Bu dəqiqələrdə Xankəndidən Laçın istiqamətinə doğru hərəkət edən Rusiya sülhməramlılarına məxsus növbəti üç minik, iki təminat və bir media avtomobilinin aksiya ərazisindən maneəsiz keçidi təmin olunub.
Bizim.Media xəbər verir ki, aksiyaya baxmayaraq, Rusiya sülhməramlılarına məxsus avtomobillər Laçın-Xankəndi yolunda maneəsiz hərəkət edirlər.
Bu, bir daha onu göstərir ki, aksiya iştirakçıları humanitar məqsədlərlə istifadə olunan avtomobillərin hərəkətinə heç bir maneə törətmirlər.
Bizim.Media




