İranı əslində o idarə edir

İranda ali lideri Ayətullah Seyid Əli Xameneinin ölümündən sonra müvəqqəti liderlər şurasının yaradılacağını elan edən veteran siyasətçi Əli Laricani yenidən ölkə gündəminin mərkəzinə çıxıb. O, rejimin təhlükəsizlik iyerarxiyasında ən nüfuzlu fiqurlardan biri kimi təqdim olunur və hazırda İranın faktiki idarəedicisi sayılır.

Məlumata görə, Laricani nüvə danışıqlarından tutmuş Tehranın regional əlaqələrinə və daxili etirazların yatırılmasına qədər geniş spektrdə məsələlərə nəzarət edir.
 

Vaşinqtonun yanvar ayında hökumət əleyhinə etirazların yatırılmasındakı roluna görə ona qarşı sanksiyalar tətbiq etməsindən qısa müddət sonra Laricani İranın ABŞ ilə nüvə sazişi istiqamətində səylərinə rəhbərlik edib.


Bizim.Media xatırladır ki, 1958-ci ildə İraqın Nəcəf şəhərində anadan olan Laricani tanınmış ruhani ailəsində böyüyüb. Atası Ayətullah Haşimi Mirzə Amoli şah dövründə sürgün edilib. 1979-cu il inqilabından sonra ailə İrana qayıdıb. Laricani fəlsəfə üzrə doktorluq dərəcəsi alıb, qardaşları isə məhkəmə və diplomatik strukturlarda yüksək vəzifələr tutublar.

Karyerası ərzində o, İslam İnqilabı Keşikçiləri Korpusunun üzvü olub, həmçinin dövlətə məxsus IRIB teleradio şirkətinə rəhbərlik edib. 2005–2007-ci illərdə İranın baş nüvə danışıqçısı kimi çıxış edən Laricani Tehranın uran zənginləşdirmə hüququnu qətiyyətlə müdafiə edib.
 

2008–2020-ci illərdə parlamentin sədri vəzifəsini tutan siyasətçi 2015-ci ildə İranla altı dünya dövləti arasında imzalanmış nüvə sazişi prosesində də fəal rol oynayıb. Həmin sazişdən ABŞ 2018-ci ildə, prezident Donald Trampin qərarı ilə geri çəkilmişdi.


2021-ci ildə Xamenei Laricanini Çinlə 25 illik strateji əməkdaşlıq sazişi üzrə danışıqlara məsul şəxs təyin edib. Son aylarda onun həm Omana, həm də Moskvaya səfərləri, eləcə də ABŞ ilə mümkün danışıqlarla bağlı praqmatik açıqlamaları diqqət çəkib.

Laricani fevral ayında Oman televiziyasına müsahibəsində ABŞ-ın nüvə silahı ilə bağlı narahatlığının danışıqlar yolu ilə aradan qaldırıla biləcəyini bildirib.

Bununla yanaşı, o, İranın nüvə proqramının “heç vaxt məhv edilə bilməyəcəyini” də vurğulayıb.

2025-ci ilin dekabrından başlayan və 1979-cu ildən bəri hakimiyyət üçün ən ciddi çağırış sayılan etirazlar fonunda Laricaninin rolu xüsusi diqqət çəkib. ABŞ-ın sanksiya qərarına əsasən, o, yanvar etirazlarının yatırılmasında əsas fiqurlardan biri olub. Hadisələrdən sonra onun təhlükəsizlik strukturları və SEPAH komandirləri ilə əlaqələrini gücləndirdiyi bildirilir.
 

Mənbələr iddia edirlər ki, yanvar hadisələrindən sonra Laricani böhranı nəzarətə götürərək seçilmiş hökumətin səlahiyyətlərini faktiki olaraq məhdudlaşdırıb və prezident Məsud Pezeşkianı prosesdən kənarlaşdırıb. Beləliklə, o, ölkənin həm müttəfiqləri, həm də rəqibləri ilə münasibətləri birbaşa idarə edən əsas fiqura çevrilib.


