“2022-ci il Azərbaycan ilə münasibətlər baxımından daha bir uğurlu və mühüm il oldu”.
Bizim.Media xəbər verir ki, bu barədə Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə təbrikində bildirilib.
"Azərbaycan xalqını Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə təbrik edirik! 2022-ci il Aİ ilə Azərbaycan arasında münasibətlər baxımından daha bir uğurlu və mühüm il oldu.
Biz Bakıda və Brüsseldə bir neçə yüksək səviyyəli görüşlər keçirdik, enerji sahəsində strateji tərəfdaşlığa dair anlaşma memorandumu imzaladıq, minatəmizləmə fəaliyyətində Azərbaycanı dəstəklədik, Azərbaycan ilə güclü tərəfdaşlıq qurmaq üçün bir çox layihələr və tədbirlər həyata keçirdik”, - deyə paylaşımda qeyd edilib.
Təbrikdə Aİ-nin Azərbaycandakı nümayəndəliyinin Aİ-Azərbaycan əməkdaşlığının daha da möhkəmləndirilməsi və dərinləşdirilməsi istiqamətində fəaliyyətini 2023-cü ildə də davam etdirəcəyi bildirilib.
Bizim.Media