İşğal dövründə Qarabağ ərazisində fəaliyyət göstərmiş qanunsuz silahlı birləşmələrin tərkibində xidmət edən və vaxtilə Ermənistanda dövlət tərəfindən pulsuz mənzillə təmin olunmuş yüksək rütbəli hərbçilərə yaşayış yerlərini boşaltmaq barədə bildiriş göndərilib.
Bizim.Media xəbər verir ki, bu barədə “Sputnik Ermənistan”a vəkil Roman Yeritsyan məlumat verib.
Onun sözlərinə görə, söhbət onlarla hərbçidən gedir.
Hüquqşünas hazırda Qarik Safaryan, Armen Kağramanyan, Feliks Qabrielyan və Vladik Xaçatryanın maraqlarını müdafiə edir. Bildirilir ki, onların hamısı istisnasız şəkildə xəbərdarlıq məktubu alıblar.
Yeritsyan qeyd edib ki, göndərilən bildirişlərdə konkret hüquqi əsas göstərilmir.
Sənəddə yalnız mənzillərin vaxtilə qanun pozuntusu ilə verildiyi qeyd olunur, lakin həmin pozuntuların nədən ibarət olduğu açıqlanmır.
Vəkil müvəkkilləri ilə bağlı məhkəməyə müraciət etdiyini və hazırda qərarın gözlənildiyini bildirib.
Bizim.Media