Bu ay Rusiya, Ermənistan və Azərbaycan arasında üçtərəfli parlamentlərarası danışıqlar baş tuta bilər.
Bizim.Media xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.
Məlumata görə, Federasiya Şurasında noyabr ayının ortalarına doğru Azərbaycan və Ermənistanla parlamentlərarası dialoq üçün danışıqlar qrupunun yaradılması müzakirə olunacaq.
Qeyd edək ki, daha əvvəl Rusiya-Azərbaycan-Ermənistan üçtərəfli parlamentlərarası təmasları üçün məsləhətləşmələr başlayıb.
Bizim.Media