Fuad Nəcəfli “Naxçıvan” Bərpa-İstehsalat Hərbi Kompleksində OLDU - VİDEO 

Azərbaycan Respublikası Prezidentinin Naxçıvan Muxtar Respublikasında səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli yeni inşa edilən “Naxçıvan” Bərpa-İstehsalat Hərbi Kompleksində olub.

Bizim.Media xəbər verir ki, kompleksdə yaradılan şərait və imkanlar barədə ətraflı məlumat verilib, tikinti prosesindən hazırlanmış videoçarx nümayiş olunub.

Sonra “Naxçıvan” Bərpa-İstehsalat Hərbi Kompleksi ilə əyani tanışılıq zamanı bildirilib ki, kompleksdə 1 mərkəz, 3 şöbə, 4 bölmə, 8 sex, 10 sahə yaradılıb.

Kompleks əsasən Türkiyə Respublikasından gətirilən 103 adda dəzgah və cihaz, 8 adda sınaq qurğusu, 132 adda digər təmir avadanlıqları ilə təchiz edilib.

Burada silahların, avtomobil texnikalarının, artilleriya və hava hücumundan müdafiə vasitələrinin, zirehli tank texnikalarının, elektron və rabitə avadanlıqlarının, mühəndis texnikalarının və aqreqatlarının təmiri, mexanikləşdirilmiş emal sexləri fəaliyyət göstərəcək.
Silahların təmiri sexində ən son texnoloji avadanlıqlarla atıcı silahların qumla təmizlənməsi və kimyəvi üsulla yenidən rənglənməsi işləri də aparılacaq.

Qeyd olunub ki, kompleksdə bütün növ texnikaların mühərriklərini əsaslı şəkildə təmir etdikdən sonra müasir elektron vasitələrlə sınaqdan keçirmək mümkündür. Həmçinin texnikalarda olan yanacaq, hava, yağ və elektrik sistemləri avadanlıqları təmir prosesi keçdikdən sonra yeni nəsil sınaq qurğuları ilə yoxlanılacaq. Elektron və rabitə avadanlıqlarının təmiri sexində xüsusi antistatik otaqlarda elektron avadanlıqların və optik gecəgörmə cihazlarının təmiri və sınaqdan keçirilməsi mümkündür.

Kompleksin istehsalat bölməsində isə plastik, şüşə və mebel emalı sexləri fəaliyyət göstərəcək. Burada avtomobillərin, zirehli texnikaların, rabitə və avtomatlaşdırılmış idarəetmə sistemlərinin ehtiyat hissələri üçün saxlanc yerləri də yaradılıb.

Həmin gün Əlahiddə Ümumqoşun Ordunun hərbi hissəsi üçün tikilən əsgəri-məişət kompleksi ilə də tanışlıq olub. Məlumat verilib ki, ən müasir tələblər səviyyəsində inşa olunan 4 mərtəbəli binada əsgər yataqxanası, yeməkxana, çay otaqları, zabitlər üçün iş və sinif otaqları vardır. Binada fərdi qazanxana quraşdırılıb və istilik sistemi çəkilib.
Əlahiddə Ümumqoşun Orduda real döyüş şəraitinə uyğun inşa edilən təlim sahəsində atış çalışmalarının, müxtəlif ixtisaslar üzrə dərs və məşğələlərin keçirilməsi, döyüş tapşırıqlarının tədris olunması, eləcə də praktiki məşq etdirilməsinin nəzərdə tutulduğu vurğulanıb.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Anar Demet Akalının ad günündən paylaşım etdi - FOTO/VİDEO

