"Güclü Ermənistan" müxalifət bloku deputat mandatlarını qəbul edərək, yeni çağırış parlamentində işə başlamaq barədə qərar qəbul edib.
Bizim.Media xəbər verir ki, blokun seçki siyahısının rəhbəri Narek Karapetyan qərarı aşağıdakı səbəblərlə izah edib:
Bu addım müxalifətin parlamentdə təmsil olunmasını təmin edəcək.
Müxalifət parlament fəaliyyəti ilə yanaşı, küçə etiraz aksiyalarına da dəstək verəcək.
Narek Karapetyan həmçinin bəyan edib ki, onun siyasi bloku Konstitusiyada Azərbaycanla bağlı ərazi iddialarını özündə ehtiva edən dəyişikliklərin edilməsinə mane olacaq.
Bizim.Media