“Azərbaycanın ilk hərbi naziri, Qarabağın general-qubernatoru,xa0 xa0Xalq Cümhuriyyətinin elan edilməsi Bəyannaməsinə imza atan 26 nəfərdən biri olmuş Xosrov bəy Sultanovun 140 illiyi dövlət səviyyəsində keçirilməlidir”.
Moderator.az xəbər verir ki, bu təşəbbüsüxa0 mayın 16-da Beynəlxalq Mətbuat Mərkəzinin böyük zalında Karabakhmedia.az saytının təşkilatçılığıyla Xosrov bəy Sultanovun yubileyi ilə bağlı keçirilmiş tədbirdə çıxış edən Cümhuriyyət tarixinin dəyərli araşdırmaçısı, tarix elmləri üzrə fəlsəfə doktoru Nəsiman Yaqublu irəli sürüb.xa0 Tarixçi alim Xosrov bəyin ibrətamiz həyat və fəaliyyəti, Azərbaycanın azadlıq və müstəqillik əldə etməsi, ərazi bütövlüyümüzün, o cümlədən Zəngəzur və Qarabağ torpaqlarının erməni işğalından müdafiəsi, eləcə də xaricdə mühacir həyatı yaşadığı dövrlərdə Vətənimiz üçün gördüyü işlər haqda çoxlarının bilmədiyi faktlardan danışıb.xa0 xa0Nəsiman Yaqublu tədbirin sonunda Xosrov bəy Sultanovun yubileyinin dövlət səviyyəsindəxa0 keçirilməsi ilə bağlı Prezident İlham Əlyevəxa0 müraciət ünvanlanmasını təklif edib.xa0 Alimxa0 qeyd edib ki, Xosrov bəyin 100 il öncə -1919-cu ildəxa0 Qarabağın general qubernatoru olması faktı beynəlxalq səviyyədə xüsusilə vurğulanmalıdır.

Yubileydəxa0 Milli Məclisin deputatı Fazil Mustafa, 2012-ci ildə Xosrov bəyin qardaşı,xa0 xalq qəhrəmanı Sultan bəyin 140 illik yubileyinin dövlət səviyyəsində keçirilməsinə nail olmuşxa0 Laçın Rayon İcra Hakimiyyətinin sabiq başçısı Ramiz Cəbrayılov, tarixçi alimlər Şikar Qasımov,xa0 Ələmdar Şahverdiyev, Xosrov bəyin qardaşı nəvəsi Laçın Paşayev, tədbirin təşkilatçılarından Qəzənfər Hüseynov, Orxan Cəbrayıl və digərləri çıxış edib.
Tədbirə tanınmış jurnalist İlham Tumas aparıcılıq edib.xa0xa0
Qısa tanıtım:
Xosrov bəy Sultanovxa0 -1879-cu il may ayının 10-da Zəngəzur qəzasının Hacısamlı nahiyəsinin Qasımuşağı obasının Qurdqajı kəndində (indiki Laçın rayonu) dünyaya göz açıb. Gəncə gimnaziyasını bitirdikdən sonra Odessada ali tibb təhsili alıb. 1918-ci ilin 28 mayında Tiflisdə Azərbaycan Milli Şurası adından Azərbaycan Xalq Cümhuriyyətinin elan edilməsi Bəyannaməsinə imza atan 26 nəfərdən biri də Xosrov bəy Sultanov olmuşdur. Xalq Cumhuriyyətinin həmin gün təşkil edilmiş birinci hökumət kabinetində Xosrov bəy hərbi nazir postunu tutub. O, Zaqafqaziya seyminin və Azərbaycan parlamentinin üzvü olub.xa0
1919-cu ilin 15 yanvarında Xosrov vəy Qarabağın general qubernatoru təyin olunub. Həmin ilin 21 martında erməni-daşnak hərbi dəstələri Qarabağa yeganə keçid olan Əsgəran keçidini zəbt etmişlər. Amma daşnak generalı Dronun hərbi dəstələri Xosrov bəyin başçılıq etdiyi Azərbaycan əsgərləri tərəfindən mayın 30-da darmadağın edilmiş, Xankəndi və Şuşa geri alınmışdır.xa0
1923-cü ildən general Xosrov bəy Sultanovun həyatında mühacirət dövrü başlanmışdır. O, Türkiyədə, İranda (1926), daha sonra Fransa və Almaniyada yaşamış, Almaniyada Tibb Universitetində professor vəzifəsində çalışmışdır. Bundan sonra, 1936-cı ildə Türkiyəyə qayıtmışdır.
Xosrov bəyin ölüm tarixi 2016-cı ilin fevral ayına kimi 1947-ci il, vəfat yeri isə Trabzon göstərilsə də, məzarının yeri dəqiq məlum olduqdan sonra 7 yanvar 1943-cü ildə vəfat etdiyi və məzarının da İstanbulun Feriköy qəbiristanlığında olduğu məlum olmuşdur.
Sultan Laçın
