbaycan tərəfindən bu istiqamətdə atılan addımlar və irəli sürülən təşəbbüslər, azad olunmuş ərazilərdə aparılan bərpa və quruculuq işləri, habelə Ermənistanın sözügedən proseslər çərçivəsində törətdiyi maneələr və qeyri-konstruktiv mövqeyi barədə ətraflı məlumat verib. 

Öz növbəsində, Kristo Kapodistria diplomatik fəaliyyəti dövründə iki ölkə arasındakı əməkdaşlığın genişləndirilməsi üçün səylərini əsirgəməyəcəyini vurğulayıb. Azərbaycan və Yunanıstan arasında geniş əməkdaşlıq potensialının olduğunu qeyd edən səfir K. Kapodistria, ölkələr arasında turizm, enerji, iqtisadiyyat, nəqliyyat və digər sahələrdə əməkdaşlığın genişləndirilməsinin vacibliyini ifadə edib. 
Görüş zamanı, habelə iki ölkə arasında beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq və digər qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb. 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Rusiyanın təhdidlərinə Ermənistandan KTMT CAVABI – Gərginlik daha da ALOVLANIR

Rusiyanın təhdidlərinə Ermənistandan KTMT CAVABI – Gərginlik daha da ALOVLANIR

Küləkli havada 1 nəfər həyatını itirib, 4 nəfər isə XƏSARƏT alıb

Küləkli havada 1 nəfər həyatını itirib, 4 nəfər isə XƏSARƏT alıb

Bu əraziyə 36 sm qar yağıb - FAKTİKİ HAVA

Bu əraziyə 36 sm qar yağıb - FAKTİKİ HAVA

Prezident Əbu-Dabidəki mühüm tədbirdən VİDEO PAYLAŞDI

Prezident Əbu-Dabidəki mühüm tədbirdən VİDEO PAYLAŞDI

Vens: “İranda qərarları verən şəxs ali rəhbərdir” - VİDEO

Vens: “İranda qərarları verən şəxs ali rəhbərdir” - VİDEO

Azərbaycanlı aktrisaya baş rol həvalə edildi

Azərbaycanlı aktrisaya baş rol həvalə edildi

Türkiyə ötən il turizmdən nə qədər gəlir əldə edib?

Türkiyə ötən il turizmdən nə qədər gəlir əldə edib?

Ən çox və ən az məscidləri olan bölgələrimiz - SİYAHI

Ən çox və ən az məscidləri olan bölgələrimiz - SİYAHI

Radikal və kriminal təsirlərin gələcəyə vurduğu ZƏRBƏ – Valideyn məsuliyyətsizliyinin QORXUNC FƏSADLARI

Radikal və kriminal təsirlərin gələcəyə vurduğu ZƏRBƏ – Valideyn məsuliyyətsizliyinin QORXUNC FƏSADLARI

Əhalinin DİQQƏTİNƏ: Fevralın 28-i saat 19:10–20:30 aralığında...

Əhalinin DİQQƏTİNƏ: Fevralın 28-i saat 19:10–20:30 aralığında...

Bu bölgədə avtomobil yolları buz bağlayıb - FOTO

Bu bölgədə avtomobil yolları buz bağlayıb - FOTO

"Bitcoin" kəskin UCUZLAŞDI

"Bitcoin" kəskin UCUZLAŞDI

Pakistan səfiri Azərbaycana təşəkkür etdi – FOTO

Pakistan səfiri Azərbaycana təşəkkür etdi – FOTO

Mingəçevirdə DƏHŞƏT – Ana və üç övladı dəm qazından zəhərləndi

Mingəçevirdə DƏHŞƏT – Ana və üç övladı dəm qazından zəhərləndi

Azərbaycan Kuboku: "Qarabağ" bu gün "Şamaxı"nı sınağa çəkəcək

Azərbaycan Kuboku: "Qarabağ" bu gün "Şamaxı"nı sınağa çəkəcək

Bu ərazidə qanunsuz tikili söküldü – VİDEO

Bu ərazidə qanunsuz tikili söküldü – VİDEO

Bir ailənin 3 üzvü dəm qazından zəhərləndi

Bir ailənin 3 üzvü dəm qazından zəhərləndi

DTX-nin saxladığı şəxslərə HÖKM OXUNDU

DTX-nin saxladığı şəxslərə HÖKM OXUNDU

Mingəçevir sakinlərinin NƏZƏRİNƏ: Saat 09:00-dan 12:00-dək...

Mingəçevir sakinlərinin NƏZƏRİNƏ: Saat 09:00-dan 12:00-dək...

Bu bölgəmizdə qeyri-sabit hava var – FOTO/VİDEO

Bu bölgəmizdə qeyri-sabit hava var – FOTO/VİDEO

Avro ucuzlaşdı, rubl bahalaşdı – YENİ MƏZƏNNƏ

Avro ucuzlaşdı, rubl bahalaşdı – YENİ MƏZƏNNƏ

Xərçəng müalicəsində inqilab: Şişi “donduran” dərman hazırlandı

Xərçəng müalicəsində inqilab: Şişi “donduran” dərman hazırlandı

16 kiloqram narkotiki satmaq istəyən şəxs TUTULDU – FOTO/VİDEO

16 kiloqram narkotiki satmaq istəyən şəxs TUTULDU – FOTO/VİDEO

"Coca-Cola"ya görün nələr qatılır? - Həqiqət ortaya çıxdı

"Coca-Cola"ya görün nələr qatılır? - Həqiqət ortaya çıxdı

End of content

No more pages to load

RADİO