Türkiyənin Bursa şəhərində TÜRKSOY Mədəniyyət Nazirlərinin 39-cu toplantısı keçirilir.
Bizim.Media xəbər verir ki, bu barədə “Mədəniyyət.az” jurnalının baş redaktoru Zöhrə Əliyeva “Facebook” səhifəsində məlumat verib.
Bildirilib ki, ilk olaraq TÜRKSOY-un yeni rəhbəri Sultan Rayev cıxış edib. Dərhal sonra isə Azərbaycan Respublikası Mədəiyyət naziri Anar Kərimovun çıxışı baş tutub.
“2023-cü ildə Şuşamız Türk Dünyasının mədəniyyət paytaxtı olaraq hamını o müqəddəs məkandan salamlayacaq” – deyə nazir qeyd edib.
Bizim.Media

