Litva nəyə görə ədalətin yox, ermənilərin yanında dayanır? - Litvalı jurnalistin rəsmi Vilnüsə ETİRAZI

Litva son zamanlarda Azərbaycana qarşı ikili münasibət sərgiləyib. Sözdə Azərbaycanı özünə dost desə də, onun ərazi bütövlüyünü qəbul etsə də zaman-zaman ermənipərəst mövqedən çıxış edib. Qondarma erməni soyqırımını 2005-ci ildə tanımış ölkələrdən biri olan Litva Seymi vaxtilə hətta Qarabağın separatçı rejimi ilə parlament dostluq qrupunun yaradılmasına da çalışırdı. 44 günlük müharibə dövründə də bu ölkə bir qayda olaraq ermənipərəst mövqe nümayiş etdirdi. 

Təkcə 2022-ci ildə Litva XİN Qarabağla bağlı 2 dəfə anti-Azərbaycan bəyanatı verib. Sonuncu bəyanatsa ötən ay olub.

Litva höküməti ötən ay Şuşa-Xankəndi yolundakı dinc aksiyanı siyasiləşdirərək, bunu Azərbaycanın Qarabağdakı ermənilərə qarşı “humanitar blokada”sı adlandırıb.

Təbii ki, Litva dövlətinin qeyri-obyektiv və ədalətsiz mövqeyi Beynəlxalq aləmdə, o cümlədən bu ölkənin özündə birmənalı qarşılanmayıb. Litva höküməti mütəmadi olaraq qınaq və tənqidlərə tuş gəlib. Məsələn, Litvalı jurnalist, publisist Gintaras Visotskas “Slaptai.lt” nəşrində ölkəsinin ədalətsiz mövqeyi barədə geniş yazı dərc etdirib.

Litvanın SÖZÜ ilə ƏMƏLİ niyə düz gəlmir?

Jurnalist yazır ki, Litvanın Ermənistanla bağlı mövqeyi anlaşılmazdır:

“Dünyanın ən nüfuzlu müzakirələrində müxtəlif formalarda bütün beynəlxalq təşkilatlar Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olduğunu iddia edirlər. Litva da rəsmi olaraq eyni mövqedən çıxış edir: Qarabağ Azərbaycandır. Bununla belə, Litvanın bəzi davranışı nə başa düşülən, nə də əsaslandırılandır. Mən Litva Xarici İşlər Nazirliyinə bir neçə sual ünvanlamaq istərdim. Son otuz ildə biz nə vaxtsa İrəvanı qınamışıqmı ki, 1992-1994-cü illərdə erməni separatçıları Rusiya silahlı qüvvələrinin dəstəyi ilə Qarabağı və ona bitişik yeddi rayonu ələ keçirmişlər?

Nə vaxtsa İrəvanın öz silahlı qüvvələrini Qarabağdan çıxarmamasından qəzəblənmisiniz? Təcavüzkar erməni hərbi birləşmələrinin təzyiqi nəticəsində qaçqın düşmüş 800 minə yaxın azərbaycanlıya rəğbət göstərdinizmi? Qarabağda azərbaycanlıların guyaki ermənilərin tarixi, mədəni və dini abidələrinin dağıtması barədə hay-küy salarkən ermənilərin Qarabağda meşələri vəhşicəsinə məhv etməsinin, faydalı qazıntıların oğurlanması hallarının qarşısında niyə susdunuz?”

