“Ərdoğan rusların kürd məsələsinə burunlarını soxmalarına imkan yaratdı”x9d


Türkiyə prezidenti Rəcəb Teyyub Ərdoğan Xalqların Demokratik Partiyasının (HDP) sədri Səlahəddin Dəmirtaşa qarşı çox ciddi ittihamlar səsləndirib. Ərdoğan deyib ki, Suriyadakı son hadisələr terror təşkilatı olan PKK-nın iştahasını bir qədər artırıb. 

“Onlar ölkələrindəki terror hadisələrini ölkəmizə daşımaq niyyətindədirlər. Biz bunlara fürsət vermədik, vermiyəcəyik də. Hazırda güc strukturları çox uğurlu əməliyyatlara imza atırlar. Ölkə daxilində və xaricində zərərsizləşdirilən terrorçuların sayı 3 mini keçib. Onlar tam yox edilənə kimi əməliyyatlar davam edəcək. 

Bugünlərdə bir çox insanların maskalarının düşdüyünü görmək mümkündür. Dəmirtaş Rusiya səfəri  zamanı “qulağına pıçıldanan”x9d bəzi xəbərlərdən coşub çıxışlar edib. Onun etdikləri provakasiyadır, xəyanətdir. Türkiyə üzərindən hər hansı bir əməliyyat həyata keçirmək istəyənlərin hamısı boyunun ölçüsünü alıb. Terror təşkilatı və onun kuklası olanlar çox diqqətli olsun" - deyib Ərdoğan.  

HDP sədrinin Moskvaya getməsi və orada Türkiyə əleyhinə açıqlamaları Azərbaycanda da bir çox siyasi qüvvələrdə, sadə insanlarda narazılıq yaradıb. Dəmirtaşın hərəkətinə Azərbaycan Kürdləri İctimai Birliyinin sədri Tahir Süleymanın münasibətini öyrəndik. 

O, Dəmirtaşın bir deputat və partiya sədri kimi hansısa ölkəyə səfər etməkdə sərbəst olduğunu dedi: “Rusiyaya da səfər etməsi normal və haqlıdır. Səlahəddin Dəmirtaş Moskvada Türkiyənin yox, AKP iqtidarının əleyhinə açıqlamalar verib. Çox doğru da edib. Əsrlərdir bir yerdə yaşayan iki qardaş xalqı bir-biri ilə üz-üzə qoymağa, bir-birinə qırdırmağa çalışan hökuməti tərifləməli deyildi. Dəmirtaş görür ki, soydaşları yaşayan kəndlər dağıdılır, soydaşları yurd-yuvalarından didərgin salınır. Ukraynadan və digər ölkələrdən Məhsəti türklərini boşaldılmış kürd kəndlərinə gətirib yerləşdirirlər. Belə bir durumda o, nə etməlidir? Dəmirtaş öz xalqının qırğınını dünyaya çatdırmaq istəyir. Yaxın zamanlarda dünyanın digər ölkələrinə də səfər edəcək. Onun səfərləri Türkiyə dövlətinə qarşı deyil. Sadəcə, Türkiyəni ağır durumla üz-üzə qoyan hakimiyyətə qarşıdır”x9d. 

T.Süleymanın fikrincə, Ərdoğan imkan yaratmamalıydı ki, ruslar kürd məsələsinə burunlarını soxmaq şansı qazansınlar: 
“Dünya tarixində hər zaman kürdlər Türkiyənin qorunması üçün canlarını sipər ediblər. Sarıqamışda, Çanaqqalada minlərlə kürd canını fəda edib Türkiyə üçün. Təəssüf ki, həmişə də sonradan çıxdaş olunublar. İndi də şübhəsiz ki, nə Rusiya, nə ABŞ, nə də Avropa kürdlərə qarşı səmimi deyil. Sadəcə, bölgədə sərvətlərin bölüşdürülməsi savaşı gedir və bu savaşda kürdləri öz oyunlarına gətirmək istəyirlər. Guya kürdlərə haqq verirlər. İnhisarçı dövlətlərin hamısı öz mənafelərini güdür. Gərək Türkiyə iqtidarı kürdlərlə elə davranaydı ki, kürdlər o dövlətləri özlərinə yaxın buraxmayaydı. Kürdlər sıxışdırıldıqca, istər-istəməz özlərinə kənarda dəstək axtarmağa məcbur olurlar. İmperialist dövlətlər isə vəziyyətdən öz məkrli niyyətləri üçün istifadə edirlər. Yenə də Rusiya ilə Türkiyənin münasibətləri düzələcək, iqtisadi əlaqələri olacaq, yaxınlaşacaq. Yenə ortada itirən kürd xalqı, türk-kürd qardaşlığı olacaq”x9d.(musavat.com)

