F.Nəcəfli: "Ərazi bütövlüyümüzə yenə də düşmən gözü ilə baxan qüvvələr var"

"Çox təəssüf ki, bugünkü dünya nizamında ikili standartlarla qarşılaşırıq, ərazi bütövlüyümüzə yenə də düşmən gözü ilə baxan qüvvələr var".

Bizim.Media xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin Naxçıvan Muxtar Respublikasında səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli şəhid ailəsi və qazilərlə görüşündə bildirib:

"Müstəqilliyimizin ilk illərində mənfur düşmənlər Azərbaycan Respublikasının bütövlüyünə, onun sərhəd toxunulmazlığına qarşı cinayətkar əməllər törədiblər.

Bir azərbaycanlı kimi sevinirəm ki, Vətən oğulları da bu əməllərin qarşısının alınması üçün könüllü şəkildə maraqlarını ortaya qoyaraq Vətənin çağırışına səs verdilər. İstər Birinci Qarabağ, istərsə də İkinci Qarabağ müharibəsində Azərbaycan oğulları düşmənə layiqli cavab verib".
F. Nəcəfli bildirib ki, ordu quruculuğunun təməli məhz ulu öndərimiz Heydər Əliyev tərəfindən Naxçıvanda atılıb:

"Mən Əlahiddə Ümumqoşun Ordunun hərbi hissələrinin yerləşdiyi ərazidə olarkən orada yaradılan şəraiti gördükdə qürurlandım. Ona görə ki, bu sahədə işlər ilk olaraq burada formalaşıb. Birinci Qarabağ müharibəsi bizim üçün olduqca ağır idi.

Lakin düşmənin uzun müddət həm təbliğatı, siyasəti, həm də özlərini “qəhrəman xalq” kimi təqdim etmələri Azərbaycan oğullarının rəşadəti və səyi hesabına darmadağın edildi. Artıq belə bir mif yoxdur.

Bütün dünya onların kim olduğunu bir daha gördü. Çox təəssüf ki, bugünkü dünya nizamında ikili standartlarla qarşılaşırıq, ərazi bütövlüyümüzə yenə də düşmən gözü ilə baxan qüvvələr var. Ancaq əmin edirəm ki, ölkə Prezidentinin bu məsələlərdə qətiyyətinə heç bir şübhə ola bilməz. Dövlət başçısının siyasəti məhz ona hesablanıb ki, Azərbaycanın ərazi bütövlüyü qorunmalı və dədə-baba torpaqlarımız həmişə bizim bir tərkib hissəmiz kimi qalmalıdır". 

Şəhidlərə və qazilərə ehtiramını bildirən F.Nəcəfli qeyd edib ki, Naxçıvan torpağı, qədim Azərbaycan torpağı həmişə igid oğullar yetişdirəcək və vətənimizin bütövlüyü, torpaqlarımızın müqəddəsliyi həmin oğulların sayəsində daim qorunacaq: "Dövlət tərəfindən şəhid ailələri və qazilərin sosial təminatı istiqamətində mühüm tədbirlər görülür, lakin nə qədər işlər görülsə də, hər zaman azdır.
Dövlət başçımızın bu məsələlərlə bağlı prinsipial siyasət yürütməsinə əmin ola bilərsiniz. Şəhid ailələri və qazilərin sosial təminatının davamlı olaraq yüksəldilməsi bundan sonra da davam etdiriləcəkdir. Bu gün həyata keçirilən tədbirlərin davamı kimi ayrılan vəsait hesabına mənzillər və avtomobillər təqdim olunur. Bu, dövlətin sizə göstərdiyi qayğının təzahürüdür". 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Ət yenə BAHALAŞDI: Quzu ətinin kilosu 26 manata çatdı