Anar Demet Akalının ad günündən paylaşım etdi - FOTO/VİDEO

Bu ərazilərdə İŞIQ OLMAYACAQ

Bu ərazilərdə İŞIQ OLMAYACAQ

Dəhşətli HADİSƏ: Ruhlar kişiyə cinsi orqanını kəsməyə məcbur etdi

Dəhşətli HADİSƏ: Ruhlar kişiyə cinsi orqanını kəsməyə məcbur etdi

İspaniya QƏRAR verdi: NATO-dan çıxmaq istəyir

İspaniya QƏRAR verdi: NATO-dan çıxmaq istəyir

“Qüdrət” illər sonra “Məhəllə”nin çəkildiyi hotelə GETDİ: “Çox kədərlənirəm…” - VİDEO

“Qüdrət” illər sonra “Məhəllə”nin çəkildiyi hotelə GETDİ: “Çox kədərlənirəm…” - VİDEO

3 saat işıq olmayacaq – İKİ KÜÇƏDƏ

3 saat işıq olmayacaq – İKİ KÜÇƏDƏ

Laçın sərhəd-buraxılış məntəqəsinin qurulduğu GÜNDÜR

Laçın sərhəd-buraxılış məntəqəsinin qurulduğu GÜNDÜR

Nazirlikdə yoxlama: Kimlərə artıq pullar ödənilib?

Nazirlikdə yoxlama: Kimlərə artıq pullar ödənilib?

Prezident müdafiə sənayesindən DANIŞDI: “Böyük sayda ölkələrə ixrac edirik”

Prezident müdafiə sənayesindən DANIŞDI: “Böyük sayda ölkələrə ixrac edirik”

Vaşinqtondan İsrailə: ATƏŞKƏS daha 1 həftə davam edəcək

Vaşinqtondan İsrailə: ATƏŞKƏS daha 1 həftə davam edəcək

"Azərbaycandakı qədər hakimliyin müzakirə edildiyi ikinci ölkə görməmişəm..."

"Azərbaycandakı qədər hakimliyin müzakirə edildiyi ikinci ölkə görməmişəm..."

Pərvin villasının görüntülərini PAYLAŞDI - VİDEO

Pərvin villasının görüntülərini PAYLAŞDI - VİDEO

Astara sakini olan hamilə qadın Bakıda vəfat edib - FOTO

Astara sakini olan hamilə qadın Bakıda vəfat edib - FOTO

Birinci Liqa: “Şəfa”, “Cəbrayıl” və “Mingəçevir” qalib gəldi

Birinci Liqa: “Şəfa”, “Cəbrayıl” və “Mingəçevir” qalib gəldi

Canlı musiqinin beynə təsiri: zəkanın geriləməsini yavaşladır

Canlı musiqinin beynə təsiri: zəkanın geriləməsini yavaşladır

Yağışın psixikaya MƏNFİ TƏSİRİ məlum olub

Yağışın psixikaya MƏNFİ TƏSİRİ məlum olub

“Çelsi” baş məşqçini istefaya göndərdi

“Çelsi” baş məşqçini istefaya göndərdi

Qriqoryan: Bakı ilə sülhə yaxınlaşmışıq

Qriqoryan: Bakı ilə sülhə yaxınlaşmışıq

Qurban Qurbanov mübahisəli penaltidən DANIŞDI: “Ona görə hakimin üzərinə getdilər” - VİDEO

Qurban Qurbanov mübahisəli penaltidən DANIŞDI: “Ona görə hakimin üzərinə getdilər” - VİDEO

Azərbaycanlı müğənni qəzaya düşdü

Azərbaycanlı müğənni qəzaya düşdü

Mübahisəyə səbəb olan həmin PENALTİ epizodu – VİDEO

Mübahisəyə səbəb olan həmin PENALTİ epizodu – VİDEO

Məktəblidən şok etiraf: "Bufetdəki yeməkdən zəhərlənmişik" - VİDEO

Məktəblidən şok etiraf: "Bufetdəki yeməkdən zəhərlənmişik" - VİDEO

Qurban Qurbanov da qızıl medal qazandı - VİDEO

Qurban Qurbanov da qızıl medal qazandı - VİDEO

"Sabah" "Qarabağ"ı məğlub edib

"Sabah" "Qarabağ"ı məğlub edib

End of content

No more pages to load

RADİO