Qarabağın ermənicə “blokadası”: 27 gündə ərzaqla dolu yüzlərlə yük maşınının hərəkəti

Artıq 27 gündür ki, Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı qazıntı yataqlarının qanunsuz istismarına qarşı Xankəndi-Laçın yolunun Şuşa şəhərinin altından keçən hissəsində azərbaycanlı ekoloqların və ictimaiyyət nümayəndələrinin etiraz aksiyası davam edir.

Bizim.Media xəbər verir ki, azərbaycanlı fəalların etiraz aksiyasının başladığı ilk gündən başlayaraq dünyanın müxtəlif yerlərində məskunlaşmış ermənilər və onlara rəğbət bəsləyənlər süni şəkildə Qarabağın “blokadası” ilə bağlı tezisləri dövriyyəyə buraxıblar.

Azərbaycan tərəfi dəfələrlə Xankəndindəki qeyri-qanuni qruplaşmanın nümayəndələrinin və Ermənistan hakimiyyətinin “blokada” ilə bağlı yalanlarını təkzib edib və Laçın yolu ilə humanitar yük daşıyan avtomobillərin keçidinin açıq olması barədə məlumatı dünya ictimaiyyətinin diqqətinə çatdırıb və vurğulayıb ki, yolun bağlı saxlanılmasından söhbət gedə bilməz.
Bunu özünü Qarabağdakı qanunsuz hərbi birləşməyə “rəhbəri” elan etmiş Vardanyan da təsdiq edib. O açıqlamalarından birində qeyd edib ki, Qarabağda məskunlaşan ermənilər Rusiya sülhməramlıları və Beynəlxalq Qızıl Xaç Komitəsi tərəfindən ərzaqla təmin edilirlər.

Caliber.Az-ın etibarlı mənbələrdən əldə etdiyi məlumata görə, 2022-ci il dekabrın 12-dən azərbaycanlı ekoloqların etiraz aksiyasının keçirildiyi yoldan 5 yanvar 2023-cü il tarixinə qədər 370-ə yaxın müxtəlif təyinatlı avtomobil yolun hər iki istiqaməti üzrə keçid həyata keçirib.

Bunlardan 330-u Rusiya sülhməramlı kontingentinə, 31-i avtomobil, o cümlədən təcili yardım maşınları daxil, Beynəlxalq Qızıl Xaç Komitəsinə, 3 təcili yardım maşını isə yerli erməni sakinlərə məxsus olub.


Xüsusilə qeyd edirik ki, etirazçılar yuxarıda sayı qeyd edilən yüzlərlə maşının hərəkətinə heç bir maneə yaratmayıblar.

Nəzərə alsaq ki, Ermənistan tərəfinin iddialarının əksinə olaraq, Azərbaycanın Qarabağ bölgəsində Rusiya sülhməramlılarının müvəqqəti məsuliyyət zonasında olan erməni əhalisinin sayı 30 min nəfəri ötmür, əminliklə deyə bilərik ki, Xankəndinə doğru hərəkət etmiş yüzlərlə yük maşını bu qədər insanı təmin etmək üçün kifayətdir.

Bu qədər ağır tonnajlı maşınların hərəkəti yaradılmış şərait İrəvanın və Xankəndindəki qanunsuz qurumun nümayəndələrinin Qarabağdakı “blokada” və “etnik təmizləmə” ilə bağlı kinli və isterik bəyanatlarını tamamilə təkzib edir.
Onu da xatırladaq ki, Azərbaycan tərəfi dəfələrlə bəyan edib: həqiqətən də humanitar yük daşıyan nəqliyyat vasitələri üçün heç bir məhdudiyyət mövcud deyil.

