ABŞ Türkiyədən İrana hücum etməyi istəyib? – Ankaradan AÇIQLAMA

Türkiyə Prezident Administrasiyası yanında Dezinformasiyaya Qarşı Mübarizə Mərkəzi ABŞ prezidenti Donald Trampın guya Türkiyə rəhbərliyinə İrana hücum etmək tələbi ilə bağlı iddiaları təkzib edib.

Bizim.Media xəbər verir ki, Mərkəzin açıqlamasında bildirilir ki, sosial şəbəkələrdə yayılan bu iddialar həqiqəti əks etdirmir.
 

“Bəzi sosial şəbəkələrdə yayılan məlumatlarda Trampın Türkiyəyə İrana hücum etməyi əmr etdiyi, Türkiyənin İrana qarşı gizli hərbi planın bir hissəsi olduğu və guya bu müharibəyə qoşulmaq müqabilində CAATSA sanksiyalarının ləğvini tələb etdiyi iddia olunur. Bu məlumatlar həqiqətə uyğun deyil. Türkiyə müstəqil və suveren dövlət kimi xarici siyasətini özü müəyyənləşdirir və təhlükəsizlik sahəsində qərarları müstəqil şəkildə qəbul edir. Bu barədə digər iddiaların heç bir əsası yoxdur”, – deyə açıqlamada bildirilir.


Qeyd olunur ki, Türkiyəyə qarşı bu iddialar çərşənbə axşamı xarici sosial şəbəkələrdə geniş şəkildə yayılıb.

Türkiyənin xarici işlər naziri Hakan Fidan da İran ətrafındakı böhranla bağlı genişmiqyaslı dezinformasiya kampaniyasına diqqət çəkib.

“Türkiyənin mövqeyi və həyata keçirdiyi siyasətlə bağlı çox ciddi dezinformasiya kampaniyası aparılır. Biz bunu görürük. Bununla ölkə səviyyəsində məşğul olanlar da var, fərdi şəkildə və qruplar halında fəaliyyət göstərənlər də, həmçinin terror təşkilatları çərçivəsində bunu edənlər də var. Biz onların hamısını izləyirik. Eyni zamanda ictimai rəyin formalaşdırılması əməliyyatlarında istifadə olunan ritorika və arqumentləri də diqqətlə izləyirik”, – deyə Fidan TRT Haber telekanalına müsahibəsində bildirib. (Mənbə: TASS)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Neftin qiymətləri 2020-ci ildən bəri ən kəskin şəkildə bahalaşır

Neftin qiymətləri 2020-ci ildən bəri ən kəskin şəkildə bahalaşır

Azərbaycanda 31 aptekdə nöqsan aşkarlandı

Azərbaycanda 31 aptekdə nöqsan aşkarlandı

Xamenei ilə vida mərasimi bu gün başlayacaq

Xamenei ilə vida mərasimi bu gün başlayacaq

SON DƏQİQƏ! Əbdül Musayev və Rüstəm Hüseynov Azərbaycana ekstradisiya olundu

SON DƏQİQƏ! Əbdül Musayev və Rüstəm Hüseynov Azərbaycana ekstradisiya olundu

Mübahisə etdiyi tanışına 5 bıçaq zərbəsi vurdu

Mübahisə etdiyi tanışına 5 bıçaq zərbəsi vurdu

İsrail aviasiyası Tehranda onlarla hərbi obyekti məhv etdi - ANBAAN VİDEO

İsrail aviasiyası Tehranda onlarla hərbi obyekti məhv etdi - ANBAAN VİDEO

Pul gözlənilmədən gələcək: mart ayında varlanacaq BÜRCLƏR

Pul gözlənilmədən gələcək: mart ayında varlanacaq BÜRCLƏR

Yaponiyanın Azərbaycandakı səfirliyi konsulluq xidmətlərini bərpa etdi

Yaponiyanın Azərbaycandakı səfirliyi konsulluq xidmətlərini bərpa etdi

Ramil Abbasova yüksək vəzifə verildi – FOTO

Ramil Abbasova yüksək vəzifə verildi – FOTO

3 illik analıq MƏZUNİYYƏTİ - Niyə kağız üzərində qalır?

3 illik analıq MƏZUNİYYƏTİ - Niyə kağız üzərində qalır?

Brilliant Dadaşovanın tonqal ətrafında rəqsi – VİDEO

Brilliant Dadaşovanın tonqal ətrafında rəqsi – VİDEO

Martın 9-da buraxılış imtanı keçiriləcək şəhər və rayonların SİYAHISI

Martın 9-da buraxılış imtanı keçiriləcək şəhər və rayonların SİYAHISI

İrandan Azərbaycana təxliyə edilənlərin sayı AÇIQLANDI - FOTO

İrandan Azərbaycana təxliyə edilənlərin sayı AÇIQLANDI - FOTO

İranla bağlı QORXUNC XƏBƏRDARLIQ – “Bu stansiya vurulsa, regional fəlakət olacaq”

İranla bağlı QORXUNC XƏBƏRDARLIQ – “Bu stansiya vurulsa, regional fəlakət olacaq”

Mübariz Abdullayev vəfat etdi

Mübariz Abdullayev vəfat etdi

Milli Qəhrəmanın bacı və qardaşı Zaqatalada şəhid ailələrinin üzvləri ilə bir arada – FOTO

Milli Qəhrəmanın bacı və qardaşı Zaqatalada şəhid ailələrinin üzvləri ilə bir arada – FOTO

Azərbaycan qeyri-neft məhsullarının ixracından nə qədər QAZANIB?

Azərbaycan qeyri-neft məhsullarının ixracından nə qədər QAZANIB?

İran ABŞ-ın Bağdaddakı bazasına zərbə endirdi – ANBAAN VİDEO

İran ABŞ-ın Bağdaddakı bazasına zərbə endirdi – ANBAAN VİDEO

İlahə Həsənova qalmaqallı məktəbə direktor TƏYİN EDİLDİ

İlahə Həsənova qalmaqallı məktəbə direktor TƏYİN EDİLDİ

"Şahdağ"da xizək alpinizmi üzrə Avropa çempionatı açılış mərasimi keçirildi – FOTO

"Şahdağ"da xizək alpinizmi üzrə Avropa çempionatı açılış mərasimi keçirildi – FOTO

“Qalatasaray” kubok matçında qələbə qazandı - VİDEO

“Qalatasaray” kubok matçında qələbə qazandı - VİDEO

Bu şəxslərə 25 milyon manat QAYTARILDI

Bu şəxslərə 25 milyon manat QAYTARILDI

İlham Əliyev: “Azərbaycan bu göstəricidə dünyada birinci yerdədir” – FOTO

İlham Əliyev: “Azərbaycan bu göstəricidə dünyada birinci yerdədir” – FOTO

Mağazada quldurluq edən şəxsə HÖKM OXUNDU

Mağazada quldurluq edən şəxsə HÖKM OXUNDU

End of content

No more pages to load

RADİO