Bakıda XIV Beynəlxalq Akustika Mühəndisliyi Forumu keçiriləcək - FOTO

Oktyabrın 8-9-da Bakıda memarlıq-tikinti akustikası sahəsində mütəxəssisləri, memarları, layihəçiləri və tikinti sektorunun 15-dən çox ölkədən təmsilçilərini bir araya gətirəcək XIV Beynəlxalq Akustika Mühəndisliyi Forumu (MAİF) keçiriləcək. Forumun təşkilatçısı “Cinecon” şirkəti, həmtəşkilatçısı isə “Akustik Qrupp” holdinqidir.

MAİF 10 ildən çoxdur ki, müxtəlif təyinatlı obyektlərin akustik layihələndirilməsinə müasir yanaşmaların, səs-küy və vibrasiyadan mühafizənin, akustik komfortun inkişafının və şəhərin səs mühiti ilə işləməyin müzakirə edildiyi platforma kimi fəaliyyət göstərir.

Bizim.Media xəbər verir ki, bu il forumda Azərbaycan, Rusiya, Qazaxıstan, Almaniya, Avstriya, Rumıniya, Türkiyə, Estoniya, Birləşmiş Ərəb Əmirlikləri, Serbiya, Özbəkistan və digər ölkələrdən nümayəndələr iştirak edəcəklər.

Konfransın əsas hadisəsi memarlıq-tikinti akustikasının aktual problemlərinə həsr edilən sessiya olacaq.

“Cinecon” MMC-nin direktoru, MAİF-in Təşkilat Komitəsinin üzvü Fəxrim Quluzadə AZƏRTAC-ın müxbiri ilə söhbətində forumun Bakıda keçirilməsinin xüsusi hadisə olduğunu bildirib. “MAİF-in 14 illik tarixində forum ilk dəfə Bakıda keçirilir. Hazırda hazırlıq işləri fəal şəkildə davam etdirilir, əsas proqram artıq formalaşdırılıb.

Proqramı mümkün qədər praktiki və real layihələrlə əlaqəli şəkildə hazırlamağa çalışmışıq.

Əsas nümunələrdən biri Heydər Əliyev Mərkəzidir. “MEZZO Stüdyo Ltd.” şirkətinin idarəedici tərəfdaşı Zühre Sü Gül binanın və onun tamaşa zalının akustik layihələndirilməsi barədə danışacaq. Bununla yanaşı, proqram daha geniş məsələləri əhatə edir - yaşayış binalarında səs izolyasiyası, nəqliyyat və mühəndis avadanlıqlarından yaranan səs-küy və vibrasiyadan mühafizə, akustik komfort və müasir mühəndislik həlləri.

Oktyabrın 8-də əsas beynəlxalq konfrans, 9-da isə dəyirmi masa formatında tərəfdaş və diler görüşü keçiriləcək. Forumun peşəkar dialoq üçün platformaya çevrilməsi bizim üçün vacibdir.

İştirakçıların sonradan Azərbaycanda və MDB ölkələrində real layihələrə çevrilə biləcək həllər və əlaqələr əldə etmələrini istəyirik”, - deyə həmsöhbətimiz bildirib. Onun sözlərinə görə, bu cür forumların keçirilməsi ölkəmiz üçün böyük əhəmiyyət kəsb edir.

“Ölkə tikinti və şəhər infrastrukturunu fəal şəkildə inkişaf etdirir, 2026-cı il isə “Şəhərsalma və Memarlıq İli” elan olunub. Bu proseslər ölkənin hər yerində müşahidə olunur. Bakını nümunə götürsək, şəhərdə fəal tikinti işləri aparılır, yeni ictimai məkanlar yaradılır, nəqliyyat infrastrukturu inkişaf etdirilir. Baş plana əsasən, 2040-cı ilədək paytaxtın əhalisi bir neçə yüz min nəfər arta bilər. Bununla yanaşı, səs-küy yükü qaçılmaz olaraq artır və müvafiq olaraq, binalarda akustik komforta dair tələblər yüksəlir.

Ona görə də bu gün akustika və səs izolyasiyası məsələlərinə obyekt artıq tikilib problemlər yarandıqdan sonra deyil, hələ layihələndirmə mərhələsində diqqət yetirilməsi vacibdir. MAİF də məhz belə təcrübə mübadiləsinə şərait yaradır: real obyektləri, müasir mühəndislik həllərini və müxtəlif ölkələrdə tətbiq olunan yanaşmaları müzakirə etmək mümkündür. Son nəticədə bizim məqsədimiz odur ki, binanın keyfiyyəti qiymətləndirilərkən akustik komfort da təhlükəsizlik, memarlıq və enerji səmərəliliyi kimi nəzərə alınsın”, - deyə F.Quluzadə vurğulayıb.

Onun fikrincə, bu gün memarlıq-tikinti akustikası mövzusu yaşayış binalarından və hotellərdən tutmuş məktəblərə, xəstəxanalara, ofislərə və ictimai məkanlara qədər demək olar ki, bütün növ obyektlər üçün aktualdır.

“Müasir şəhər səs-küy və vibrasiya mənbələri ilə zəngindir: bunlara nəqliyyat, mühəndis avadanlıqları, yüksək tikinti sıxlığı, müxtəlif funksiyalı məkanların qonşuluğu daxildir.

Mənzil tikintisi xüsusilə diqqətçəkən nümunədir. Ötən il Azərbaycanda 4,6 milyon kvadratmetrdən çox mənzil sahəsi istifadəyə verilib. Lakin burada əsas məsələ həmin kvadratmetrlərin keyfiyyətidir. İnsan qonşularının səsini, liftin, mühəndis sistemlərinin və ya pəncərənin arxasındakı nəqliyyatın səsini eşidirsə, bu, birbaşa yaşayış komfortuna və nəticədə sağlamlığına və vəziyyətinə təsir göstərir.

