Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanvarın 18-də Davosda Litva Respublikasının Prezidenti Gitanas Nauseda ilə görüşü olub.
Bizim.Media xəbər verir ki, görüşdə Litva Prezidenti Gitanas Nauseda Azərbaycana ötənilki səfərini məmnunluqla xatırladıb, səfər əsnasında ölkələrimiz arasında ikitərəfli əlaqələrin inkişafına dair Prezident İlham Əliyev ilə geniş müzakirələr apardığını qeyd edib. Prezident Gitanas Nauseda Prezident İlham Əliyevi Litvaya səfərə dəvət edib.
Səfərə dəvəti məmnunluqla qəbul edən dövlətimizin başçısı Litva Prezidentinin Azərbaycana səfərinin ikitərəfli əlaqələrimizin inkişafı baxımından əhəmiyyətini vurğulayıb.
Bizim.Media