Prezident Davosda “Signify” şirkətinin baş icraçı direktoru ilə görüşdü - FOTO-VİDEO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanvarın 18-də Davosda “Signify” (əvvəlki adı “Philips Lighting”) şirkətinin baş icraçı direktoru Erik Rondolat ilə görüşü olub.

Bizim.Media xəbər verir ki, Erik Rondolat dövlətimizin başçısına Azərbaycanda, o cümlədən işğaldan azad edilmiş ərazilərdə - Şuşa və Ağdam şəhərlərində həyata keçirilən layihələrin gedişatı və perspektivləri barədə məlumat verib.

Prezident İlham Əliyev “Signify” şirkətinin Azərbaycandakı fəaliyyətini yüksək qiymətləndirilib, Bakı, Sumqayıt, Gəncə də daxil olmaqla artıq 11-dən çox şəhərin işıqlandırma sistemlərinin ağıllı layihələr, ağıllı həllər vasitəsilə həyata keçirildiyini xüsusi qeyd edib, bunun Azərbaycanın son illərdə yaşıl enerji siyasətinin dəstəklənməsi istiqamətində ciddi addımlarından biri olduğunu bildirib. Qeyd edildi ki, bu yeni texnologiyalar nəticəsində elektrik enerjisi sərfinə ciddi şəkildə qənaət olunacaq.

“Signify” şirkətinin baş icraçı direktoru diqqətə çatdırıb ki, serverlər Azərbaycanda yerləşdirilməklə bütün bu şəhərlər ağıllı sistem vasitəsilə vahid mərkəzdən idarə olunacaq. Bu, Azərbaycana əlavə enerji sərfiyyatına qənaət imkanı yaradacaq.

Erik Rondolat Prezident İlham Əliyevə, eyni zamanda, Bakı şəhərində həyata keçiriləcək fasad işıqlandırılması, Şuşada teleqüllənin işıqlandırılması, aqrar sektorda reallaşdırılacaq layihələr barədə məlumat verib. Bildirilib ki, artıq aqrar sektorda layihələrin icrasına başlanılıb. Bu, istixanalarda məhsuldarlığın iki dəfədən çox artımına gətirib çıxaracaq. Enerji sərfiyyatına ciddi şəkildə qənaət olunacaq ki, bu da biznesin dəstəklənməsi baxımından xüsusi əhəmiyyətə malikdir.

Sonda dövlətimizin başçısı bu layihələrin əhəmiyyətini qeyd etdi və “Signify” şirkəti ilə Azərbaycanın aidiyyəti qurumları arasında əməkdaşlığın davam etdirilməsinin məqsədəuyğun olduğunu vurğulayıb.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bu əraziyə 36 sm qar yağıb - FAKTİKİ HAVA

Bu əraziyə 36 sm qar yağıb - FAKTİKİ HAVA

Prezident Əbu-Dabidəki mühüm tədbirdən VİDEO PAYLAŞDI

Prezident Əbu-Dabidəki mühüm tədbirdən VİDEO PAYLAŞDI

Vens: “İranda qərarları verən şəxs ali rəhbərdir” - VİDEO

Vens: “İranda qərarları verən şəxs ali rəhbərdir” - VİDEO

Azərbaycanlı aktrisaya baş rol həvalə edildi

Azərbaycanlı aktrisaya baş rol həvalə edildi

Türkiyə ötən il turizmdən nə qədər gəlir əldə edib?

Türkiyə ötən il turizmdən nə qədər gəlir əldə edib?

Ən çox və ən az məscidləri olan bölgələrimiz - SİYAHI

Ən çox və ən az məscidləri olan bölgələrimiz - SİYAHI

Radikal və kriminal təsirlərin gələcəyə vurduğu ZƏRBƏ – Valideyn məsuliyyətsizliyinin QORXUNC FƏSADLARI

Radikal və kriminal təsirlərin gələcəyə vurduğu ZƏRBƏ – Valideyn məsuliyyətsizliyinin QORXUNC FƏSADLARI

Əhalinin DİQQƏTİNƏ: Fevralın 28-i saat 19:10–20:30 aralığında...

Əhalinin DİQQƏTİNƏ: Fevralın 28-i saat 19:10–20:30 aralığında...

Bu bölgədə avtomobil yolları buz bağlayıb - FOTO

Bu bölgədə avtomobil yolları buz bağlayıb - FOTO

"Bitcoin" kəskin UCUZLAŞDI

"Bitcoin" kəskin UCUZLAŞDI

Pakistan səfiri Azərbaycana təşəkkür etdi – FOTO

Pakistan səfiri Azərbaycana təşəkkür etdi – FOTO

Mingəçevirdə DƏHŞƏT – Ana və üç övladı dəm qazından zəhərləndi

Mingəçevirdə DƏHŞƏT – Ana və üç övladı dəm qazından zəhərləndi

Azərbaycan Kuboku: "Qarabağ" bu gün "Şamaxı"nı sınağa çəkəcək

Azərbaycan Kuboku: "Qarabağ" bu gün "Şamaxı"nı sınağa çəkəcək

Bu ərazidə qanunsuz tikili söküldü – VİDEO

Bu ərazidə qanunsuz tikili söküldü – VİDEO

Bir ailənin 3 üzvü dəm qazından zəhərləndi

Bir ailənin 3 üzvü dəm qazından zəhərləndi

DTX-nin saxladığı şəxslərə HÖKM OXUNDU

DTX-nin saxladığı şəxslərə HÖKM OXUNDU

Mingəçevir sakinlərinin NƏZƏRİNƏ: Saat 09:00-dan 12:00-dək...

Mingəçevir sakinlərinin NƏZƏRİNƏ: Saat 09:00-dan 12:00-dək...

Bu bölgəmizdə qeyri-sabit hava var – FOTO/VİDEO

Bu bölgəmizdə qeyri-sabit hava var – FOTO/VİDEO

Avro ucuzlaşdı, rubl bahalaşdı – YENİ MƏZƏNNƏ

Avro ucuzlaşdı, rubl bahalaşdı – YENİ MƏZƏNNƏ

Xərçəng müalicəsində inqilab: Şişi “donduran” dərman hazırlandı

Xərçəng müalicəsində inqilab: Şişi “donduran” dərman hazırlandı

16 kiloqram narkotiki satmaq istəyən şəxs TUTULDU – FOTO/VİDEO

16 kiloqram narkotiki satmaq istəyən şəxs TUTULDU – FOTO/VİDEO

"Coca-Cola"ya görün nələr qatılır? - Həqiqət ortaya çıxdı

"Coca-Cola"ya görün nələr qatılır? - Həqiqət ortaya çıxdı

Qayınatasının şirkəti adından vətəndaşları aladatdı: 237 minlik dələduzluq

Qayınatasının şirkəti adından vətəndaşları aladatdı: 237 minlik dələduzluq

Qaytarılmayan mallar, verilməyən qəbzlər - Mağazalar qanunu necə POZUR?

Qaytarılmayan mallar, verilməyən qəbzlər - Mağazalar qanunu necə POZUR?

End of content

No more pages to load

RADİO