Buna görə də akustikaya yanaşmanın özü dəyişir. Akustik həlləri ilkin mərhələdə düzgün nəzərə almaq tikinti başa çatdıqdan sonra çatışmazlıqları aradan qaldırmaqdan daha səmərəlidir. Məhz buna görə “developer” şirkətləri, memarlar və investorlar tərəfindən bu mövzuya böyük maraq görürük”, - deyə Agentliyin həmsöhbəti əlavə edib.






Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Qadınların müqaviləli hərbi xidmət müddəti kəskin AZALDILDI

Qadınların müqaviləli hərbi xidmət müddəti kəskin AZALDILDI

“105 İLİN İZİ” adlı sənədli filmi “Space TV”də nümayiş olunacaq - VİDEO

“105 İLİN İZİ” adlı sənədli filmi “Space TV”də nümayiş olunacaq - VİDEO

Naxçıvan-Sədərək yolunda avtomobil aşdı: Xəsarət alanlar var - FOTO

Naxçıvan-Sədərək yolunda avtomobil aşdı: Xəsarət alanlar var - FOTO

ABŞ-də yaşayan Fərid illər sonra oxudu – VİDEO

ABŞ-də yaşayan Fərid illər sonra oxudu – VİDEO

Azərbaycanda yeni qəsəbə salınır - 50 milyon ayrıldı

Azərbaycanda yeni qəsəbə salınır - 50 milyon ayrıldı

ASELSAN Naxçıvanda zavod açacaq

ASELSAN Naxçıvanda zavod açacaq

Azərbaycan ilə Türkiyə arasında hərbi sahələr müzakirə edildi - FOTO

Azərbaycan ilə Türkiyə arasında hərbi sahələr müzakirə edildi - FOTO

İsrael Katz: "Flydubai" təyyarəsindəki hadisə terror aktı cəhdidir

İsrael Katz: "Flydubai" təyyarəsindəki hadisə terror aktı cəhdidir

Bakıda XIV Beynəlxalq Akustika Mühəndisliyi Forumu keçiriləcək - FOTO

Bakıda XIV Beynəlxalq Akustika Mühəndisliyi Forumu keçiriləcək - FOTO

Uşaqla nikah bağlamadan ailə qurmaq ERKƏN EVLİLİK sayılacaq

Uşaqla nikah bağlamadan ailə qurmaq ERKƏN EVLİLİK sayılacaq

Bu tarixlərdə güclü külək əsəcək - XƏBƏRDARLIQ

Bu tarixlərdə güclü külək əsəcək - XƏBƏRDARLIQ

Prezident və birinci xanım “ADEX 2026” sərgisində - YENİLƏNİB -FOTO/VİDEO

Prezident və birinci xanım “ADEX 2026” sərgisində - YENİLƏNİB -FOTO/VİDEO

İlham Əliyev və xanımının “ADEX 2026” sərgisindən görüntüləri – VİDEOÇARX

İlham Əliyev və xanımının “ADEX 2026” sərgisindən görüntüləri – VİDEOÇARX

Əli Əsədov Beynəlxalq Üzgüçülük Federasiyasının prezidenti ilə görüşdü

Əli Əsədov Beynəlxalq Üzgüçülük Federasiyasının prezidenti ilə görüşdü

Azərbaycan Türkiyədən 500 milyon dollarlıq SİLAH ALIR

Azərbaycan Türkiyədən 500 milyon dollarlıq SİLAH ALIR

Oktyabrın ilk günlərində leysan olacaq - XƏBƏRDARLIQ

Oktyabrın ilk günlərində leysan olacaq - XƏBƏRDARLIQ

Azərbaycandan QƏTİYYƏTLİ MÖVQE – İsveçrədə Qarabağla bağlı təxribatçı forum BAŞ TUTMADI – EKSKLÜZİV

Azərbaycandan QƏTİYYƏTLİ MÖVQE – İsveçrədə Qarabağla bağlı təxribatçı forum BAŞ TUTMADI – EKSKLÜZİV

Yeni PUA-mız ilk dəfə nümayiş etdirildi - FOTO

Yeni PUA-mız ilk dəfə nümayiş etdirildi - FOTO

Daha bir "Flydubai" təyyarəsi qəfildən istimaqətini dəyişdi: Nə baş verir?

Daha bir "Flydubai" təyyarəsi qəfildən istimaqətini dəyişdi: Nə baş verir?

“Köhnə peşə”nin yeni nümayəndələri – Sürücüləri tələyə salan piyadaları hansı cəza gözləyir?

“Köhnə peşə”nin yeni nümayəndələri – Sürücüləri tələyə salan piyadaları hansı cəza gözləyir?

Bu qəsəbədə saxta alkoqollu içkilər aşkarlandı – FOTO

Bu qəsəbədə saxta alkoqollu içkilər aşkarlandı – FOTO

Azərbaycanın yeni lazer raketi - FOTO

Azərbaycanın yeni lazer raketi - FOTO

Tac Mahalın arxasında gizlənən səfalət — Hindistandan REPORTAJ (FOTOLAR)

Tac Mahalın arxasında gizlənən səfalət — Hindistandan REPORTAJ (FOTOLAR)

Pilotların dava etdiyi həmin təyyarədən ilk FOTOLAR

Pilotların dava etdiyi həmin təyyarədən ilk FOTOLAR

End of content

No more pages to load

RADİO