Ukrayna müharibəsinin 28-ci günü – Bu savaşda Rusiyanın 12 ZƏİFİ

Artıq Rusiya ilə Ukrayna arasında başlanan müharibənin 28 günü başa çatıb. Bu müddət ərzində Rusiya ordusu müəyyən qədər Ukraynanın içərilərinə daxil olsa da, hələ də əsas məqsədlərinə nail ola bilmir. İldırım sürətli müharibə planı iflasa uğrayıb.

Ukrtaynanın iri şəhərləri Rus ordusuna ciddi müqavimət göstərməkdə davam edir. Ötən müddət ərzində Rusiya canlı qüvvə və hərbi texnika baxımından da ciddi itkilərə məruz qalıb. 

Hərbi gücünə görə, dünyanın ikinci nəhəngi olan bir ölkənin hələ də Ukraynanın öhdəsindən gələ bilməməsi istər-istəməz Rusiya ordusunda bir sıra zəif cəhətlərin olduğunu üzə çıxarır.
 

MÖVZU İLƏ BAĞLI:

Rusiya-Ukrayna müharibəsi nə vaxt başa çatacaq? - Tarix açıqlandı 


Onlar hansılardır?

1. Hadisələrin gedişaatı Rusiya ordusunun müharibə planının düzgün qurulmadığını ortaya qoyur. Kreml düşünürdü ki, 2014-cü ildə olduğu kimi, Ukraynanın öhdəsindən asanlıqla gələ biləcək. Bu arxayınlıq fonunda Rusiya rəqibin hərbi qüvvəsini düzgün dəyərləndirə bilməyib.    

2. Kiyevə qarşı müharibədə istifadə etdiyi silahların əksəriyyətinin müasir tələblərə cavab verməyən köhnə silahlar olduğu üzə çıxır. Deməli, indiyə kimi, Kremlin ortdunu ən müasir silahlarla təchiz etdiyi barədə söylədikləri heç də tam şəkildə həqiqəti əks etdirmir.   

3. Proses Rusiya ordusunda başıpozuqluq, korrupsiya hallarının, özünə arxayınlığın geniş vüsət aldığını ortaya qoydu. 

4. Bu ordu özünü nizami ordudan daha çox, cəzaverici qüvvə kimi aparır ki, bunun özü də həm Rusiya daxilində, həm də Ukraynada ona nifrətin artmasına gətirib çıxarır.  

5. Döyüşlər rus ordusunda döyüş qabiliyyətinin söylənilənlərdən fərqli olaraq zəif olduğunu ortaya qoydu. Bu da rus ordusunun gücü barədə mifin alt-üst olması deməkdir. 

6. Rus əsgəri Ukraynada nəyin, kimin uğrunda vuruşduğunu anlamır. Onlar ümumiyyətlə, Ukrayna uğrunda döyüşmək istəmədiklərini ortaya qoyurlar. Əksəriyyətinin Ukraynada yaxınları, dostları var.

7. Mövcud vəziyyət Rusiya kəşfiyyatının zəif işlədiyini də ortaya qoyub. 

8. Psixoloji baxımdan da Rusiya ordusunun, hərçənd Suriya bataqlığından çıxsalar da, döyüşə hazır olmadığını göstərir. 

9. Rusiyanın sanksiyalara, təcridə hazır, iqtisadiyyatının uzun müddətli müharibə aparmaq gücündə olmadığı ortaya çıxır. 

10. Müharibədə mühüm rol oynayan informasiya savaşında Rusiya Ukraynaya uduzur. İnformasiya məkanında aktivliyilə seçilən Qərbin bütün təbliğat vasitələri Kiyevin marağına işlədiyi halda, Rusiya ondan məhrumdur. Ona görə də dünyada Rusiya barəsində mənfi imicə malik ölkə statusu formalaşıb. 

11. Ukrayna hökuməti, xalqı ilə ordusunun vəhdəti də Rusiyanın zəifliyini büruzə verib. Moskvada elə zənn edirdilər ki, 2014-cü ildə olduğu kimi, zəif hərbi qüvvə ilə rastlaşacaqlar. Həmçinin, onlar Ukrayna xalqının belə ciddi müqavimət göstərəcəyini gözləmirdilər. 

