Baş nazir və Prezident Administrasiyasının rəhbəri Şərqi Zəngəzura səfər edib - FOTO 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, noyabrın 1-də Baş nazir Əli Əsədovun və Prezident Administrasiyasının, Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli məqsədilə yaradılmış Əlaqələndirmə Qərargahının rəhbəri Samir Nuriyevin başçılığı altında aidiyyəti dövlət qurumlarının rəhbər şəxslərindən ibarət heyət Şərqi Zəngəzura səfər edib. 

Bizim.Media xəbər verir ki, nümayəndə heyəti əvvəlcə yeni istifadəyə verilmiş Zəngilan Beynəlxalq Hava Limanı ilə tanış olub. “Azərbaycan Hava Yolları” QSC-nin nümayəndəsi hava limanında görülmüş işlər barədə məlumat verib. 

Daha sonra heyət Qubadlı şəhərinə yola düşüb, burada Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Qubadlı şəhərinin Baş planı barədə məruzə ilə çıxış edib. 

Heyət 110 kV-luq “Qubadlı” yarımstansiyasına da baxış keçirib.  

Rəsmilər sonra Xudafərin-Qubadlı-Laçın avtomobil yoluna baxış keçirib. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov yolun tikintisi ilə bağlı görülən işlər və qarşıda duran vəzifələr barədə məlumat verib. 
Laçın rayonunun Zabux kəndində isə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev və ANAMA İdarə Heyətinin sədri Vüqar Süleymanov tezliklə köçkünlərin Laçın şəhərinə, Zabux və Sus kəndlərinə qayıdışı və mina, partlamamış sursatlardan ərazinin təmizlənməsi istiqamətində aparılan işlər barədə məlumat veriblər. 

Daha sonra heyət 110 kV-luq “Laçın şəhəri” qovşaq yarımstansiyası ilə də tanış olub. Buradan Baş nazir Əli Əsədovun, PA-nın və Əlaqələndirmə Qərargahının rəhbəri Samir Nuriyevin başçılığı altında nümayəndə heyəti Laçın şəhərinə gəlib.  

Heyət daha sonra Laçın rayonunda Qorçu Hava Limanında olub. “Azərbaycan Hava Yolları” QSC-nin nümayəndəsi hava limanının tikintisi ilə əlaqədar görülən işlər barədə məruzə ilə çıxış edib. 

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev isə Kəlbəcər şəhərinin Baş planı barədə məlumat verib, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov isə Kəlbəcər-Laçın avtomobil yolunda görülən işləri məruzə edib. 
Səfər çərçivəsində baxış keçirilən bütün yerlərdə yenidənqurma və bərpa işlərinin, habelə infrastruktur layihələrinin icrasının Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq yerinə yetirilməsi istiqamətində aidiyyəti qurumların rəhbərlərinə lazımi göstərişlər və tapşırıqlar verilib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Ev tikintisində yeni ŞƏRT - “Tanış usta” dövrü bitir?

Ev tikintisində yeni ŞƏRT - “Tanış usta” dövrü bitir?

17 yaşlı qız qızdırmadan həyatını itirib

17 yaşlı qız qızdırmadan həyatını itirib

Bakıda DƏHŞƏT – Əkiz bacı-qardaş dəm qazından boğularaq ölüb

Bakıda DƏHŞƏT – Əkiz bacı-qardaş dəm qazından boğularaq ölüb

Lamiyə Vəliyevanın əcnəbi həyat yoldaşı Azərbaycan millisinə cəlb olunur

Lamiyə Vəliyevanın əcnəbi həyat yoldaşı Azərbaycan millisinə cəlb olunur

Sürücünün avtobusda mərsiyə səsləndirməsinə “BakuBus”dan MARAQLI CAVAB – “Qəsdən etməyib”

Sürücünün avtobusda mərsiyə səsləndirməsinə “BakuBus”dan MARAQLI CAVAB – “Qəsdən etməyib”

Sürücülərin 99%-nin doğru bildiyi YANLIŞ - Qəhvə yuxu qaçırtmır

Sürücülərin 99%-nin doğru bildiyi YANLIŞ - Qəhvə yuxu qaçırtmır

Xaricdə təhsil almaq istəyənlərin DİQQƏTİNƏ

Xaricdə təhsil almaq istəyənlərin DİQQƏTİNƏ

Türkiyədə avtobus aşıb - 16 nəfər xəsarət alıb - FOTO

Türkiyədə avtobus aşıb - 16 nəfər xəsarət alıb - FOTO

“Qalatasaray” bu futbolçunu icarəyə verdi

“Qalatasaray” bu futbolçunu icarəyə verdi

Türkiyədə ard-arda 3 zəlzələ oldu

Türkiyədə ard-arda 3 zəlzələ oldu

“Gəncədə yas mərasimlərində israfçılığa son verilsin” – QMİ-dən ÇAĞIRIŞ

“Gəncədə yas mərasimlərində israfçılığa son verilsin” – QMİ-dən ÇAĞIRIŞ

Sabah hava necə olacaq?

Sabah hava necə olacaq?

Alidə Mustafayeva icra başçısı olan ərindən ayrılıb?

Alidə Mustafayeva icra başçısı olan ərindən ayrılıb?

Azərbaycanda 5 idarə ləğv edildi

Azərbaycanda 5 idarə ləğv edildi

Astarada torpaq sürüşməsi olub - FOTO

Astarada torpaq sürüşməsi olub - FOTO

Azərbaycan Basketbol Liqası: NTD “Gəncə”ni qəbul edəcək

Azərbaycan Basketbol Liqası: NTD “Gəncə”ni qəbul edəcək

“İdrak” liseyində güllələnən müəllimin SON DURUMU açıqlandı

“İdrak” liseyində güllələnən müəllimin SON DURUMU açıqlandı

Həkimlərə verilən bonuslar niyə dayandırılıb? - Rəsmi AÇIQLAMA

Həkimlərə verilən bonuslar niyə dayandırılıb? - Rəsmi AÇIQLAMA

Bütöv Azərbaycanın ilk seçkisi – İlham Əliyev iki ildə nəyə nail oldu?

Bütöv Azərbaycanın ilk seçkisi – İlham Əliyev iki ildə nəyə nail oldu?

Bu qidalar insanları xoşbəxt edir

Bu qidalar insanları xoşbəxt edir

Allahşükür Paşazadə Vatikana səfər edəcək

Allahşükür Paşazadə Vatikana səfər edəcək

Avropa İttifaqından AÇIQLAMA - "TikTok" uşaqlarda asılılıq yaratdığı üçün cərimələnə bilər

Avropa İttifaqından AÇIQLAMA - "TikTok" uşaqlarda asılılıq yaratdığı üçün cərimələnə bilər

Maqnit qasırğasının təsiri Kimlər risk altındadır?

Maqnit qasırğasının təsiri Kimlər risk altındadır?

Paytaxt avtobusunda qeyri-adi ADDIM – “BakuBus”un sürücüsü mərsiyə SƏSLƏNDİRDİ – VİDEO

Paytaxt avtobusunda qeyri-adi ADDIM – “BakuBus”un sürücüsü mərsiyə SƏSLƏNDİRDİ – VİDEO

End of content

No more pages to load

RADİO