Uşaqlarınızı qoruyun: Qonşu ölkədə norovirus sürətlə yayılır

Gürcüstanın paytaxtı Tbilisidə bələdiyyə uşaq bağçalarında çoxsaylı uşağın xəstələnməsinə yüksək ehtimalla norovirusun səbəb olduğu müəyyənləşdirilib.

Bizim.Media xəbər verir ki, bu barədə Gürcüstan Milli Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Mərkəzi (NCDC) məlumat yayıb.
 

Mərkəzin bildirdiyinə görə, aparılan laborator müayinələrin nəticələri xəstəlik hallarının əksəriyyətinin norovirusla əlaqəli olduğunu göstərir. Bununla belə, araşdırmalar hələ davam edir və yekun nəticələrin daha sonra açıqlanacağı bildirilib.


Norovirus virus mənşəli qastroenteritin əsas səbəblərindən biridir. İnfeksiya adətən qusma, qarın ağrısı, ishal, bəzi hallarda isə hərarətlə müşayiət olunur. Xəstəlik əksər hallarda 1-3 gün ərzində keçir.

Mütəxəssislərin diqqət çəkdiyi əsas risk isə güclü qusma və ishal zamanı orqanizmin susuzlaşmasıdır.

NCDC-nin məlumatına görə, norovirus Gürcüstanda virus mənşəli qastroenterit hallarının təxminən 40-45 faizini təşkil edir.

Hazırda xəstələnən uşaqların vəziyyəti əlverişli qiymətləndirilir. Ciddi və ya həyati təhlükəli ağırlaşmalar qeydə alınmayıb. Uşaqların böyük hissəsinin artıq sağalma mərhələsində olduğu bildirilir.

Kütləvi xəstələnmə halları sentyabrın 17-18-də, Tbilisidə uşaq bağçalarının yeni mövsüm üzrə fəaliyyətə başlamasından qısa müddət sonra qeydə alınıb.

Gürcüstanın səhiyyə naziri Mixeil Sardjveladzenin daha əvvəl verdiyi məlumata görə, 100-dən çox uşağın xəstəxanaya yerləşdirilməsinə ehtiyac yaranıb.

Norovirusla bağlı xəstəlik halları eyni vaxtda Tbilisinin 20 uşaq bağçasında qeydə alınıb. Onlardan 7-si karantin məqsədilə bağlanıb.

Gürcüstanda baş verən bu kütləvi xəstələnmə halları fonunda valideynlərə uşaqlarda qusma və ishal kimi simptomlar müşahidə edildikdə maye itkisinə xüsusi diqqət yetirmələri tövsiyə olunur. (Modern.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Luvrdə "Cokonda"nın yanında öz rəsmlərini asan iki alman saxlanıldı

Luvrdə "Cokonda"nın yanında öz rəsmlərini asan iki alman saxlanıldı

Xocavənddə Şəhər Günü münasibətilə ictimai-mədəni tədbir keçirildi - FOTO

Xocavənddə Şəhər Günü münasibətilə ictimai-mədəni tədbir keçirildi - FOTO

Azərbaycan Ordusunda Dövlət Suverenliyi Günü münasibətilə silsilə tədbirlər keçirildi

Azərbaycan Ordusunda Dövlət Suverenliyi Günü münasibətilə silsilə tədbirlər keçirildi

Qeyri-sabit hava ilə bağlı daha bir XƏBƏRDARLIQ

Qeyri-sabit hava ilə bağlı daha bir XƏBƏRDARLIQ

Erməni politoloq İstanbulda VƏFAT ETDİ

Erməni politoloq İstanbulda VƏFAT ETDİ

Üzüm və Şərab Festivalının ikinci günü başladı - VİDEO

Üzüm və Şərab Festivalının ikinci günü başladı - VİDEO

55 gün erməni əsirliyində olan Xocavənd sakini: Dövlət Himninin səsinə oyandım

55 gün erməni əsirliyində olan Xocavənd sakini: Dövlət Himninin səsinə oyandım

Bir neçə gün əvvəl itkin düşmüşdü - Meyiti quyudan tapıldı

Bir neçə gün əvvəl itkin düşmüşdü - Meyiti quyudan tapıldı

Rüfət Nasosnu: "Həddi bir az aşmışıq, üzr istəyirəm"

Rüfət Nasosnu: "Həddi bir az aşmışıq, üzr istəyirəm"

Can Azərbaycanın sevinci sevincimiz, qüruru qürurumuzdur - FOTO

Can Azərbaycanın sevinci sevincimiz, qüruru qürurumuzdur - FOTO

Bakı-Sumqayıt yolunda qəza - VİDEO

Bakı-Sumqayıt yolunda qəza - VİDEO

Matviyenko ona məğlub oldu – Gizli yazışmalar üzə çıxdı

Matviyenko ona məğlub oldu – Gizli yazışmalar üzə çıxdı

Ərdoğan BMT Baş Assambleyasında 16-cı dəfə çıxış edəcək

Ərdoğan BMT Baş Assambleyasında 16-cı dəfə çıxış edəcək

Lamin Yamal Vinisius Juniorun rekordunu qırdı - VİDEO

Lamin Yamal Vinisius Juniorun rekordunu qırdı - VİDEO

Türkiyənin Azərbaycandakı səfirliyi ölkəmizi təbrik etdi - FOTO

Türkiyənin Azərbaycandakı səfirliyi ölkəmizi təbrik etdi - FOTO

Rəşad Sadıqovdan nümunəvi davranış - Davanın qarşısını aldı - VİDEO

Rəşad Sadıqovdan nümunəvi davranış - Davanın qarşısını aldı - VİDEO

Qarabağ və Şərqi Zəngəzura həsr olunmuş “Sabaha doğru” sənədli filmi hazırlandı - VİDEO

Qarabağ və Şərqi Zəngəzura həsr olunmuş “Sabaha doğru” sənədli filmi hazırlandı - VİDEO

Ukraynalı aktyorun keçmiş həyat yoldaşı ABŞ-da yenidən ailə həyatı qurdu - FOTO

Ukraynalı aktyorun keçmiş həyat yoldaşı ABŞ-da yenidən ailə həyatı qurdu - FOTO

Rus qoşunları Sumı vilayətində ərazini genişləndirməyə çalışır

Rus qoşunları Sumı vilayətində ərazini genişləndirməyə çalışır

Bu adada donuzlar dənizdə turistlərlə birlikdə çimir - VİDEO

Bu adada donuzlar dənizdə turistlərlə birlikdə çimir - VİDEO

Erkən karlıq beynin fəaliyyətini dəyişir və periferik görməni gücləndirir

Erkən karlıq beynin fəaliyyətini dəyişir və periferik görməni gücləndirir

Britaniyalı siyasətçi Trampın müşavirini qaçırmağı təklif etdi

Britaniyalı siyasətçi Trampın müşavirini qaçırmağı təklif etdi

Ermənilər Kərkini boşaldacaq - Paşinyan qərar verdi

Ermənilər Kərkini boşaldacaq - Paşinyan qərar verdi

Uşaqlarınızı qoruyun: Qonşu ölkədə norovirus sürətlə yayılır

Uşaqlarınızı qoruyun: Qonşu ölkədə norovirus sürətlə yayılır

End of content

No more pages to load

RADİO