Ruhani olmadığı üçün Laricani formal olaraq ali lider postuna namizəd ola bilməz. Lakin analitiklər hesab edirlər ki, Xameneinin vəfatı halında ölkədə ruhani rejimin davamlılığı sual altına düşə bilər və Laricani kimi daha dünyəvi, sərt xətt tərəfdarı olan siyasətçi hakimiyyəti ələ ala bilər. Bu isə İran siyasətinin daha militarist və proqnozlaşdırılması çətin mərhələyə keçməsi ilə nəticələnə bilər. (Modern.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Cinayət yolu ilə əldə olunan vəsaitlərin aqibəti necə olur? – Baş Prokurordan AÇIQLAMA

Cinayət yolu ilə əldə olunan vəsaitlərin aqibəti necə olur? – Baş Prokurordan AÇIQLAMA

Paytaxtın bu rayonunda 20-yə yaxın bina SÖKÜLƏCƏK

Paytaxtın bu rayonunda 20-yə yaxın bina SÖKÜLƏCƏK

Baş məşqçi Ronaldo ilə yaşanan münaqişədən danışdı

Baş məşqçi Ronaldo ilə yaşanan münaqişədən danışdı

Şamaxıda yol qəzası: Piyada hadisə yerində dünyasını dəyişdi

Şamaxıda yol qəzası: Piyada hadisə yerində dünyasını dəyişdi

Zakir Həsənov Vasiliy Osmakovla görüşdü – Detallar - FOTO

Zakir Həsənov Vasiliy Osmakovla görüşdü – Detallar - FOTO

Tramp ABŞ qoşunlarının İraqdan çıxarıldığını TƏSDİQLƏDİ

Tramp ABŞ qoşunlarının İraqdan çıxarıldığını TƏSDİQLƏDİ

Ronaldo Portuqaliya millisini TƏRK ETDİ

Ronaldo Portuqaliya millisini TƏRK ETDİ

Türkiyə MMN Azərbaycanda keçirilən təlimdən VİDEO paylaşdı

Türkiyə MMN Azərbaycanda keçirilən təlimdən VİDEO paylaşdı

"Flydubai" aviaşirkətinin təyyarəsi İsrailə ENİŞ ETDİ

"Flydubai" aviaşirkətinin təyyarəsi İsrailə ENİŞ ETDİ

Tərbiyəçi-müəllim vəzifəsinə işə qəbul üzrə müsahibə ELAN EDİLİR

Tərbiyəçi-müəllim vəzifəsinə işə qəbul üzrə müsahibə ELAN EDİLİR

"Tacir bundan da pis günə qalacaq, oğlum öldü, yasına gəlmədi..." - FOTO

"Tacir bundan da pis günə qalacaq, oğlum öldü, yasına gəlmədi..." - FOTO

Həbsdə olan vəkillər azadlığa buraxıldılar - FOTO

Həbsdə olan vəkillər azadlığa buraxıldılar - FOTO

İranda qadın könüllülər üçün ilk hərbi təlim keçirildi - FOTO

İranda qadın könüllülər üçün ilk hərbi təlim keçirildi - FOTO

"Flydubai" reysində bıçaqlanan pilot barəsində bəzi DETALLAR

"Flydubai" reysində bıçaqlanan pilot barəsində bəzi DETALLAR

Böyük Britaniya Aİ-yə təkrar qoşulmağı nəzərdən keçirir

Böyük Britaniya Aİ-yə təkrar qoşulmağı nəzərdən keçirir

Zakir Həsənov iki ölkənin müdafiə nazirləri ilə görüşdü - FOTO

Zakir Həsənov iki ölkənin müdafiə nazirləri ilə görüşdü - FOTO

ABŞ-də İLK: Qadının edam edilməsi son anda təxirə salındı

ABŞ-də İLK: Qadının edam edilməsi son anda təxirə salındı

Bakıda bu binalar təmir ediləcək

Bakıda bu binalar təmir ediləcək

Bakının mərkəzində parkdan meyit tapıldı

Bakının mərkəzində parkdan meyit tapıldı

Azər Qasımovun qardaşı 200 mini ödəmir - Həbsi tələb edildi

Azər Qasımovun qardaşı 200 mini ödəmir - Həbsi tələb edildi

General-polkovnik Kərim Vəliyev Türkmənistanın hərbi nümayəndə heyəti ilə görüşdü

General-polkovnik Kərim Vəliyev Türkmənistanın hərbi nümayəndə heyəti ilə görüşdü

Hesablama Palatası 2027-ci ilin büdcə layihəsini MÜZAKİRƏ ETDİ

Hesablama Palatası 2027-ci ilin büdcə layihəsini MÜZAKİRƏ ETDİ

“Bir-birimizdən təcrübə qazanırıq!” - "Birliyin Gücü – 2026" təlimindən görüntülər – VİDEO

“Bir-birimizdən təcrübə qazanırıq!” - "Birliyin Gücü – 2026" təlimindən görüntülər – VİDEO

Qadınların müqaviləli hərbi xidmət müddəti kəskin AZALDILDI

Qadınların müqaviləli hərbi xidmət müddəti kəskin AZALDILDI

End of content

No more pages to load

RADİO