İranın taleyini dəyişəcək 4 şəxs: Namizədlər arasında Xomeyninin nəvəsi də var

İranda kritik bir güc boşluğu yaranıb. Xameneinin ölümündən sonra bütün diqqət ölkənin daxili balansını və regional siyasətini formalaşdıracaq potensial liderlərə yönəlib.

Atəşkəs tərəfdarları, yoxsa radikal fiqurlar ön plan çıxacaq? Bəs bu yarışın ön sıralarında kimlər var?

Bizim.Media
xəbər verir ki, bu barədə "Hürriyet" nəşri geniş araşdırma dərc edib.

Məqalədə qeyd olunub ki, Əli Xameneinin ölümü təkcə liderlik dəyişikliyi deyil, həm də İslam Respublikasının daxili, eyni zamanda, xarici siyasət kursunu yenidən müəyyənləşdirəcək bir güc boşluğu yaradıb. Qarşıdakı günlərdə, yaxud həftələrdə dini liderlər gərginliyi azaltmaq, yoxsa ABŞ və İsraillə daha güclü qarşıdurmaya getməklə bağlı qərar verməli olacaqlar.
 

Xameneidən sonra ortaya çıxan namizədlər keçmiş strategiyaları, ideoloji mövqeləri və xarici əlaqələri ilə ön plana çıxır. Hər birinin seçilməsi İranın daxili balansını, regional siyasətini və qlobal münasibətlərini müxtəlif yollarla formalaşdıracaq.


Müəllif məqalədə qeyd edir ki, bu liderlik yarışının nəticəsi təkcə Tehrana deyil, həm də bütün Yaxın Şərqin gələcəyinə təsir edəcək. Atəşkəs yolunu seçən lider diplomatiya və danışıqlara üstünlük verə bilər, radikal ideoloq isə tam müharibə riski ilə üzləşə bilər.

Kim seçilirsə, qəbul edilən qərarlar həm ölkənin daxili nizamına, həm də nüvə və regional strategiyalarına birbaşa təsir edəcək.

Namizədlərdən biri Xameneinin səlahiyyətlərini icra edən Əlirza Ərafidir.

Onun İran mədrəsələrinin və dini təhsil sisteminin idarə olunmasında təcrübəsi var. Ekspertlər Ərafinin seçiləcəyi təqdirdə dini legitimliyin simvolik olaraq təmin ediləcəyini proqnozlaşdırırlar. Lakin real güc Əli Laricani və Sadiq Laricani kimi əsas şəxslərin əlində qalacaq.

Qeyd olunub ki, bu ssenaridə atəşkəs danışıqları Omanın vasitəçiliyi ilə aparılacaq və rejim dəyişikliyinin qarşısı alınacaq.
 

Müəllif qeyd edir ki, Əlirza Ərafi hazırda bu vəzifəyə ən yaxın şəxs olsa da, onun "mülayim" etiketinə ehtiyatla yanaşmaq lazımdır. Onun sözlərinə görə, Ərafi 2022-ci il etirazları zamanı çalmalarını atan etirazçılara - "bu çalmalar onların kəfəni olacaq", - deyən şəxsdir. O bildirib ki, onun profili islahatçı profili deyil, o, rejimə sadiqdir və institusional davamlılığı təmsil edir. Onun təhlükəsizlik bürokratiyası ilə üzvi əlaqələri zəifdir və SEPAH-la birbaşa əlaqələr şəbəkəsi isə məlum deyil.


İkinci namizəd Məhəmməd Mehdi Mirbağeridir. 66 yaşlı Ayətullah mütləqiyyətçi siyasəti ilə İrandakı ən radikal ideoloji cərəyanı təmsil edir. Müəllifin sözlərinə görə, Mirbağeri televiziya ilə verdiyi açıqlamalarda - "Dünyanın yarısı məhv edilsə belə, ilahi məqsəd üçün buna dəyər", - deyən şəxsdir.

