Əhliman Əmiraslanov: “Bir kəndə görə 7 dəfə nazirlə görüşmüşəm”x9d

Bu gün Kürdəmirin Sor-sor kəndində əsl izdiham yaşanırdi. 65 saylı Saatlı-Sabirabad-Kürdəmir seçki məntəqəsindən deputatlığa namizəd Əhliman Əmiraslanovla görüşə xeyli insan toplaşmışdı.

Deputat olduğu müddətdə Əhliman Əmiraslanovun bu rayonda 25 dəfə seçicilərlə geniş tərkibli görüşləri olub. Deputat bu görüşlərdə iştirak edən 3000-ə yaxın  seçicisindən 1157 nəfərini fərdi qaydada dinləyib.

Lakin bu dəfəki toplantını Əhliman Əmiraslanov üçün təbliğat-təşviqat kampaniyasına daxil olan sıradan görüş hesab etmək olmazdı. Çünki millət vəkili həm də bu 5 ildə gördüyü işlərlə bağlı seçiciləri qarşısında hesabat verirdi.

Görüşdə qeyd olundu ki, bu illər ərzində Kürdəmir rayonundan millət vəkilinin ünvanına 416 yazılı müraciət daxil olub. Bunlardan 287-si sosial, 25-i iqtisadi, 104-ü digər problemlərə aid olub. Müraciətlərdən əksəriyyəti müsbət həll olunub.

Həmçinin, məlum olduğu kimi 5 il ərzində millət vəkili  Əhliman Əmiraslanovun təşəbbüsü ilə 16 dəfə müxtəlif ixtisaslı həkimlərdən ibarət briqada Kürdəmirə ezam olunub. Bu aksiyalar zamanı  rayon və ətraf kənd sakinləri pulsuz müayinə olunublar. Həkimlər tərəfindən ümumilikdə 12315 nəfər kürdəmirli seçici  tibbi müayinələrdən keçirilərək  tövsiyyə və ixtisaslaşmış tibbi yardım almışlar. Müayinələr nəticəsində 56 nəfər Bakıya göndərilərək müxtəlif  xəstəliklərlə bağlı pulsuz cərrahiyyə əməliyyatı olunublar.

Tədbirdə iştirak edən Yeni Azərbaycan Partiyasının Kürdəmir rayon təşkilatının sədri Ağəli Kərimli son illər rayonda görülən işlər, inkişafın göstəricisi olan tədbirlərdən söz açdı. Bildirdi ki, son 5  il ərzində rayonda bir çox kəndlərdə yeni orta məktəb binaları, tibb məntəqələri tikilərək istifadəyə verilib. İki ay əvvəl isə dövlət başçısının iştirakı ilə Mollakənd-Axtacı-Öyqulu yolunun açılışı olub. “Rayon səviyyəsində görülən işlərdə hörmətli millət vəkilmiz Əhliman Əmiraslanovun da xüsusi töhfəsi olub. O, hər zaman seçicilərinə dəstək olub, bir çox məsələlərdə onlara yardım edib. Həm yüksək ixtisaslı həkim kimi, həm də digər sosial məsələlərin həllində köməyini əsirgəməyib”x9d. YAP rayon təşkilatının sədri hər kəsi 1 Noyabrda Əhliman Əmiraslanova səs verməyə çağırdı.
 
Daha sonra görüşə toplaşmış kənd sakinləri Ə.Əmiraslanovun gördüyü işlər haqqında fikirlərini açıqladılar. Qeyd olundu ki, millət vəkili bu vaxta qədər heç kimin probleminə biganə yanaşmayıb, hər kəsi dinləyərək kömək etməyə çalışıb.

Görüşün sonunda söz alan Əhliman Əmiraslanov özü haqda səslənən fikirlərə və göstərilən etimada görə təşəkkürünü bildirdi. Millət vəkili hər bir kənddən daxil olan müraciətləri diqqətlə araşdırdığını, bəzən bir kəndin xırda probleminin həlli üçün dəfələrlə müvafiq orqanların rəhbərləri ilə görüşdüyünü söylədi: “Sırf  bu kəndlə  bağlı 7 dəfə nazirlə görüşmüşəm. Mənim iş günüm seçicilərlə görüşdən başlayır. Bacardığım qədər hər kəsə yardım etməyə çalışmışam və bundan sonra da belə olacaq”x9d.

