İranın Gürcüstandakı səfiri Seyid Əli Mocani Tbilisi küçələrindən birində küçə itlərinin hücumuna məruz qalıb.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Front News nəşri yayıb.
Mənbə qeyd edir ki, səfir itləri qovmağa çalışarkən yıxılıb və ayağını sındırıb.
Yerli sakinlər ona ilk tibbi yardım göstərib və təcili tibbi yardım briqadasını çağırıblar.
Bizim.Media