ABŞ Prezidenti Donald Tramp ölkənin müstəqilliyinin 250 illiyi münasibətilə məhdud sayda buraxılan yeni pasportun dizaynını təqdim edib.
Bizim.Media xəbər verir ki, Tramp sənədin layihəsini "Truth Social" hesabında paylaşıb.
Sənədin daxili üz qabığında Müstəqillik Bəyannaməsi və Amerika bayrağı fonunda Trampın portreti, qızılı hərflərlə imzası var.
Arxa üz qabığında isə üzərində "250" rəqəmi olan bayrağın təsviri var.
"ABŞ-ın yeni pasportu, burada deyilir "Xoş gəlmisiniz, ancaq yaxşı olun" - deyə Tramp paylaşımda qeyd edib.

Bizim.Media