Bu dəqiqələrdə Xankəndidən Laçına doğru hərəkət edən Rusiya sülhməramlılarına məxsus 1 təminat-təchizat və 1 minik avtomobilinin aksiya ərazisindən maneəsiz keçməsinə şərait yaradılıb.
Bizim.Media xəbər verir ki, aksiya iştirakçıları humanitar məqsədlərlə istifadə olunan avtomobillərin hərəkətinə heç bir maneə törətmirlər.
Xatırladaq ki, ekoloji terrora qarşı başlayan aksiyaya ötən il dekabrın 12-də start verilib.
Bizim.Media