Onun sözlərinə görə, Mirbağerinin rəhbərliyi altında diplomatik kanalların tamamilə bağlanacağı və danışıqların mümkünlüyünün qəti şəkildə rədd ediləcəyi gözlənilir. Belə bir ssenaridə İranın ABŞ bazalarına, İsrail şəhərlərinə və Körfəz ölkələrinə davamlı hücumlarla münaqişəni regional miqyasda daha da şiddətləndirməsi ehtimalı var.

Məqalədə İranın rəhbəri qismində növbəti namizəd isə 64 yaşlı Sadiq Laricanidir. Qeyd olunub ki, qardaşı Əli Laricani illərdir böhran dövründə güzəştə gedə biləcək bir namizəd kimi mövqe tutur. Sadiq Laricaninin praqmatik yanaşması ideoloji sərtlikdən daha çox institusional davamlılığa üstünlük verir.
 

Ümumi qiymətləndirmələr göstərir ki, bu yanaşma Qərblə nəzarətli gərginliyi qoruyacaq və xüsusilə rejimi təhlükə altına qoya biləcək dönməz eskalasiyanın qarşısını alacaq. Nüvə proqramının qorunması əsas prioritet olaraq qalsa da, beynəlxalq təzyiqi tarazlaşdırmaq üçün diplomatik məhdudiyyətlərin və danışıqlar kanallarının diqqətlə araşdırılacağı gözlənilir.


Müəllifin 4-cü namizədi isə Əli Xameneinin ikinci oğlu Müctəba Xameneidir. Onun sözlərinə görə mərhum liderin ikinci oğlu Müctəba Xamenei potensial hərbi rəhbərlikli keçid ssenarisinin mərkəzi hesab olunur.

Qeyd edilir ki, əgər o, SEPAH-ın dəstəyini qazanarsa, gücün hərbi şuralar vasitəsilə effektiv şəkildə formalaşdırıldığı bir sistem qura bilər. Bu halda, dini legitimlik çərçivəsinin qorunub saxlanıldığı görünsə də, qərar qəbuletmə proseslərinin əsasən təhlükəsizlik aparatı tərəfindən idarə olunduğu bir struktur yarana bilər. Bu ssenari ilə bağlı şərhlər göstərir ki, İranın hərbi elementləri güclü teokratiya deyil, açıq-aşkar hərbi xarakterli bir rejimə çevrilə bilər.

Məqalədə Əli Laricaninin də adı çəkilib. Müəllif Əli Laricanini Xameneinin yerinə namizəd göstərməsə də, onun adının önəmli olduğunu bildirib. Onun sözlərinə görə Laricani prosesin "kralı" kimi ortaya çıxa və 1989-cu ildə Rəfsəncaninin (keçmiş İran prezidenti) oynadığı rolu təkrarlaya bilər.
 

Məqalədə namizəd olmayan digər şəxsin də adı çəkilib. Digər isim Hüseyn Möhsənidir. Keçid Şurasının üzvü və onun Məhkəmə Hakimiyyətinin rəhbəri olan Ejeinin Xamenei tərəfindən seçilən üç varis namizəddən biri olduğu deyilir.


Başqa bir ad Həsən Xomeynidir. Müəllif bildirib ki, Ayətullah Xomeyninin nəvəsinin böyük simvolik çəkisi var və deyilənə görə, Xameneinin varisləri siyahısındadır. Qeyd olunub ki, onlar bu yaxınlarda birlikdə şəkil belə çəkdiriblər.

Müəllif sonda qeyd edib ki, bütün bu adlardan əlavə, əsl həlledici məsələ müharibə şəraitində vəziyyət sürətlə dəyişdiyindən Ekspertlər Məclisinin fiziki olaraq toplana bilib-bilməməsidir. (Oxu.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Cinayət yolu ilə əldə olunan vəsaitlərin aqibəti necə olur? – Baş Prokurordan AÇIQLAMA

Cinayət yolu ilə əldə olunan vəsaitlərin aqibəti necə olur? – Baş Prokurordan AÇIQLAMA

