Rusiyada ötən gecə hava hücumundan müdafiə sistemləri 286 Ukrayna pilotsuz uçuş aparatını vurub.
Bizim.Media xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, pilotsuz uçuş aparatları çərşənbə axşamı saat 20:00-dan çərşənbə günü saat 07:00-dək 15 region üzərində, həmçinin Azov və Qara dəniz akvatoriyalarında ələ keçirilib və məhv edilib.
Hadisə ilə bağlı əlavə məlumat açıqlanmayıb.
Bizim.Media