Həbsxanaya düşməmək üçün 8 uşaq dünyaya gətirdi – VİDEO

Türkiyənin Samsun şəhərində oğurluq cinayətinə görə haqqında 65 ildən çox həbs cəzası olan 8 uşaq anası Saniyə G.-nin cəzaçəkmədən yayınmaq üçün qanundakı boşluqlardan istifadə etdiyi iddia olunur.

Bizim.Media “Haberler”ə istinadla xəbər verir ki, 31 yaşlı qadın “azyaşlı uşağı olan ana”larla bağlı həbs cəzasını təxirəsalma hüququndan yararlanaraq uzun müddət həbsxanaya göndərilməyib.
 
Bildirilir ki, onun ən böyüyü 13, ən kiçiyi isə 6 aylıq olmaqla 8 övladı var. Saniyə G. 60 evdən oğurluq etdiyinə görə barəsində 65 il 10 ay 10 günlük həbs cəzası verilib.

Son hadisə Samsunun İlkadım rayonunun Zəfər məhəlləsində baş verib. Bir evdən təxminən 20 min lirə oğurlanması ilə bağlı aparılan araşdırma zamanı oğurluğun Saniyə G. və onun 13 yaşlı oğlu tərəfindən törədildiyi müəyyənləşdirilib.

Polis tərəfindən saxlanılan ana və oğlu məhkəməyə çıxarılıb. Məhkəmə bu dəfə Saniyə G. barəsində həbs qətimkan tədbiri seçərək onun Samsun Qapalı Həbsxanasına göndərilməsinə qərar verib.
 
Son məhkəmə iclasında isə qadına oğurluq və mənzil toxunulmazlığını pozma maddələri ilə əlavə olaraq 3 il 9 ay 18 gün həbs cəzası verilib və həbsdə qalması qərara alınıb. Hadisə ilə bağlı diqqətçəkən məqamlardan biri də hakimin Ədliyyə Nazirliyinə müraciəti olub.

Hakim qadının mövcud qanunvericilikdən sui-istifadə edərək cəzanın icrasından yayınmağa çalışdığını bildirib və həbs cəzasının təxirə salınması hüququnun müəyyən uşaq sayı ilə məhdudlaşdırılması üçün qanunvericiliyə dəyişiklik edilməsini təklif edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Şahbuzun bəzi hissələrində işıq OLMAYACAQ

Şamil Əliyev yüksək vəzifəyə təyin olundu – FOTO

Tətilə gedən bir ailə yox oldu: Cəsədləri belə tapıldı

Lənkəranda GÜCLÜ YANĞIN – Evlər təhlükə altında – FOTO

Qaynadılmış yumurtanı soyuq suya salmaq lazımdırmı?

Rusiyadan Ermənistana Azərbaycandan keçməklə buğda göndərildi – FOTO/VİDEO

DİQQƏT! Sumqayıtda 29 min abonentin qazı kəsiləcək

Kənd Təsərrüfatı Nazirliyi də Samuxdakı hadisə ilə bağlı MƏLUMAT YAYDI

Ruslan Ələsgərov Azərbaycana EKSTRADİSİYA EDİLDİ

Sabirabad, Salyan və Saatlı sakinlərinin NƏZƏRİNƏ!

Prezident "Toxumçuluq haqqında" Qanunu təsdiqlədi

Serebral iflic olan uşağı avtomobillə vurub, yardımdan imtina etdi – ANBAAN VİDEO

Azərbaycanın ən qədim silah anbarının olduğu şəhər: Dəvə belində Bizansa qədər daşınırdı - TOPONİMLƏR

Bu ilin məzunlarının NƏZƏRİNƏ – Attestat və diplomlarla bağlı YENİLİK

Türkiyə gəzinti gəmisində YANĞIN – Sərnişinlər təxliyə edildi – ANBAAN VİDEO

Ciddi çətinliklərlə üzləşəcək BÜRCLƏR

Ciddi çətinliklərlə üzləşəcək BÜRCLƏR

Amaliya Pənahovanın qılıncı satışa çıxarıldı - FOTO

Hava kəskin dəyişir: Külək, intensiv yağış, sel... – Nazirlikdən ÇAĞIRIŞ

Sabahdan ekspres marşrutlar fəaliyyətə başlayır– VİDEO

Rayonlarda qeyri-sabit hava nə vaxtadək davam edəcək?

SON DƏQİQƏ! Samuxda qarayara xəstəliyinə yoluxmalarla bağlı RƏSMİ AÇIQLAMA

RK altqrupunda 150 bal toplayanlar da universitetə qəbul ola biləcək – VİDEO

Kişilərə görə ağıllı qadınların 10 xüsusiyyəti

Şarja qoyulan Çin avtomobili PARTLADI - Saniyələr içində külə döndü - VİDEO

End of content

No more pages to load

RADİO