Paytaxtın bu rayonunda 20-yə yaxın bina SÖKÜLƏCƏK

Paytaxtın bu rayonunda 20-yə yaxın bina SÖKÜLƏCƏK

Baş məşqçi Ronaldo ilə yaşanan münaqişədən danışdı

Baş məşqçi Ronaldo ilə yaşanan münaqişədən danışdı

Şamaxıda yol qəzası: Piyada hadisə yerində dünyasını dəyişdi

Şamaxıda yol qəzası: Piyada hadisə yerində dünyasını dəyişdi

Zakir Həsənov Vasiliy Osmakovla görüşdü – Detallar - FOTO

Zakir Həsənov Vasiliy Osmakovla görüşdü – Detallar - FOTO

Tramp ABŞ qoşunlarının İraqdan çıxarıldığını TƏSDİQLƏDİ

Tramp ABŞ qoşunlarının İraqdan çıxarıldığını TƏSDİQLƏDİ

Ronaldo Portuqaliya millisini TƏRK ETDİ

Ronaldo Portuqaliya millisini TƏRK ETDİ

Türkiyə MMN Azərbaycanda keçirilən təlimdən VİDEO paylaşdı

Türkiyə MMN Azərbaycanda keçirilən təlimdən VİDEO paylaşdı

"Flydubai" aviaşirkətinin təyyarəsi İsrailə ENİŞ ETDİ

"Flydubai" aviaşirkətinin təyyarəsi İsrailə ENİŞ ETDİ

Tərbiyəçi-müəllim vəzifəsinə işə qəbul üzrə müsahibə ELAN EDİLİR

Tərbiyəçi-müəllim vəzifəsinə işə qəbul üzrə müsahibə ELAN EDİLİR

"Tacir bundan da pis günə qalacaq, oğlum öldü, yasına gəlmədi..." - FOTO

"Tacir bundan da pis günə qalacaq, oğlum öldü, yasına gəlmədi..." - FOTO

Həbsdə olan vəkillər azadlığa buraxıldılar - FOTO

Həbsdə olan vəkillər azadlığa buraxıldılar - FOTO

İranda qadın könüllülər üçün ilk hərbi təlim keçirildi - FOTO

İranda qadın könüllülər üçün ilk hərbi təlim keçirildi - FOTO

"Flydubai" reysində bıçaqlanan pilot barəsində bəzi DETALLAR

"Flydubai" reysində bıçaqlanan pilot barəsində bəzi DETALLAR

Böyük Britaniya Aİ-yə təkrar qoşulmağı nəzərdən keçirir

Böyük Britaniya Aİ-yə təkrar qoşulmağı nəzərdən keçirir

Zakir Həsənov iki ölkənin müdafiə nazirləri ilə görüşdü - FOTO

Zakir Həsənov iki ölkənin müdafiə nazirləri ilə görüşdü - FOTO

ABŞ-də İLK: Qadının edam edilməsi son anda təxirə salındı

ABŞ-də İLK: Qadının edam edilməsi son anda təxirə salındı

Bakıda bu binalar təmir ediləcək

Bakıda bu binalar təmir ediləcək

Bakının mərkəzində parkdan meyit tapıldı

Bakının mərkəzində parkdan meyit tapıldı

Azər Qasımovun qardaşı 200 mini ödəmir - Həbsi tələb edildi

Azər Qasımovun qardaşı 200 mini ödəmir - Həbsi tələb edildi

General-polkovnik Kərim Vəliyev Türkmənistanın hərbi nümayəndə heyəti ilə görüşdü

General-polkovnik Kərim Vəliyev Türkmənistanın hərbi nümayəndə heyəti ilə görüşdü

Hesablama Palatası 2027-ci ilin büdcə layihəsini MÜZAKİRƏ ETDİ

Hesablama Palatası 2027-ci ilin büdcə layihəsini MÜZAKİRƏ ETDİ

“Bir-birimizdən təcrübə qazanırıq!” - "Birliyin Gücü – 2026" təlimindən görüntülər – VİDEO

“Bir-birimizdən təcrübə qazanırıq!” - "Birliyin Gücü – 2026" təlimindən görüntülər – VİDEO

Qadınların müqaviləli hərbi xidmət müddəti kəskin AZALDILDI

Qadınların müqaviləli hərbi xidmət müddəti kəskin AZALDILDI

End of content

No more pages to load

RADİO