Türkiyə Silahlı Qüvvələrinin hərbi kontingentinin Azərbaycan ərazisində xidmət müddəti daha bir il uzadılıb.
Bizim.Media xəbər verir ki, bununla bağlı qanun layihəsi təsdiqlənib.
Məlumata görə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın adından təqdim olunmuş qanun layihəsi Türkiyə Böyük Millət Məclisinin Baş Assambleyasında qəbul olunub.
Qanun layihəsinə əsasən, Ağdam rayonunda Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzində fəaliyyət göstərən Türkiyə hərbçilərinin Azərbaycanda qalma müddəti daha bir il uzadılıb.
Qərar Türkiyə ilə Azərbaycan arasında strateji tərəfdaşlıq və qarşılıqlı yardım müqaviləsinə əsaslanır. Bu, atəşkəsin qorunması, təxribatların qarşısının alınması, regionda sülh və sabitliyin təmin olunması məqsədi daşıyır.
Bizim.Media