Prezident Formula 1 Qrupunun idarə heyətinin sədrini qəbul edib - FOTO

Prezident İlham Əliyev bu gün Formula 1 Qrupunun idarə heyətinin sədri və prezidenti Stefano Domenikalini və Formula 1 Qrupunun məsləhətçisi Flavio Briatolini qəbul edib.

Bizim.Media xəbər verir ki, görüşdə Formula 1 yarışlarının Azərbaycanda uğurla keçirilməsinin önəmi vurğulanıb, dünyada bu yarışlara marağın getdikcə artdığı bildirilib və yarışları seyr etmək üçün ölkəmizə xeyli sayda turistlərin gəldiyi məmnunluqla qeyd olunub.

Dövlət başçısı Azərbaycanın turizm potensialının hər il daha da genişləndiyini bildirib.

Formula 1 Qrupunun idarə heyətinin sədri və prezidenti Stefano Domenikali və Formula 1 Qrupunun məsləhətçisi Flavio Briatoli ölkəmizdə bu yarışların daha da inkişaf etməsi üçün əllərindən gələni əsirgəməyəcəklərini qeyd ediblər, yarışlara beynəlxalq və Azərbaycan ictimaiyyətini daha çox cəlb etməyə çalışdıqlarını deyiblər.

Onlar artıq dünyada çox tanınan Bakı şəhər halqasının Formula 1 üzrə dünya çempionatının ən gözəl treklərindən biri olduğunu, bu yarışların keçirilməsi üçün Bakıda gözəl və müasir infrastrukturun yaradıldığını vurğulayıblar.
Görüşdə ölkəmizə xaricdə böyük marağın olduğu nəzərə alınaraq Formula 1 yarışlarını izləmək üçün çoxlu sayda tanınmış şəxslərin Azərbaycana dəvət olunması barədə fikir mübadiləsi aparılıb.

Stefano Domenikali və Flavio Briatoli Bakı şəhərinin gözəlliyinin, təmizliyinin və işıqlandırma sisteminin onlarda xoş təəssürat yaratdığını qeyd ediblər və bununla bağlı Prezident İlham Əliyevə təbriklərini çatdırıblar.

Onlar paytaxtımızın gözəlliyi barədə məlumatın beynəlxalq səviyyədə daha geniş yayılması üçün səylərini əsirgəməyəcəklərini vurğulayıblar.

İşğaldan azad edilmiş torpaqlarımızda həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq layihələri ilə bağlı da dövlət başçısını təbrik edən qonaqlar həmin ərazilərdə yol hərəkətinin təhlükəsizliyi istiqamətində görülən işlərin, xüsusilə minlərlə kilometr yeni avtomobil yollarının çəkilməsinin əhəmiyyətini bildiriblər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Yeni Günəşlidə yol nişanlanması ilə bağlı şikayət: İddialara cavab verildi - VİDEO

Yeni Günəşlidə yol nişanlanması ilə bağlı şikayət: İddialara cavab verildi - VİDEO

Andrey Sibiqa: Zelenski Putinlə Ankarada görüşməyə hazırdır

Andrey Sibiqa: Zelenski Putinlə Ankarada görüşməyə hazırdır

Cennifer Lopez 50 milyon dollarlıq malikanəsini yenə sata bilmədi

Cennifer Lopez 50 milyon dollarlıq malikanəsini yenə sata bilmədi

PROQNOZ: Dünya çempionu bu ölkə olacaq

PROQNOZ: Dünya çempionu bu ölkə olacaq

Mənzilini müqaviləsiz kirayə verənlərin DİQQƏTİNƏ

Mənzilini müqaviləsiz kirayə verənlərin DİQQƏTİNƏ

Antibiotikdən ölən hamilə qadınla bağlı Baş Prokurorluqdan AÇIQLAMA

Antibiotikdən ölən hamilə qadınla bağlı Baş Prokurorluqdan AÇIQLAMA

Atası ilə barışdı, qardaşı ilə hələ də danışmır...

Atası ilə barışdı, qardaşı ilə hələ də danışmır...

İsti havalarda infarkt riski arta bilər: Bu əlamətlərə laqeyd yanaşmayın!

İsti havalarda infarkt riski arta bilər: Bu əlamətlərə laqeyd yanaşmayın!

Aktrisa: 43 yaşında hamilə qalacağımı gözləmirdim

Aktrisa: 43 yaşında hamilə qalacağımı gözləmirdim

Kişineu ilə Bakı arasında birbaşa müntəzəm uçuşlara başlanıldı - FOTO

Kişineu ilə Bakı arasında birbaşa müntəzəm uçuşlara başlanıldı - FOTO

Ukrayna müdafiə nazirinin istefa verməsinin SƏBƏBLƏRİ AÇIQLANDI

Ukrayna müdafiə nazirinin istefa verməsinin SƏBƏBLƏRİ AÇIQLANDI

Sabiq başçının bacısı oğluna vəzifə verildi

Sabiq başçının bacısı oğluna vəzifə verildi

Hidayət Heydərov sosial şəbəkə paylaşımına görə cəzalandırıldı – FOTO

Hidayət Heydərov sosial şəbəkə paylaşımına görə cəzalandırıldı – FOTO

Qızıl axtarmaq həvəsinə DÜŞƏNLƏR – Hansı cəzası var?

Qızıl axtarmaq həvəsinə DÜŞƏNLƏR – Hansı cəzası var?

Messi: “Heç kim bizə heç nə vermədi, hər şeyi futbol meydançasında qazandıq”

Messi: “Heç kim bizə heç nə vermədi, hər şeyi futbol meydançasında qazandıq”

Azərbaycan dənizçilərinə RƏSMİ XƏBƏRDARLIQ: “Müharibə zonalarından uzaq durun!”

Azərbaycan dənizçilərinə RƏSMİ XƏBƏRDARLIQ: “Müharibə zonalarından uzaq durun!”

Ukraynanın yeni Baş naziri Sergey Koretski kimdir? – DOSYE

Ukraynanın yeni Baş naziri Sergey Koretski kimdir? – DOSYE

DİQQƏT! Məşhur kvas markalarında uyğunsuzluq aşkarlandı – FOTO

DİQQƏT! Məşhur kvas markalarında uyğunsuzluq aşkarlandı – FOTO

Rusiyanın Çelyabinsk vilayətində güclü leysan: 42 nəfər təxliyə edildi – VİDEO

Rusiyanın Çelyabinsk vilayətində güclü leysan: 42 nəfər təxliyə edildi – VİDEO

Tomas Tuxellə bağlı QƏRAR VERİLDİ

Tomas Tuxellə bağlı QƏRAR VERİLDİ

Ukraynanın yeni Baş naziri TƏYİN EDİLDİ

Ukraynanın yeni Baş naziri TƏYİN EDİLDİ

Cibləri heç vaxt boş qalmayan 5 bürc

Cibləri heç vaxt boş qalmayan 5 bürc

Nabranın dəyişməyən MƏNZƏRƏSİ - Çimərlik niyə örüşə çevrilib? – VİDEO

Nabranın dəyişməyən MƏNZƏRƏSİ - Çimərlik niyə örüşə çevrilib? – VİDEO

Xameneinin dəfn olunduğu ziyarətgah yandı – VİDEO

Xameneinin dəfn olunduğu ziyarətgah yandı – VİDEO

End of content

No more pages to load

RADİO