Qətlə yetirilən Xamenei kim idi? -Bir gecədə “Ayətullah” oldu

2025-ci ilin iyununda baş verən 12 günlük müharibədən səkkiz ay sonra İran yenidən ABŞ və İsrailin hədəfinə çevrildi. İsrail və ABŞ əsas hədəflərindən birinin İranın ali lideri Əli Xamenei olduğunu açıqladı. Gecə saatlarından ABŞ və İran onun öldürüldüyünü desə də, Tehran bu məlumatı təkzib edərək, Xameneinin “təhlükəsizlikdə” olduğunu bildirdi.

Nəhayət, İsrail onun səhər saatlarında təşkil edilmiş hücumlarda öldüyünü açıqladı. Ardınca ABŞ Prezidenti bu faktı elan etdi.

Donald Tramp onu “tarixin ən pis insanlarından biri” adlandırdı. Bəs İranın ali dini lideri olan Xamenei kimdir və onun hakimiyyət yolu necə başlayıb?

Bizim.Media onilliklərdir İran siyasətində son söz sahibi olan Xameneinin həyat yoluna nəzər salır:

Xomeyni ilə tanışlıq

Əli Xamenei 19 aprel 1939-cu ildə Məşhəddə, əslən təbrizli ailədə anadan olub. Atası ruhani idi və o da atasının yolunu davam etdirərək, gənc yaşlarında dini təhsilə başlayıb. Məşhəd və Nəcəfdə təhsil aldıqdan sonra İranın dini mərkəzi olan Qum şəhərində fəaliyyət göstərib. Burada o, sonradan İran İslam İnqilabına rəhbərlik edəcək Ruhullah Xomeyni ilə tanış olub.

Şah dövründə Xomeyninin ideyalarını yaydığı üçün Xamenei altı dəfə saxlanılıb, işgəncələrə məruz qalıb və siyasi fəaliyyətinə görə təqib olunub.

1979-cu il inqilabı və yüksəliş

1979-cu il həm İran, həm də Xamenei üçün dönüş nöqtəsi oldu. 16 yanvar 1979-cu ildə şah Məhəmməd Rza Pəhləvi ölkəni tərk etdi. 1 fevralda Xomeyni sürgündən Tehrana qayıtdı və 11 fevralda monarxiya devrildi. İran İslam Respublikası elan olundu.

İnqilabdan sonra Xamenei sürətlə hakimiyyət strukturlarında yüksəldi. O, İnqilab Şurasında təmsil olundu, parlament üzvü seçildi, müdafiə nazirinin müavini vəzifəsində çalışdı və İranın ən güclü hərbi-siyasi qurumlarından olan İslam İnqilabı Keşikçiləri Korpusunun formalaşmasında rol oynadı.

Sui-qəsd, prezidentlik və müharibə

1981-ci ildə məsciddə çıxış edərkən Xameneiyə qarşı sui-qəsd törədildi. Partlayış nəticəsində o, ağır yaralandı və sağ qolu iflic oldu. Həmin il prezident və baş nazirin öldürülməsindən sonra keçirilən seçkilərdə Xamenei səslərin böyük çoxluğunu qazanaraq prezident seçildi.

Onun prezidentliyi dövrü səkkiz il davam edən və yüz minlərlə insanın həyatına son qoyan İran-İraq müharibəsi ilə yadda qaldı.

Bir gecədə “Ayətullah” oldu

1989-cu ildə Xomeyninin vəfatından sonra 49 yaşlı Xamenei İranın yeni ali lideri seçildi. Lakin ozamanadək yüksək dini rütbəyə malik deyildi. İslam Respublikasının qanunlarına görə, ali lider yüksək səviyyəli din xadimi olmalı idi. Bu səbəbdən Xamenei qısa müddətdə “Ayətullah” elan olundu və Konstitusiyaya dəyişiklik edildi.

Beləliklə, o, bir gecənin içində həm dini rütbə qazandı, həm də ölkənin ən ali siyasi-dini postuna yüksəldi.

“Müqavimət oxu”

Xameneinin rəhbərliyi dövründə İran regionda təsirini genişləndirdi və ABŞ ilə İsrailə qarşı “müqavimət oxu” adlandırılan geosiyasi xətt formalaşdırdı. Bu strategiya çərçivəsində Livanda “Hizbullah”, Yəməndə husilər, İraqda şiə silahlı qrupları və Fələstin təşkilatları ilə əlaqələr gücləndirildi.

Bu siyasətin əsas fiqurlarından biri Qasım Süleymani idi. O, 2020-ci ildə İraqda ABŞ zərbəsi nəticəsində öldürüldü. Xamenei onun dəfn mərasimində şəxsən iştirak edərək namaza rəhbərlik etmişdi.

Nüvə sazişi

İranın Qərblə ən ciddi qarşıdurma mövzusu nüvə proqramı olub. Ağır sanksiyalar fonunda Tehran 2015-ci ildə nüvə proqramının məhdudlaşdırılması müqabilində sanksiyaların yumşaldılmasını nəzərdə tutan razılaşmaya imza atdı. Lakin 2018-ci ildə ABŞ sazişdən çıxdı və gərginlik yenidən artdı.

