Kahramanmaraşda 10 nəfərin ölümü, 17 nəfərin yaralanması ilə nəticələnən məktəb hücumunda həyatını itirənlərin nəşi ailələrinə təhvil verilib.
Bizim.Media xatırladır ki, Türkiyənin Kahramanmaraş şəhərində yerləşən Ayser Çalık orta məktəbinə 14 yaşlı İsa Aras Mersinli silahla hücum edib. Nəticədə 10 nəfər həlak olub, 17 nəfər yaralanıb.
Daha sonra yeniyetmə intihar edib. Türkiyənin Kahramanmaraş şəhərində məktəbdə qətliam törədən şagirdin atası məhkəmə qərarı ilə həbs olunub.
Bizim.Media