Yekunda Ermənistan tərəfinə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ayxan Hacızadənin sözləri ilə cavab vermək qalır: “Əgər Laçın yolu bağlı olsaydı, oradan heç bir avtomobil keçməzdi”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Ət yenə BAHALAŞDI: Quzu ətinin kilosu 26 manata çatdı

Ət yenə BAHALAŞDI: Quzu ətinin kilosu 26 manata çatdı

Abituriyentlərin yarıdan çoxu KƏNDLƏRDƏN müraciət edib

Abituriyentlərin yarıdan çoxu KƏNDLƏRDƏN müraciət edib

Bazardan pomidor alanda yalnız rənginə baxmayın - Ən dadlısını seçməyin sirri

Bazardan pomidor alanda yalnız rənginə baxmayın - Ən dadlısını seçməyin sirri

Bu ölkələrdə kişilər xəyanət etmir? - Araşdırma

Bu ölkələrdə kişilər xəyanət etmir? - Araşdırma

Özünü “pis ana“ adlandırdı

Özünü “pis ana“ adlandırdı

Bəzi insanlar əsəbiləşəndə niyə ağlayırlar?

Bəzi insanlar əsəbiləşəndə niyə ağlayırlar?

“Təlimdə idim, gəlib gördüm ki, evimi vurub dağıdırlar” – VİDEO

“Təlimdə idim, gəlib gördüm ki, evimi vurub dağıdırlar” – VİDEO

Dünyada 2,2 milyard insanın görmə problemi var

Dünyada 2,2 milyard insanın görmə problemi var

Bu ölkənin vətəndaşı olmaq üçün imtahan verməlisiniz

Bu ölkənin vətəndaşı olmaq üçün imtahan verməlisiniz

Misir Mərdanovla bağlı VACİB DETAL - FOTO

Misir Mərdanovla bağlı VACİB DETAL - FOTO

Azərbaycan bundan hər il 3 milyard dollar qazanacaq – FOTO

Azərbaycan bundan hər il 3 milyard dollar qazanacaq – FOTO

Salahın gəlişi ilə "Trabzonspor"da REKORD

Salahın gəlişi ilə "Trabzonspor"da REKORD

Sözləri ürəyində qaldı, cinayət işi açıldı - Qaxda gənc oğlanın sevgi BƏLASI

Sözləri ürəyində qaldı, cinayət işi açıldı - Qaxda gənc oğlanın sevgi BƏLASI

“Əbədi dünyada Allaha ilk şikayətim səndən olacaq”

“Əbədi dünyada Allaha ilk şikayətim səndən olacaq”

Türkiyə köhnə silahlarını Ukraynaya ötürür - ABŞ-dən icazə istədi

Türkiyə köhnə silahlarını Ukraynaya ötürür - ABŞ-dən icazə istədi

Tramp xüsusi elçilərini Kiyev və Moskvaya göndərir - TARİX

Tramp xüsusi elçilərini Kiyev və Moskvaya göndərir - TARİX

Pezeşkianın sözləri İrandakı böhranı üzə çıxardı: “Bizi öldürəcəklər...”

Pezeşkianın sözləri İrandakı böhranı üzə çıxardı: “Bizi öldürəcəklər...”

Zelenski: “Ukrayna Donbası tərk edən deyil”

Zelenski: “Ukrayna Donbası tərk edən deyil”

Klinton Tramp haqqında təəccübləndirən FAKTI SÖYLƏDİ

Klinton Tramp haqqında təəccübləndirən FAKTI SÖYLƏDİ

İran Şimali Koreyadan silah aldığını açıqladı

İran Şimali Koreyadan silah aldığını açıqladı

Safurə həyat yoldaşı ilə görüntülərini paylaşdı – VİDEO

Safurə həyat yoldaşı ilə görüntülərini paylaşdı – VİDEO

Ağdam və Qırmızı Bazarda konsert keçirildi - FOTO

Ağdam və Qırmızı Bazarda konsert keçirildi - FOTO

Prezident: “Azərbaycan-ABŞ əlaqələri ən yüksək zirvədə qərarlaşıb”

Prezident: “Azərbaycan-ABŞ əlaqələri ən yüksək zirvədə qərarlaşıb”

Argentinada milyarderlər nüvə müharibəsinə qarşı BUNKER TİKİRLƏR

Argentinada milyarderlər nüvə müharibəsinə qarşı BUNKER TİKİRLƏR

End of content

No more pages to load

RADİO