12. Qərbdən Kiyevə əksər müstəvilərdə verilən ciddi dəstək də rus ordusunun rahat şəkildə irəliləməsinə əngəl olan amillərdəndir. Moskva bunu da lazımınca hesaba almayıb.

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bu qidaları acqarına yemək olmaz

Bu qidaları acqarına yemək olmaz

Yasamalda TƏHLÜKƏ: Dəmir lövhələr küləyin təsirindən qoparaq yerə düşür - VİDEO

Yasamalda TƏHLÜKƏ: Dəmir lövhələr küləyin təsirindən qoparaq yerə düşür - VİDEO

Kamran Ağabalayev əzələlərini nümayiş etdirdi – FOTO

Kamran Ağabalayev əzələlərini nümayiş etdirdi – FOTO

40 yaşına qədər şanssız olan BÜRCLƏR - Həyatları kəskin dəyişir

40 yaşına qədər şanssız olan BÜRCLƏR - Həyatları kəskin dəyişir

2026-cı ilin “Qızıl top” namizədləri bu tarixdə açıqlanacaq

2026-cı ilin “Qızıl top” namizədləri bu tarixdə açıqlanacaq

Evlilik qapılarını döyür - 4 bürcün bəxti açılır

Evlilik qapılarını döyür - 4 bürcün bəxti açılır

Ronaldo və Messi mübahisəsinə nöqtə qoyuldu – Tarixin ən yaxşısı odur

Ronaldo və Messi mübahisəsinə nöqtə qoyuldu – Tarixin ən yaxşısı odur

Astarada şəhid ailələri üçün mənzillər alınacaq

Astarada şəhid ailələri üçün mənzillər alınacaq

Prezidentlə xanımının Bişkekdəki mərasimdən FOTOLARI

Prezidentlə xanımının Bişkekdəki mərasimdən FOTOLARI

Ermənistanda Noyemberyan icmasının rəhbəri saxlanıldı

Ermənistanda Noyemberyan icmasının rəhbəri saxlanıldı

Dünyada qiyməti ən çox BAHALAŞAN MƏHSUL məlum oldu

Dünyada qiyməti ən çox BAHALAŞAN MƏHSUL məlum oldu

Elşənin Vyetnam sərgüzəştləri – VİDEO

Elşənin Vyetnam sərgüzəştləri – VİDEO

Mirzoyan: "Yaxın günlərdə Ermənistan Azərbaycana məhsul satacaq"

Mirzoyan: "Yaxın günlərdə Ermənistan Azərbaycana məhsul satacaq"

Ramiz Mehdiyevə yeni ittiham elan olundu

Ramiz Mehdiyevə yeni ittiham elan olundu

İsmayıllıda avtomobil sexi yanaraq külə döndü - FOTO

İsmayıllıda avtomobil sexi yanaraq külə döndü - FOTO

Sumqayıtda atası tərəfindən bıçaqlanan oğlanın vəziyyəti açıqlandı

Sumqayıtda atası tərəfindən bıçaqlanan oğlanın vəziyyəti açıqlandı

Sahibə Qafarova Mozambikin Baş naziri ilə görüşdü - FOTO

Sahibə Qafarova Mozambikin Baş naziri ilə görüşdü - FOTO

Gecə saatlarında bu yollardan istifadə edənlərin NƏZƏRİNƏ - FOTO

Gecə saatlarında bu yollardan istifadə edənlərin NƏZƏRİNƏ - FOTO

İranda dolların məzənnəsi daha da YÜKSƏLDİ

İranda dolların məzənnəsi daha da YÜKSƏLDİ

Göygöldə kişi naməlum şəraitdə bıçaqlandı

Göygöldə kişi naməlum şəraitdə bıçaqlandı

Sentyabrın bu günləri güclü maqnit qasırğaları olacaq - PROQNOZ

Sentyabrın bu günləri güclü maqnit qasırğaları olacaq - PROQNOZ

Bu Avropa ölkəsində donuz taunu yayıldı – Sakinlərə qadağa qoyuldu

Bu Avropa ölkəsində donuz taunu yayıldı – Sakinlərə qadağa qoyuldu

Argentina millisindən Messinin gedişinə REAKSİYA

Argentina millisindən Messinin gedişinə REAKSİYA

Zelenski Aleksandr Kamışini vəzifəsindən AZAD ETDİ

Zelenski Aleksandr Kamışini vəzifəsindən AZAD ETDİ

End of content

No more pages to load

RADİO