2023-cü ildə Bakı hansı siyasi kursa üstünlük verəcək? – Tofiq Zülfüqarovun ŞƏRHİ

Azərbaycan 2022-ci ildə öz siyasi kursunda mühüm irəliləyişlərə nail oldu. Bakı ilə Ankara arasında münasibət və əlaqələr bu il daha yüksək səviyyəyə qalxıb. Eyni zamanda, Azərbaycanın İsraildə səfirliyi də açıldı. Cari ildə Bakı regionda sülhün əldə edilməsi istiqamətində də bir sıra addımlar atıb. Lakin Ermənistanın həmişə olduğu kimi, qeyri-konstruktiv mövqeyi səbəbindən yola saldığımız ildə bu istiqamətdə hansısa bir ciddi irəliləyiş baş verməyib. 

Mövcud vəziyyətdə yeni, 2023-cü ildə Azərbaycanın siyasi kursunda nələr gözlənilir?

Bizim.Media-ya açıqlamasında sabiq xarici işlər naziri Tofiq Zülfüqarov bildirir ki, növbəti ildə Azərbaycanın xarici siyasətində total dəyişikliklərin olacağı gözlənilmir:

“Azərbaycan-Ermənistan münasibətləri məsələsi mövcud olan yolla davam etdiriləcək. Qarabağ mövzusu yenə də aktual olacaq. Gələn il bu mövzu daha da güclənəcək. Bu mövzuya da xarici siyasi məsələ kimi deyil, daha çox daxili siyasi məsələ kontekstində baxılmalıdır.  Bu istiqamətdə xarici siyasi məsələlər artıq ikinci plana keçəcək. Sadə dildə desək, bu məsələ ilə artıq Xarici İşlər Nazirliyi yox, Daxili İşlər Nazirliyi və digər qurumlar məşğul olacaq. Separatçı rejimdə vəzifə alan Ruben Vardanyan son çıxışından anlaşılır ki, Qarabağda yaşayan ermənilər üç qrupa bölünüblər. Bir qrup gələcəyini Azərbaycan dövlətinin tərkibində görür, o birisi artıq köçmək barədə düşünür.
 

Üçüncü qrup isə guya Azərbaycana qarşı mübarizəni davam etdirmək niyyətindədir. Bu da onu göstərir ki, Azərbaycanın yürütdüyü siyasətində həmin qrupların hər birinə aid xüsusi siyasət yürüdüləcək. Hesab edirəm ki, inteqrasiya prosesi daha güclü sürət alacaq”. 


Həmsöhbətimiz əmindir ki, gələn il Azərbaycan artıq bu məsələnin çox hissəsini həll edəcək:

“Ermənistan-Azərbaycan münaqişəsinə aid beynəlxalq ictimaiyyətin maraq və diqqəti azalıb. Beynəlxalq aləmdə bu mövzu artıq aktual deyil. Gələn ildə həmin tendensiya davam edəcək”. 

T. Zülfüqarov qeyd edir ki, gələn il Bakının Ankara ilə əməkdaşlıq və müttəfiqliyi daha da yüksələcək:

“Bu müttəfiqlik növbəti ildə regionumuzda daha aktiv rol oynayacaq. Bu da ölkəmiz üçün yeni imkanlar açacaq. Həmçinin, mövqelərimizin daha çox beynəlxalq iqtisadi əlaqələr müstəvisində möhkəmləndirilməsi istiqamətində də müəyyən addımlar atılacaq. Avropanın enerji təminatında Azərbaycan aktiv iştirakçı ölkəyə çevrilib. Digər iqtisadi mərkəzlər də ölkəmiz üçün maraq kəsb edir. Türkiyə, Azərbaycan, Özbəkistan, Qazaxıstanın imkanları məsələsi böyük potensiala malik olan bir məsələdir”. 

