ABŞ- İran müharibəsinin bitəcəyi tarix açıqlandı

Yaxın Şərqdə davam edən hərbi qarşıdurma fonunda tərəflər arasında intensivlikdə müəyyən dəyişikliklər müşahidə olunur.

Son məlumatlara görə, İran tərəfindən buraxılan raket və pilotsuz uçuş aparatlarının sayında son sutka ərzində ən aşağı göstərici qeydə alınıb ki, bu da əməliyyatların dinamikasında yeni mərhələnin başlandığını göstərir.
 

ABŞ müharibə naziri Pit Heqset mətbuat konfransında bildirib ki, ölkəsinin silahlı qüvvələri yalnız ötən gecə İran ərazisinə 200 zərbə endirib. Onun sözlərinə görə, bu zərbələr İran ordusunda psixoloji gərginliyi artırır, şəxsi heyət çatışmazlığına və fərarilik hallarına səbəb olur.


Nazir həmçinin qeyd edib ki, ABŞ pilotları real vaxt kəşfiyyat məlumatlarına əsaslanaraq uçuş zamanı yeni hədəfləri müəyyən edir və əməliyyatları çevik şəkildə davam etdirirlər.

Bizim.Media xəbər verir ki, hərbi ekspert Ədalət Verdiyev mövcud durumu Crossmedia.az-a şərh edib:

"Davam edən intensiv raket və PUA hücumları fonunda İranın hərbi ehtiyatlarının əhəmiyyətli dərəcədə azaldığı müşahidə olunur. Müharibənin ilk günü ilə müqayisədə hazırda buraxılan raketlərin sayı təxminən 30 dəfə azalmışdır.
 

PUA istifadəsində isə təqribən 50 faizlik geriləmə qeydə alınır. Digər tərəfdən, İranın raket və PUA istehsal edən müəssisələrinin bir qismi ABŞ və İsrail tərəfindən həyata keçirilən zərbələr nəticəsində sıradan çıxarılmışdır.


Mövcud vəziyyəti nəzərə alaraq demək olar ki, İran faktiki olaraq bu müharibədə üstünlüyünü itirmişdir. Bununla belə, kapitulyasiya aktını imzalamaq və ağır şərtləri qəbul etmək məsələsində Tehran hələlik tələsmir.

Ehtimal etmək olar ki, aprel ayı ərzində, ən gec ayın sonuna qədər İran ABŞ ilə müharibəni sonlandırmaq məqsədilə, ağır şərtlər daxilində olsa belə, razılaşma sənədlərini imzalamağa məcbur qalacaq".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Qadınların müqaviləli hərbi xidmət müddəti kəskin AZALDILDI

Qadınların müqaviləli hərbi xidmət müddəti kəskin AZALDILDI

“105 İLİN İZİ” adlı sənədli filmi “Space TV”də nümayiş olunacaq - VİDEO

“105 İLİN İZİ” adlı sənədli filmi “Space TV”də nümayiş olunacaq - VİDEO

Naxçıvan-Sədərək yolunda avtomobil aşdı: Xəsarət alanlar var - FOTO

Naxçıvan-Sədərək yolunda avtomobil aşdı: Xəsarət alanlar var - FOTO

ABŞ-də yaşayan Fərid illər sonra oxudu – VİDEO

ABŞ-də yaşayan Fərid illər sonra oxudu – VİDEO

Azərbaycanda yeni qəsəbə salınır - 50 milyon ayrıldı

Azərbaycanda yeni qəsəbə salınır - 50 milyon ayrıldı

ASELSAN Naxçıvanda zavod açacaq

ASELSAN Naxçıvanda zavod açacaq

Azərbaycan ilə Türkiyə arasında hərbi sahələr müzakirə edildi - FOTO

Azərbaycan ilə Türkiyə arasında hərbi sahələr müzakirə edildi - FOTO

İsrael Katz: "Flydubai" təyyarəsindəki hadisə terror aktı cəhdidir

İsrael Katz: "Flydubai" təyyarəsindəki hadisə terror aktı cəhdidir

Bakıda XIV Beynəlxalq Akustika Mühəndisliyi Forumu keçiriləcək - FOTO

Bakıda XIV Beynəlxalq Akustika Mühəndisliyi Forumu keçiriləcək - FOTO

Uşaqla nikah bağlamadan ailə qurmaq ERKƏN EVLİLİK sayılacaq

Uşaqla nikah bağlamadan ailə qurmaq ERKƏN EVLİLİK sayılacaq

Bu tarixlərdə güclü külək əsəcək - XƏBƏRDARLIQ

Bu tarixlərdə güclü külək əsəcək - XƏBƏRDARLIQ

Prezident və birinci xanım “ADEX 2026” sərgisində - YENİLƏNİB -FOTO/VİDEO

Prezident və birinci xanım “ADEX 2026” sərgisində - YENİLƏNİB -FOTO/VİDEO

İlham Əliyev və xanımının “ADEX 2026” sərgisindən görüntüləri – VİDEOÇARX

İlham Əliyev və xanımının “ADEX 2026” sərgisindən görüntüləri – VİDEOÇARX

Əli Əsədov Beynəlxalq Üzgüçülük Federasiyasının prezidenti ilə görüşdü

Əli Əsədov Beynəlxalq Üzgüçülük Federasiyasının prezidenti ilə görüşdü

Azərbaycan Türkiyədən 500 milyon dollarlıq SİLAH ALIR

Azərbaycan Türkiyədən 500 milyon dollarlıq SİLAH ALIR

Oktyabrın ilk günlərində leysan olacaq - XƏBƏRDARLIQ

Oktyabrın ilk günlərində leysan olacaq - XƏBƏRDARLIQ

Azərbaycandan QƏTİYYƏTLİ MÖVQE – İsveçrədə Qarabağla bağlı təxribatçı forum BAŞ TUTMADI – EKSKLÜZİV

Azərbaycandan QƏTİYYƏTLİ MÖVQE – İsveçrədə Qarabağla bağlı təxribatçı forum BAŞ TUTMADI – EKSKLÜZİV

Yeni PUA-mız ilk dəfə nümayiş etdirildi - FOTO

Yeni PUA-mız ilk dəfə nümayiş etdirildi - FOTO

Daha bir "Flydubai" təyyarəsi qəfildən istimaqətini dəyişdi: Nə baş verir?

Daha bir "Flydubai" təyyarəsi qəfildən istimaqətini dəyişdi: Nə baş verir?

“Köhnə peşə”nin yeni nümayəndələri – Sürücüləri tələyə salan piyadaları hansı cəza gözləyir?

“Köhnə peşə”nin yeni nümayəndələri – Sürücüləri tələyə salan piyadaları hansı cəza gözləyir?

Bu qəsəbədə saxta alkoqollu içkilər aşkarlandı – FOTO

Bu qəsəbədə saxta alkoqollu içkilər aşkarlandı – FOTO

Azərbaycanın yeni lazer raketi - FOTO

Azərbaycanın yeni lazer raketi - FOTO

Tac Mahalın arxasında gizlənən səfalət — Hindistandan REPORTAJ (FOTOLAR)

Tac Mahalın arxasında gizlənən səfalət — Hindistandan REPORTAJ (FOTOLAR)

Pilotların dava etdiyi həmin təyyarədən ilk FOTOLAR

Pilotların dava etdiyi həmin təyyarədən ilk FOTOLAR

End of content

No more pages to load

RADİO