İran ABŞ-ın sanksiya siyasətinə qoşulan ölkələrin gəmilərinin Hörmüz boğazından keçməsinə icazə verməyəcəyini açıqlayıb.
Bizim.Media xəbər verir ki, bu barədə İran ordusunun nümayəndəsi Məhəmməd Əkrəminiya bildirib.
Onun sözlərinə görə, Vaşinqtonun sanksiyalarına qoşulan dövlətlərə qarşı cavab tədbirləri görüləcək.
Əkrəminiya qeyd edib ki, Hörmüz boğazı İran üçün strateji əhəmiyyət daşıyır və Tehran milli maraqlarını qorumaqda qərarlıdır.
Bizim.Media