Armen Qriqoryan Hikmət Hacıyevlə görüşünü effektiv adlandırdı

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevlə Vaşinqtonda baş tutan görüşü effektiv qiymətləndirib.

Bizim.Media xəbər verir ki, Armen Qriqoryan bu barədə “Amerikanın Səsi” radiosunun erməni xidmətinə müsahibəsində deyib.

Ermənistan Təhlükəsizlik Şurasının katibi bildirib ki, sentyabrın 27-də Vaşinqtonda ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Cek Sallivanın da iştirak etdiyi üçtərəfli görüşdə regionda sülhün bərqərar olması ilə bağlı mövzular müzakirə olunub.
 

MÖVZU İLƏ BAĞLI:

Hikmət Hacıyev və nümayədə heyətinin Qriqoryanla görüşdə xarıbülbül yaxa sancağı taxması DİQQƏT ÇƏKİB  


Onun sözlərinə görə, tərəflər Qarabağ, kommunikasiyaların açılması, delimitasiya, sərhəd təhlükəsizliyi ilə bağlı məsələləri müzakirə ediblər. Qriqoryan əlavə edib ki, bu mövzular regionda sabitliyə və sülhə gətirib çıxarır:

“Bu istiqamətlərdə biz necə irəliləyiş əldə edə biləcəyimizi aydınlaşdırmağa çalışdıq. Ermənistanla Azərbaycan arasında sülh sazişi bunlarla bağlıdır”.

Armen Qriqoryan xatırladıb ki, Ermənistan-Azərbaycan danışıqları digər formatlarda - xarici işlər nazirləri, Baş nazirlərin müavinləri və milli təhlükəsizlik xidmətinin rəhbərləri səviyyəsində aparılır. Bütün bunlarla yanaşı, Qriqoryanın sözlərinə görə, ölkə liderlərinin görüşləri də var və bu da digər formatlarda qeydə alınan irəliləyişlə bağlıdır.

Armen Qriqoryan Ermənistan və Azərbaycan sərhədində son hərbi toqquşmalar zamanı atəşkəsin əldə olunmasına da toxunub. O vurğulayıb ki, atəşkəs ABŞ-ın vasitəçiliyi ilə mümkün olub.
Ermənistan Təhlükəsizlik Şurasının katibi diqqətə çatdırıb ki, ABŞ-ın regiona cəlb olunması müsbət təsir göstərir və əlavə təhlükəsizlik təminatı yaradır.

Qeyd edək ki, Armen Qriqoryanın müsahibəsi ötən gün Ermənistan silahlı qüvvələrinin Azərbaycanla sərhəddə təxribata əl atmasından əvvəl baş tutub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Pentaqon rəhbəri: “Hörmüz boğazına İran yox, biz nəzarət edirik”

Pentaqon rəhbəri: “Hörmüz boğazına İran yox, biz nəzarət edirik”

Ağdaşda ev yandı - Ana və oğulları xəsarət aldı

Ağdaşda ev yandı - Ana və oğulları xəsarət aldı

İsrail Almaniyaya XƏBƏRDARLIQ ETDİ

İsrail Almaniyaya XƏBƏRDARLIQ ETDİ

A Seriyasında ayın ən yaxşısı oldu

A Seriyasında ayın ən yaxşısı oldu

Cəbrayılın işğaldan azad olunmasından 6 il ÖTÜR

Cəbrayılın işğaldan azad olunmasından 6 il ÖTÜR

Bakıda kanatla sərnişindaşıma olacaq - VİDEO

Bakıda kanatla sərnişindaşıma olacaq - VİDEO

Niyə bəzi qadınlar problemli kişiləri seçir? - “Pis oğlan” seçiminin arxasında dayanan FAKTLAR

Niyə bəzi qadınlar problemli kişiləri seçir? - “Pis oğlan” seçiminin arxasında dayanan FAKTLAR

"Zəif komandalardan asan oyun gözləmək olmaz” - Qurban Qurbanov

"Zəif komandalardan asan oyun gözləmək olmaz” - Qurban Qurbanov

“Rusiya İran-ABŞ münaqişəsində vasitəçilik etməyə hazırdır” - Medvedev

“Rusiya İran-ABŞ münaqişəsində vasitəçilik etməyə hazırdır” - Medvedev

Bəxtiyar Əsgərov vəzifəsindən AZAD EDİLDİ

Bəxtiyar Əsgərov vəzifəsindən AZAD EDİLDİ

“Ukrayna Aİ-dən 8 milyard dollar ala bilməyəcək”

“Ukrayna Aİ-dən 8 milyard dollar ala bilməyəcək”

İngiltərə Xorvatiyaya 7 qolla qalib gəldi

İngiltərə Xorvatiyaya 7 qolla qalib gəldi

Səudiyyə Ərəbistanı Avropadan husilərə qarşı hərbi dəstək İSTƏDİ

Səudiyyə Ərəbistanı Avropadan husilərə qarşı hərbi dəstək İSTƏDİ

Oktyabrda böyük qazanc əldə edəcək 5 BÜRC

Oktyabrda böyük qazanc əldə edəcək 5 BÜRC

Sürücülərin NƏZƏRİNƏ: Bu yollarda gecə hərəkət məhdudlaşdırılacaq

Sürücülərin NƏZƏRİNƏ: Bu yollarda gecə hərəkət məhdudlaşdırılacaq

Ukraynadan Rusiyaya yeni ZƏRBƏ MESAJI: Neft emalı zavodları hədəfdə

Ukraynadan Rusiyaya yeni ZƏRBƏ MESAJI: Neft emalı zavodları hədəfdə

“Turan Tovuz” “Fənərbağça”ya MƏĞLUB OLDU - VİDEO

“Turan Tovuz” “Fənərbağça”ya MƏĞLUB OLDU - VİDEO

Xaçmazda AĞIR QƏZA: 2 yaralı var - FOTO

Xaçmazda AĞIR QƏZA: 2 yaralı var - FOTO

"Toyda oxuyanlar gündə konsert verir, biabırçılıqdır" - VİDEO

"Toyda oxuyanlar gündə konsert verir, biabırçılıqdır" - VİDEO

ABŞ-dan uçan təyyarə itkin düşdü - FOTO/VİDEO

ABŞ-dan uçan təyyarə itkin düşdü - FOTO/VİDEO

Zelenski: “Putin müharibənin dayandırılması üçün daim yeni şərtlər irəli sürür”

Zelenski: “Putin müharibənin dayandırılması üçün daim yeni şərtlər irəli sürür”

“Fənərbağça” hesabı açdı - VİDEO

“Fənərbağça” hesabı açdı - VİDEO

İsrail ordusu “İslami Cihad”ın raket bölməsinin iki komandirini öldürüb

İsrail ordusu “İslami Cihad”ın raket bölməsinin iki komandirini öldürüb

Rabia-dan diplomatik örtüyə: Cihangir İşbilir-in müəmmalı karyerası

Rabia-dan diplomatik örtüyə: Cihangir İşbilir-in müəmmalı karyerası

End of content

No more pages to load

RADİO