Bu gün sosial mediada Qeşm adası və Bəndər Abbas şəhərindən “partlayış səsləri” eşidildiyi barədə vətəndaşların paylaşdığı çoxsaylı mesajlar yayılıb.
Paylaşımlarda bildirilir ki, partlayış səsləri bu gün səhər saat 04:00 radələrində qeydə alınıb.
Bizim.Media xəbər verir ki, bəzi şahidlər səslərin “müharibə bombaları kimi” olduğunu qeyd edir.
Yayılan məlumatlardan birində deyilir: “Bəndər Abbasda səhər saat 04:18-də müharibə bombaları kimi iki partlayış oldu və pəncərələr titrəyirdi”.
Hadisə ilə bağlı rəsmi qurumlar tərəfindən hələlik açıqlama verilməyib. (Iran Global)
Bizim.Media