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Ət yenə BAHALAŞDI: Quzu ətinin kilosu 26 manata çatdı

Ət yenə BAHALAŞDI: Quzu ətinin kilosu 26 manata çatdı

Abituriyentlərin yarıdan çoxu KƏNDLƏRDƏN müraciət edib

Abituriyentlərin yarıdan çoxu KƏNDLƏRDƏN müraciət edib

Bazardan pomidor alanda yalnız rənginə baxmayın - Ən dadlısını seçməyin sirri

Bazardan pomidor alanda yalnız rənginə baxmayın - Ən dadlısını seçməyin sirri

Bu ölkələrdə kişilər xəyanət etmir? - Araşdırma

Bu ölkələrdə kişilər xəyanət etmir? - Araşdırma

Özünü “pis ana“ adlandırdı

Özünü “pis ana“ adlandırdı

Bəzi insanlar əsəbiləşəndə niyə ağlayırlar?

Bəzi insanlar əsəbiləşəndə niyə ağlayırlar?

“Təlimdə idim, gəlib gördüm ki, evimi vurub dağıdırlar” – VİDEO

“Təlimdə idim, gəlib gördüm ki, evimi vurub dağıdırlar” – VİDEO

Dünyada 2,2 milyard insanın görmə problemi var

Dünyada 2,2 milyard insanın görmə problemi var

Bu ölkənin vətəndaşı olmaq üçün imtahan verməlisiniz

Bu ölkənin vətəndaşı olmaq üçün imtahan verməlisiniz

Misir Mərdanovla bağlı VACİB DETAL - FOTO

Misir Mərdanovla bağlı VACİB DETAL - FOTO

Azərbaycan bundan hər il 3 milyard dollar qazanacaq – FOTO

Azərbaycan bundan hər il 3 milyard dollar qazanacaq – FOTO

Salahın gəlişi ilə "Trabzonspor"da REKORD

Salahın gəlişi ilə "Trabzonspor"da REKORD

Sözləri ürəyində qaldı, cinayət işi açıldı - Qaxda gənc oğlanın sevgi BƏLASI

Sözləri ürəyində qaldı, cinayət işi açıldı - Qaxda gənc oğlanın sevgi BƏLASI

“Əbədi dünyada Allaha ilk şikayətim səndən olacaq”

“Əbədi dünyada Allaha ilk şikayətim səndən olacaq”

Türkiyə köhnə silahlarını Ukraynaya ötürür - ABŞ-dən icazə istədi

Türkiyə köhnə silahlarını Ukraynaya ötürür - ABŞ-dən icazə istədi

Tramp xüsusi elçilərini Kiyev və Moskvaya göndərir - TARİX

Tramp xüsusi elçilərini Kiyev və Moskvaya göndərir - TARİX

Pezeşkianın sözləri İrandakı böhranı üzə çıxardı: “Bizi öldürəcəklər...”

Pezeşkianın sözləri İrandakı böhranı üzə çıxardı: “Bizi öldürəcəklər...”

Zelenski: “Ukrayna Donbası tərk edən deyil”

Zelenski: “Ukrayna Donbası tərk edən deyil”

Klinton Tramp haqqında təəccübləndirən FAKTI SÖYLƏDİ

Klinton Tramp haqqında təəccübləndirən FAKTI SÖYLƏDİ

İran Şimali Koreyadan silah aldığını açıqladı

İran Şimali Koreyadan silah aldığını açıqladı

Safurə həyat yoldaşı ilə görüntülərini paylaşdı – VİDEO

Safurə həyat yoldaşı ilə görüntülərini paylaşdı – VİDEO

Ağdam və Qırmızı Bazarda konsert keçirildi - FOTO

Ağdam və Qırmızı Bazarda konsert keçirildi - FOTO

Prezident: “Azərbaycan-ABŞ əlaqələri ən yüksək zirvədə qərarlaşıb”

Prezident: “Azərbaycan-ABŞ əlaqələri ən yüksək zirvədə qərarlaşıb”

Argentinada milyarderlər nüvə müharibəsinə qarşı BUNKER TİKİRLƏR

Argentinada milyarderlər nüvə müharibəsinə qarşı BUNKER TİKİRLƏR

End of content

No more pages to load

RADİO