Qərb öz mənafeyi üçün Paşinyanı qurban verəcək

Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Qərb Ermənistanda “B” planını işə salır. Təbii ki, o, hər zaman bütün gedişlərini sığortalayır, əslində başqa cür düşünmək özü sadəlövhlükdür. Paşinyanın çökməsi Ermənistanda Qərbin iddialarının sonu demək deyil. Gözlənilən ssenari artıq işə düşməyə başlayıb. 

Ermənistanın “Past” qəzeti Paşinyan hakimiyyətinin yeni “B” planı hazırlaması haqqında məlumatlara yer verib. Yeni planın aparıcı şəxsi isə Milli Məclisin Sədri Ararat Mirzoyandır.

Qəzetin fikrincə, Paşinyan hakimiyyəti artan təzyiqlərin fonunda mövcud vəziyyəti uzun müddət qoruyub saxlamağın mümkün olmadığını başa düşür. Çünki Ermənistan ictimaiyyəti məğlubiyyəti qəbul etmir və daha çox Paşinyanın simasında konkret şəxslərin məğlub olduğunu hesab edir. Paşinyan Ermənistanın məğlubiyyətinin əsas siması hesab olunur. Ermənistandakı etirazların da şəxsən Paşinyana qarşı yönəlməsinin əsas səbəbi məhz bu amildir. 

Qəzetin fikrincə, hökumətin mövcud sistemdə Paşinyanla davam etməyin mümkün olmadığı təqdirdə Paşinyanın istefa verməsi ehtimalı yüksəkdir. Lakin hazırda Ermənistanda hakimiyyətdə olan Qərb yönümlü qüvvələr hakimiyyəti də Paşinyanla birlikdə itirmək istəmirlər.

Bu səbəblə hökumət daxilində Paşinyanın istefa verəcəyi ssenari gerçəkləşərsə, hakimiyyətin Qərb yönümlü başqa şəxsə keçməsi ilə bağlı planlar hazırlanır.

Qərb 2018-ci ildə inqilabla əldə etdiyi hakimiyyəti Paşinyan səbəbi ilə itirmək istəmir. Çünki Qərbin Ermənistandakı maraqları daha uzun müddətlidir deyə qəzet qeyd edir.

Bu məqsədlə Qərb dairələri Paşinyanın köməkliyi ilə ölkədə yeni “anti-Rusiya” koalisiyasının yaradılmasına çalışır. Məhz bu “anti-Rusiya” koalisiyasının nəticəsində Paşinyan hakimiyyətdən getsə belə Ermənistandakı Qərb maraqları sarsılmayacaq. Son həftə ərzində Paşinyan hakimiyyətinə yaxınlığı və “anti-Rusiya” mövqeyi ilə seçilən Milli Məclisin Sədri Ararat Mirzoyan bir sıra Qərbmeylli partiyaların liderləri ilə görüşlər keçirib.

“Menk” blokuna daxil olan "Respublika" Partiyasının sədri Aram Sarkisyan, Qərbin liberal dəyərlərini daşıyıcısı olan Birləşmiş İşçi Partiyasının (URP) sədri Gurgen Arsenyan və Ermənistan Xristian Demokrat Partiyasının sədri Levon Şirinyanla ardıcıl görüşlər təşkil olunub. Görüşlərin məzmunu və nəyin müzakirə olunduğu haqqında isə hər hansı məlumat verilmir. 

Qəzet 2018-ci ilin yayında yeni Baş nazir müavini təyin olunan və "inqilabçı" hökumətin ikinci ən vacib adamı sayılan Mirzoyanın ABŞ-a səfər etməsinə də toxunub.

Səfərin əsas məqsədi inqilabın nəticələri barədə Amerika tərəfini məlumatlandırmaq olduğunu qeyd edən qəzet, göründüyü kimi Ararat Mirzaoyan Paşinyan hökuməti ilə Qərb arasında əsas əlaqələndirici şəxs olduğunu bildirir. 

Oxşar məlumatlara Ermənistanın "Politik.am" saytı da yer verib. Sayt “anti-Rusiya” koalisiyasının yaradılmasını birbaşa Paşinyan hökumətinin himayəsi altında baş verdiyini qeyd edib. Eyni zamanda Paşinyan hökuməti tərəfindən Ermənistandakı oliqarxiyanın da sıradan çıxarıldığına diqqət çəkən sayt, Ermənistan oliqarxiyası Rusiyanın əsas dayaqlarından biri hesab olunduğunu qeyd edib.

Bu dayaqların sıradan çıxarılması isə Rusiyanın təsir gücünün azaldılması mənasına gəlir.

Digər tərəfdən Ermənistan mətbuatında Mirzoyanın partiya rəbərləri ilə keçirdiyi görüşlərin bu qədər narahatlıq doğurması da diqqət çəkən məqamlardan biridir. Görünən odur ki, Qərb yönümlü qüvvələr Ermənistandakı siyasi narazılıqların fonunda hər ehtimalı nəzərdən keçirməyə başlayıb. Qərb Ermənistan üzərindəki nəzarəti itirməmək üçün Paşinyanı qurban verməyə hazırdır.