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Azərbaycan dəri istehsalını 2 dəfədən çox ARTIRIB

Azərbaycan dəri istehsalını 2 dəfədən çox ARTIRIB

9,85 milyon dollarlıq desert — Dünyanın ən bahalı şirniyyatları

9,85 milyon dollarlıq desert — Dünyanın ən bahalı şirniyyatları

“Hər gün yüzlərlə iş yeri bağlanır”

“Hər gün yüzlərlə iş yeri bağlanır”

Okeanın dərinliklərində 31 yeni dəniz canlısı kəşf edildi - FOTO

Okeanın dərinliklərində 31 yeni dəniz canlısı kəşf edildi - FOTO

Ötən gün axtarışda olan 131 nəfər SAXLANILDI

Ötən gün axtarışda olan 131 nəfər SAXLANILDI

SON DƏQİQƏ! Bakı–Naxçıvan aviareysləri LƏĞV EDİLDİ

SON DƏQİQƏ! Bakı–Naxçıvan aviareysləri LƏĞV EDİLDİ

“15 ildir bizi qürurlandırırsan”

“15 ildir bizi qürurlandırırsan”

Günəş enerjisi ilə işləyən elektrikli velosiped təqdim olundu

Günəş enerjisi ilə işləyən elektrikli velosiped təqdim olundu

Azərbaycan şəkər ixracından qazancını KƏSKİN ARTIRIB

Azərbaycan şəkər ixracından qazancını KƏSKİN ARTIRIB

Leyla Əliyeva Dənizkənarı Milli Parkdan VİDEO PAYLAŞDI

Leyla Əliyeva Dənizkənarı Milli Parkdan VİDEO PAYLAŞDI

Bu qarabaşaq məhsulunu yemək qadağan edildi

Bu qarabaşaq məhsulunu yemək qadağan edildi

Motosikleti “protiv” sürüb yolda hamıya təhlükə yaratdı - Araşdırma aparılır – VİDEO

Motosikleti “protiv” sürüb yolda hamıya təhlükə yaratdı - Araşdırma aparılır – VİDEO

"Qarabağ" legioner futbolçusu ilə yollarını ayırdı

"Qarabağ" legioner futbolçusu ilə yollarını ayırdı

Avropada REKORD İSTİLƏR - Asfalt örtük çatladı, relslər əyildi

Avropada REKORD İSTİLƏR - Asfalt örtük çatladı, relslər əyildi

Hansı kərə yağı daha yaxşıdır? - 72,5%, yoxsa 82,5%?

Hansı kərə yağı daha yaxşıdır? - 72,5%, yoxsa 82,5%?

İsti avtomobili saniyələr içində necə sərinlətmək olar?

İsti avtomobili saniyələr içində necə sərinlətmək olar?

Damar yolu ilə köçürülən serumlarda təhlükə aşkarlandı – ARAŞDIRMA

Damar yolu ilə köçürülən serumlarda təhlükə aşkarlandı – ARAŞDIRMA

İçərişəhərdəki tədbir havaya görə TƏXİRƏ SALINDI

İçərişəhərdəki tədbir havaya görə TƏXİRƏ SALINDI

Nəzarətsiz D vitamini və sink qəbul edən qadınlar risk altında -Endokrinoloqdan XƏBƏRDARLIQ

Nəzarətsiz D vitamini və sink qəbul edən qadınlar risk altında -Endokrinoloqdan XƏBƏRDARLIQ

Stiven Siqal Rusiyadakı lüks malikanəsini sata bilmir - FOTO

Stiven Siqal Rusiyadakı lüks malikanəsini sata bilmir - FOTO

Dərnəgül yolunda dəhşətli hadisə - VİDEO

Dərnəgül yolunda dəhşətli hadisə - VİDEO

Sabah hava necə olacaq? – PROQNOZ

Sabah hava necə olacaq? – PROQNOZ

Azərbaycan XİN Cibutini təbrik etdi – FOTO

Azərbaycan XİN Cibutini təbrik etdi – FOTO

Tramp ABŞ-ın yeni pasportunun dizaynını təqdim etdi – FOTO

Tramp ABŞ-ın yeni pasportunun dizaynını təqdim etdi – FOTO

End of content

No more pages to load

RADİO