Rusiyanın Soçi şəhərində bu ölkənin, habelə Azərbaycan və Ermənistan XİN başçılarının görüşü keçirilir.
Bizim.Media xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat yayıb.
O, qeyd edib ki, Rusiya Prezidenti Vladimir Putin, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında üçtərəfli görüş keçirilir.
Eyni zamanda üç ölkənin xarici işlər nazirləri ayrı-ayrılıqda danışıqlar aparırlar.
Bizim.Media