Ə.Əmiraslanov problemlərin hələ də qaldığını, amma onların həlli üçün dövlət səviyyəsində planlı işlər görüldüyünü söylədi. Regionlarda işsizliyin aradan qaldırılması, əlillərin sosial müdafiəsinin gücləndirilməsi üçün xeyli işlər görüldüyünü vurğuladı: “Son 10 ildə ölkədə 2500-dən çox məktəb tikilib. Səhiyyə Nazirliyinin də köməyilə bir neçə kənddə tibb məntəqələri yaradılıb. Biz bütün bu məsələləri yenə diqqətdə saxlayacağıq”x9d.
Sonda Əhliman Əmiraslanov hər kəsi 1 Noyabr seçkilərində iştirak edərək vətəndaşlıq borcunu yerinə yetirməyə çağırdı. O, seçiciləri düzgün seçim etməyə,regionun inkişafına yardım edəcək namizədə səs verməyə dəvət etdi: “Kimə səs vermək hər kəsin öz seçimidir. Mənimsə həm həkim, həm də alim kimi qapım həmişə üzünüzə açlıq olacaq”x9d.

Qeyd edək ki, görüşdə Sor-sor ilə yanaşı ətraf Carlı, Qocalı,  Köhünlü və digər kəndlərdən insanlar iştirak edirdilər.





Əhliman Əmiraslanov: “Bir kəndə görə 7 dəfə nazirlə görüşmüşəm”x9d
 Əhliman Əmiraslanov: “Bir kəndə görə 7 dəfə nazirlə görüşmüşəm”x9d
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Gülben Ergen “İnstagram”dan ayda 400 min QAZANIR

Gülben Ergen “İnstagram”dan ayda 400 min QAZANIR

Zelenski Ukrayna və Rusiyanın itkilərini açıqladı: 1 milyon 600 min...

Zelenski Ukrayna və Rusiyanın itkilərini açıqladı: 1 milyon 600 min...

Ermənistanda yeraltı elektrik kabeli partladı - VİDEO

Ermənistanda yeraltı elektrik kabeli partladı - VİDEO

İtaliya İspaniya ilə Şengen sazişini dayandırdı

İtaliya İspaniya ilə Şengen sazişini dayandırdı

3 ay əvvəl müşavir təyin edilmişdi - Ayrıldı

3 ay əvvəl müşavir təyin edilmişdi - Ayrıldı

Masallıda açıq ərazi yanır – VİDEO

Masallıda açıq ərazi yanır – VİDEO

Azərbaycan XİN Əlcəzairə başsağlığı verdi - FOTO

Azərbaycan XİN Əlcəzairə başsağlığı verdi - FOTO

Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür

Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür

Türkiyədə bələdiyyə sədri həbs edilib

Türkiyədə bələdiyyə sədri həbs edilib

Bu aylarda doğulanlar ƏN SİRLİ hesab olunur

Bu aylarda doğulanlar ƏN SİRLİ hesab olunur

Bu ölkə adını DƏYİŞDİ

Bu ölkə adını DƏYİŞDİ

Arvadına meyvə qabı atan kişi 1500 manat CƏRİMƏLƏNDİ

Arvadına meyvə qabı atan kişi 1500 manat CƏRİMƏLƏNDİ

Bakıda bu dahilərin heykəlləri var - ARAŞDIRMA

Bakıda bu dahilərin heykəlləri var - ARAŞDIRMA

Avqust ayında həyatları dəyişə biləcək 4 BÜRC

Avqust ayında həyatları dəyişə biləcək 4 BÜRC

Yaponiya Baş naziri Azərbaycana TƏŞƏKKÜR ETDİ

Yaponiya Baş naziri Azərbaycana TƏŞƏKKÜR ETDİ

Qusarda Azərbaycan Dili Günü münasibətilə “Yaradıcılıq günü” keçirildi - FOTO

Qusarda Azərbaycan Dili Günü münasibətilə “Yaradıcılıq günü” keçirildi - FOTO

Ronaldo evlənir?

Ronaldo evlənir?

Tramp "Patriot" istehsal texnologiyalarını niyə gizli saxladığını AÇIQLADI

Tramp "Patriot" istehsal texnologiyalarını niyə gizli saxladığını AÇIQLADI

"The Guardian": "Səudiyyə Ərəbistanı husilərə qarşı hücuma hazırlaşır"

"The Guardian": "Səudiyyə Ərəbistanı husilərə qarşı hücuma hazırlaşır"

Günayın tətil qarderobu – VİDEO

Günayın tətil qarderobu – VİDEO

Göyçayda suvarma kanalı yarıldı – Ərazilər su altında qaldı – FOTO

Göyçayda suvarma kanalı yarıldı – Ərazilər su altında qaldı – FOTO

Makron miqrant böhranına görə İspaniyaya kömək TƏKLİF ETDİ

Makron miqrant böhranına görə İspaniyaya kömək TƏKLİF ETDİ

Binanın altından metroya keçid inşa edilir? - VİDEO

Binanın altından metroya keçid inşa edilir? - VİDEO

ABŞ İranın Hörmüz boğazı ilə bağlı iddialarına: “Bu yalandır”

ABŞ İranın Hörmüz boğazı ilə bağlı iddialarına: “Bu yalandır”

End of content

No more pages to load

RADİO