Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev Azərbaycan və Ermənistandan olan həmkarları ilə ikitərəfli görüşlər keçirib.
Bizim.Media xəbər verir ki, bu barədə Rusiya TŞ aparatının mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, danışıqlar Rusiya paytaxtında keçirilən MDB təhlükəsizlik şuraları katiblərinin onuncu illik toplantısı çərçivəsində baş tutub.
Azərbaycanlı həmkarı Ramil Usubov ilə görüşdə Rusiya-Azərbaycan əməkdaşlığının regional təhlükəsizlik, informasiya təhlükəsizliyi və terrorizmlə mübarizə sahəsində əməkdaşlığının perspektivləri müzakirə edilib.
Bizim.Media