Tehranın su ilə bağlı vəziyyəti heç də əlverişli deyil və milyonlarla insan su çatışmazlığı ilə üzləşməkdədir.
Bizim.Media xəbər verir ki, bunu İranın energitika naziri Abbas Əliabadi deyib.
“Yağıntıların nisbi artmasına baxmayaraq, İran ardıcıl altı il quraqlıq yaşayıb, yerüstü və yeraltı su anbarlarındakı çatışmazlıq ciddi bir böhran olaraq qalır”, - nazir bildirib.
Energetika nazirinin sözlərinə görə, yağıntının qeyri-bərabər yağması ölkənin 35 milyondan çox əhalisi olan 10 əyalətinin normadan aşağı vəziyyətdə qalmasına səbəb olub.
Bizim.Media