Sülhdən danışan Qərb əslində MÜHARİBƏNİ təşviq edir

Litvalı jurnalist daha sonra qeyd edir ki, iyirmi ilə yaxındır ki, Litvanın üzvü olduğu beynəlxalq təşkilatlar Qarabağla bağlı mübahisənin sülh yolu ilə həll edilməli olduğunu var səslə qışqırırlar:

“Amma Qərb liderləri heç vaxt deməyiblər ki, yad əraziləri zəbt etmiş təcavüzkar öz istəyi ilə geri çəkilməsə təcavüzə məruz qalan tərəf nə etsin. Qərb liderləri, o cümlədən Litva son iki onillikdə həqiqəti demirlər: təcavüzkar qanunsuz zəbt etdiyi torpaqları könüllü tərk etməsə, qurbanın öz ərazisini müdafiə etmək hüququ var (axı, bu gün heç kim Ukraynanı buna görə ittiham etmir). Qərb özünü elə aparırdı ki, sanki Qarabağ münaqişəsinin dondurulması onun xeyrinədir. Normalda isə bu işğala görə Ermənistana ən azı iqtisadi və siyasi sanksiyalar tətbiq edilməli idi. Lakin, belə vəziyyətdə Qərb daha çox Azərbaycanın üstünə getdi.

Bu ölkəni gah demokratiyanın az olmasında, gah korrupsiyaya, gah da ki, erməni əsgərlərinin mövqelərini atəşə tutmasında qınadı. Amma Qərb Ermənistanı barmaqla belə hədələmədi. Guya Ermənistan kainatın ən ədalətli, ən gözəl, ən layiqli ölkəsidir.
Hətta 2020-ci illərdə Ermənistan Azərbaycanın Qarabağla heç bir əlaqəsi olmayan üç şəhəri - Bərdə, Gəncə və Tərtəri atəşə tutanda da ölüm sükutu hökm sürürdü.  2020-ci illərdə Azərbaycanda yüzlərlə dinc sakin öldürüləndə və yaralananda, onlarla ev dağıdılanda nə bir səs-küy vardı, nə də bir etiraz”. 

Litva XİN-ə jurnalistdən VACİB XATIRLATMA

Gintaras Visotskas Litva XİN-in Laçın dəhlizi ilə bağlı son bəyanatına da toxunub:

“Laçınla dəhlizindəki dinc etiraz aksiyası ilə bağlı Litvanın rəsmi mövqeyi başa düşülən deyil. Qarabağ Azərbaycanın ərazisidir. Lakin Rusiya sülhməramlıları və erməni separatçıları yolu bağlayıb azərbaycanlıları öz torpaqlarına buraxmırlar. Ən azından vizual olaraq qızıl və molibden mədənlərində nə baş verdiyini görmək Azərbaycanın qanuni haqqıdır.

Fikrimcə, Qərb də, Litva höküməti də ən azından buna görə etirazını bildirməlidir ki, nəyə görə Azərbaycan nümayəndələri hələ də bütün Qarabağda-öz torpaqlarında rahat gəzə bilmirlər. Lakin, Litva Xarici İşlər Nazirliyi bildirir ki, Litva höküməti “Qarabağda Laçın dəhlizinin blokadaya alınmasından”, “Dağlıq Qarabağda ola biləcək humanitar fəlakətdən” və  “Cənubi Qafqazda bütün sülh prosesinin məhv edilməsindən” narahatdır. 
Litva Xarici İşlər Nazirliyinin fikrincə, yenə azərbaycanlılar günahkardır. Amma bu sözləri söyləyənlər unudur ki, Qarabağ Azərbaycandır! Lakin, azərbaycanlılara Qarabağın bütün nöqtələrinə getmək qadağası var. Niyə? Bəs harda qaldı sizin ədalətiniz?”

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Qurban Qurbanov mübahisəli penaltidən DANIŞDI: “Ona görə hakimin üzərinə getdilər” - VİDEO

Qurban Qurbanov mübahisəli penaltidən DANIŞDI: “Ona görə hakimin üzərinə getdilər” - VİDEO