Paşinyanın hakimiyyətdə qalmaq istəyi irəlidəki dövrdə Rusiya meylli qüvvələrin güc toplamasına gətirib çıxara bilər.

Bu da Ermənistanda Qərb yönümlü islahatlara başlayan ABŞ və Avropa ölkələrinin maraqları üçün təhlükəlidir. Qərb üçün təbii olaraq Paşinyanın, ya da başqa Qərb meylli namizədin hakimiyyətdə olması bir məna ifadə etmir. Yetər ki, Qərbin Ermənistandakı maraqlarını reallaşdırmaq mümkün olsun. 

Rəvan Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Ukrayna əhalisinin sayı 28.5 milyon nəfərə düşdü

Ukrayna əhalisinin sayı 28.5 milyon nəfərə düşdü

Leyla Əliyeva Səmərqənddə “Uşağın gözü ilə dünya” sərgisində - FOTO

Leyla Əliyeva Səmərqənddə “Uşağın gözü ilə dünya” sərgisində - FOTO

Kamran Əsədovun məhkəməsindən YENİ XƏBƏR

Kamran Əsədovun məhkəməsindən YENİ XƏBƏR

Zelenski çıxılmaz vəziyyətdə: Tramp Rusiyaya qarşı kursunu dəyişib

Zelenski çıxılmaz vəziyyətdə: Tramp Rusiyaya qarşı kursunu dəyişib

Hər 100 abituriyentdən yalnız 3-ü şəxsi maraqlarına görə ixtisas seçib – SORĞU

Hər 100 abituriyentdən yalnız 3-ü şəxsi maraqlarına görə ixtisas seçib – SORĞU

Adi suyu arıqlama vasitəsi adı ilə satırmış... – Sabiq nazirin dələduzluğu ÜZƏ ÇIXDI

Adi suyu arıqlama vasitəsi adı ilə satırmış... – Sabiq nazirin dələduzluğu ÜZƏ ÇIXDI

Anasını qətlə yetirən şəxsə HÖKM OXUNDU

Anasını qətlə yetirən şəxsə HÖKM OXUNDU

Bölgə hotellərində qiymətlər kəskin yüksələcək - BU TARİXDƏN

Bölgə hotellərində qiymətlər kəskin yüksələcək - BU TARİXDƏN

Uitkoff Putinlə görüşündə nələri qeyd edib? - Əl yazısı ortaya çıxdı – FOTO

Uitkoff Putinlə görüşündə nələri qeyd edib? - Əl yazısı ortaya çıxdı – FOTO

Almaniyada Rusiyaya casusluq edən Ukrayna vətəndaşı TUTULDU

Almaniyada Rusiyaya casusluq edən Ukrayna vətəndaşı TUTULDU

Elşən Babayev işdən çıxarıldı

Elşən Babayev işdən çıxarıldı

Soyuq evdə paltarları necə qurutmaq olar?

Soyuq evdə paltarları necə qurutmaq olar?

Pentaqon bu şirkətdən 850 ədəd F-35 qırıcısı ALACAQ

Pentaqon bu şirkətdən 850 ədəd F-35 qırıcısı ALACAQ

Arda Gülər Mbappedən üzr istədi – FOTO-VİDEO

Arda Gülər Mbappedən üzr istədi – FOTO-VİDEO

Azərbaycanla bağlı dezinformasiya yayan jurnalist HƏBS EDİLDİ

Azərbaycanla bağlı dezinformasiya yayan jurnalist HƏBS EDİLDİ

Polkovnikin nazirlikdəki yeni vəzifəsi bu imiş

Polkovnikin nazirlikdəki yeni vəzifəsi bu imiş

Peskov: Putin Uitkoffa heç bir yazılı plan təqdim etməyib

Peskov: Putin Uitkoffa heç bir yazılı plan təqdim etməyib

Nazim Qasımzadə yüksək vəzifəyə TƏYİN OLUNDU

Nazim Qasımzadə yüksək vəzifəyə TƏYİN OLUNDU

Motosiklet qaçıran, skuter və velosiped oğurlayan 5 nəfər TUTULDU

Motosiklet qaçıran, skuter və velosiped oğurlayan 5 nəfər TUTULDU

“Qəzzadan çıxmayacağıq, fələstinlilər istəsələr, gedə bilərlər” – VİDEO

“Qəzzadan çıxmayacağıq, fələstinlilər istəsələr, gedə bilərlər” – VİDEO

İtirilmiş torpaqlar, yarımçıq qalan ümidlər... - Ukrayna üçün sülhün AĞIR BƏDƏLİ

İtirilmiş torpaqlar, yarımçıq qalan ümidlər... - Ukrayna üçün sülhün AĞIR BƏDƏLİ

Hindistanın xarici işlər naziri sabah Azərbaycana gələcək

Hindistanın xarici işlər naziri sabah Azərbaycana gələcək

Sinem Ünsal: “Mardin artıq mənim doğma şəhərimdir”

Sinem Ünsal: “Mardin artıq mənim doğma şəhərimdir”

Leyla Əliyevanın Türkmənistan səfərindən ən yaddaqalan anlar– VİDEO

Leyla Əliyevanın Türkmənistan səfərindən ən yaddaqalan anlar– VİDEO

End of content

No more pages to load

RADİO