Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan növbəti dəfə yeni konstitusiyanın qəbul edilməsinin vacibliyini bəyan edib.
Bizim.Media xəbər verir ki, Ərdoğan bu barədə çıxışında bildirib:
"Qarşımızda yeni, hər kəsi əhatə edən, liberal və mülki konstitusiya vasitəsilə demokratiyamızı aşağıdan yuxarıya doğru inşa etmək imkanı açılır".
Onun sözlərinə görə, yeni konstitusiya ölkənin müasir siyasi reallıqlarını əks etdirməli və respublikaya "ali hüquqi məntiqlə" hərəkət etmək imkanı verməlidir.
Bizim.Media