SEPAH Hərbi Dəniz Qüvvələri son 24 saat ərzində 31 gəminin İran tərəfi ilə koordinasiyalı şəkildə Hörmüz boğazını keçdiyini bəyan edib.
Bizim.Media xəbər verir ki, bu barədə SEPAH-ın məlumatında qeyd olunub.
Qurumun bildirdiyinə görə, bu gəmilərin arasında neft tankerləri, konteyner daşıyıcıları və digər ticarət gəmiləri olub.
SEPAH həm də qeyd edib ki, "ABŞ ordusunun təcavüzünə" baxmayaraq, hərbi dəniz qüvvələri bu gəmilərin təhlükəsiz keçidini təmin etməyə çalışıb.
Bizim.Media