Ət yenə BAHALAŞDI: Quzu ətinin kilosu 26 manata çatdı

Abituriyentlərin yarıdan çoxu KƏNDLƏRDƏN müraciət edib

Abituriyentlərin yarıdan çoxu KƏNDLƏRDƏN müraciət edib

Bazardan pomidor alanda yalnız rənginə baxmayın - Ən dadlısını seçməyin sirri

Bazardan pomidor alanda yalnız rənginə baxmayın - Ən dadlısını seçməyin sirri

Bu ölkələrdə kişilər xəyanət etmir? - Araşdırma

Bu ölkələrdə kişilər xəyanət etmir? - Araşdırma

Özünü “pis ana“ adlandırdı

Özünü “pis ana“ adlandırdı

Bəzi insanlar əsəbiləşəndə niyə ağlayırlar?

Bəzi insanlar əsəbiləşəndə niyə ağlayırlar?

“Təlimdə idim, gəlib gördüm ki, evimi vurub dağıdırlar” – VİDEO

“Təlimdə idim, gəlib gördüm ki, evimi vurub dağıdırlar” – VİDEO

Dünyada 2,2 milyard insanın görmə problemi var

Dünyada 2,2 milyard insanın görmə problemi var

Bu ölkənin vətəndaşı olmaq üçün imtahan verməlisiniz

Bu ölkənin vətəndaşı olmaq üçün imtahan verməlisiniz

Misir Mərdanovla bağlı VACİB DETAL - FOTO

Misir Mərdanovla bağlı VACİB DETAL - FOTO

Azərbaycan bundan hər il 3 milyard dollar qazanacaq – FOTO

Azərbaycan bundan hər il 3 milyard dollar qazanacaq – FOTO

Salahın gəlişi ilə "Trabzonspor"da REKORD

Salahın gəlişi ilə "Trabzonspor"da REKORD

Sözləri ürəyində qaldı, cinayət işi açıldı - Qaxda gənc oğlanın sevgi BƏLASI

Sözləri ürəyində qaldı, cinayət işi açıldı - Qaxda gənc oğlanın sevgi BƏLASI

“Əbədi dünyada Allaha ilk şikayətim səndən olacaq”

“Əbədi dünyada Allaha ilk şikayətim səndən olacaq”

Türkiyə köhnə silahlarını Ukraynaya ötürür - ABŞ-dən icazə istədi

Türkiyə köhnə silahlarını Ukraynaya ötürür - ABŞ-dən icazə istədi

Tramp xüsusi elçilərini Kiyev və Moskvaya göndərir - TARİX

Tramp xüsusi elçilərini Kiyev və Moskvaya göndərir - TARİX

Pezeşkianın sözləri İrandakı böhranı üzə çıxardı: “Bizi öldürəcəklər...”

Pezeşkianın sözləri İrandakı böhranı üzə çıxardı: “Bizi öldürəcəklər...”

Zelenski: “Ukrayna Donbası tərk edən deyil”

Zelenski: “Ukrayna Donbası tərk edən deyil”

Klinton Tramp haqqında təəccübləndirən FAKTI SÖYLƏDİ

Klinton Tramp haqqında təəccübləndirən FAKTI SÖYLƏDİ

İran Şimali Koreyadan silah aldığını açıqladı

İran Şimali Koreyadan silah aldığını açıqladı

Safurə həyat yoldaşı ilə görüntülərini paylaşdı – VİDEO

Safurə həyat yoldaşı ilə görüntülərini paylaşdı – VİDEO

Ağdam və Qırmızı Bazarda konsert keçirildi - FOTO

Ağdam və Qırmızı Bazarda konsert keçirildi - FOTO

Prezident: “Azərbaycan-ABŞ əlaqələri ən yüksək zirvədə qərarlaşıb”

Prezident: “Azərbaycan-ABŞ əlaqələri ən yüksək zirvədə qərarlaşıb”

Argentinada milyarderlər nüvə müharibəsinə qarşı BUNKER TİKİRLƏR

Argentinada milyarderlər nüvə müharibəsinə qarşı BUNKER TİKİRLƏR

End of content

No more pages to load

RADİO