Azərbaycanlı müğənni qəzaya düşdü

Azərbaycanlı müğənni qəzaya düşdü

Mübahisəyə səbəb olan həmin PENALTİ epizodu – VİDEO

Mübahisəyə səbəb olan həmin PENALTİ epizodu – VİDEO

Məktəblidən şok etiraf: "Bufetdəki yeməkdən zəhərlənmişik" - VİDEO

Məktəblidən şok etiraf: "Bufetdəki yeməkdən zəhərlənmişik" - VİDEO

Qurban Qurbanov da qızıl medal qazandı

Qurban Qurbanov da qızıl medal qazandı

"Sabah" "Qarabağ"ı məğlub edib

"Sabah" "Qarabağ"ı məğlub edib

İran yenə Trampı lağa qoydu: “Səsini kəs!” - VİDEO

İran yenə Trampı lağa qoydu: “Səsini kəs!” - VİDEO

Qalibafın atəşkəsin yeganə yolunu AÇIQLADI

Qalibafın atəşkəsin yeganə yolunu AÇIQLADI

Gəncədə güclü yanğın hadisəsi baş verib - VİDEO

Gəncədə güclü yanğın hadisəsi baş verib - VİDEO

"Günlərdir gecələr yatmıram"

"Günlərdir gecələr yatmıram"

Bu nazirlik də yoxlamadan “üzüağ” ÇIXMADI

Bu nazirlik də yoxlamadan “üzüağ” ÇIXMADI

İlham Əliyev: “Biz bu göstərici üzrə dünyada BİRİNCİ yerdəyik

İlham Əliyev: “Biz bu göstərici üzrə dünyada BİRİNCİ yerdəyik

Tramp 8 iranlı qadınla bağlı: "İrana və liderlərinə minnətdaram!"

Tramp 8 iranlı qadınla bağlı: "İrana və liderlərinə minnətdaram!"

Azərbaycan bir çox AVROPA ölkəsi üçün STRATEJİ tərəfdaşdır...

Azərbaycan bir çox AVROPA ölkəsi üçün STRATEJİ tərəfdaşdır...

Latviya Prezidenti Ağ Şəhər haqqında: MÖCÜZƏ yaratmısınız

Latviya Prezidenti Ağ Şəhər haqqında: MÖCÜZƏ yaratmısınız

Bu planın yerinə yetirildiyini düşünürəm - İlham Əliyev

Bu planın yerinə yetirildiyini düşünürəm - İlham Əliyev

ABŞ-ın İrana hücumunda İLK: 40 ildən sonra yenə BU SİLAHDAN istifadə etdi

ABŞ-ın İrana hücumunda İLK: 40 ildən sonra yenə BU SİLAHDAN istifadə etdi

Prezident: Azərbaycan olmadan Şərq və Qərb arasında bağlantı PROBLEMLİDİR

Prezident: Azərbaycan olmadan Şərq və Qərb arasında bağlantı PROBLEMLİDİR

Prezidentlə latviyalı həmkarının görüşündən növbəti PAYLAŞIM - VİDEO

Prezidentlə latviyalı həmkarının görüşündən növbəti PAYLAŞIM - VİDEO

Güləşçimiz Həsrət Cəfərov Avropa çempionu oldu

Güləşçimiz Həsrət Cəfərov Avropa çempionu oldu

Tanklar, helikopter və ağır silahlar... Qardaşların birgə TƏLİMİ - VİDEO

Tanklar, helikopter və ağır silahlar... Qardaşların birgə TƏLİMİ - VİDEO

Yuxarı təzyiqdən əziyyət çəkənlərin nəzərinə: dərmanlar bu səbəbdən təsir etmirmiş

Yuxarı təzyiqdən əziyyət çəkənlərin nəzərinə: dərmanlar bu səbəbdən təsir etmirmiş

Livan: İsrail qüvvələri yaralı jurnalistlərə yaxın getməyə qoymur

Livan: İsrail qüvvələri yaralı jurnalistlərə yaxın getməyə qoymur

DSK-nin anbarında 4,7 milyonluq planşet aşkarlandı

DSK-nin anbarında 4,7 milyonluq planşet aşkarlandı

End of content

No more pages to load

RADİO