Məhsa Əmininin ölümündən başlayan etirazlar…

Xameneinin uzunmüddətli hakimiyyəti etirazlarla da müşayiət olunub. 2009-cu ildə prezident seçkilərindən sonra baş verən kütləvi nümayişlər, 2017 və 2019-cu illərdə iqtisadi çətinliklərə qarşı aksiyalar, eləcə də, 2022-ci ildə 22 yaşlı Məhsa Əmininin ölümündən sonra geniş vüsət alan etirazlar ölkədə ciddi siyasi sarsıntılar yaratdı. Xamenei bu hadisələrə görə xarici qüvvələri günahlandırdı.

2025-ci il…

2025-ci ildə İran İsrail və ABŞ hücumlarının hədəfi oldu. 12 günlük müharibə zamanı nüvə və hərbi obyektlər vuruldu, nüvə alimləri öldürüldü. ABŞ-nin B-2 bombardmançıları İranın strateji obyektlərini hədəfə aldı. Tehran isə İsrailə raket hücumları ilə cavab verdi.

Onilliklər ərzində hakimiyyətdə olan Əli Xamenei İranın siyasi sistemini formalaşdıran əsas fiqur oldu. Onun həyatı sui-qəsddən sağ çıxmaqdan tutmuş bir gecədə ali dini rütbə qazanmağa və regionun ən təsirli liderlərindən birinə çevrilməyə qədər dramatik dönüşlərlə zəngin oldu. (Qafqazinfo.az)

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Cinayət yolu ilə əldə olunan vəsaitlərin aqibəti necə olur? – Baş Prokurordan AÇIQLAMA

Cinayət yolu ilə əldə olunan vəsaitlərin aqibəti necə olur? – Baş Prokurordan AÇIQLAMA

Paytaxtın bu rayonunda 20-yə yaxın bina SÖKÜLƏCƏK

Paytaxtın bu rayonunda 20-yə yaxın bina SÖKÜLƏCƏK

Baş məşqçi Ronaldo ilə yaşanan münaqişədən danışdı

Baş məşqçi Ronaldo ilə yaşanan münaqişədən danışdı

Şamaxıda yol qəzası: Piyada hadisə yerində dünyasını dəyişdi

Şamaxıda yol qəzası: Piyada hadisə yerində dünyasını dəyişdi

Zakir Həsənov Vasiliy Osmakovla görüşdü – Detallar - FOTO

Zakir Həsənov Vasiliy Osmakovla görüşdü – Detallar - FOTO

Tramp ABŞ qoşunlarının İraqdan çıxarıldığını TƏSDİQLƏDİ

Tramp ABŞ qoşunlarının İraqdan çıxarıldığını TƏSDİQLƏDİ

Ronaldo Portuqaliya millisini TƏRK ETDİ

Ronaldo Portuqaliya millisini TƏRK ETDİ

Türkiyə MMN Azərbaycanda keçirilən təlimdən VİDEO paylaşdı

Türkiyə MMN Azərbaycanda keçirilən təlimdən VİDEO paylaşdı

"Flydubai" aviaşirkətinin təyyarəsi İsrailə ENİŞ ETDİ

"Flydubai" aviaşirkətinin təyyarəsi İsrailə ENİŞ ETDİ

Tərbiyəçi-müəllim vəzifəsinə işə qəbul üzrə müsahibə ELAN EDİLİR

Tərbiyəçi-müəllim vəzifəsinə işə qəbul üzrə müsahibə ELAN EDİLİR

"Tacir bundan da pis günə qalacaq, oğlum öldü, yasına gəlmədi..." - FOTO

"Tacir bundan da pis günə qalacaq, oğlum öldü, yasına gəlmədi..." - FOTO

Həbsdə olan vəkillər azadlığa buraxıldılar - FOTO

Həbsdə olan vəkillər azadlığa buraxıldılar - FOTO

İranda qadın könüllülər üçün ilk hərbi təlim keçirildi - FOTO

İranda qadın könüllülər üçün ilk hərbi təlim keçirildi - FOTO

"Flydubai" reysində bıçaqlanan pilot barəsində bəzi DETALLAR

"Flydubai" reysində bıçaqlanan pilot barəsində bəzi DETALLAR

Böyük Britaniya Aİ-yə təkrar qoşulmağı nəzərdən keçirir

Böyük Britaniya Aİ-yə təkrar qoşulmağı nəzərdən keçirir

Zakir Həsənov iki ölkənin müdafiə nazirləri ilə görüşdü - FOTO

Zakir Həsənov iki ölkənin müdafiə nazirləri ilə görüşdü - FOTO

ABŞ-də İLK: Qadının edam edilməsi son anda təxirə salındı

ABŞ-də İLK: Qadının edam edilməsi son anda təxirə salındı

Bakıda bu binalar təmir ediləcək

Bakıda bu binalar təmir ediləcək

Bakının mərkəzində parkdan meyit tapıldı

Bakının mərkəzində parkdan meyit tapıldı

Azər Qasımovun qardaşı 200 mini ödəmir - Həbsi tələb edildi

Azər Qasımovun qardaşı 200 mini ödəmir - Həbsi tələb edildi

General-polkovnik Kərim Vəliyev Türkmənistanın hərbi nümayəndə heyəti ilə görüşdü

General-polkovnik Kərim Vəliyev Türkmənistanın hərbi nümayəndə heyəti ilə görüşdü

Hesablama Palatası 2027-ci ilin büdcə layihəsini MÜZAKİRƏ ETDİ

Hesablama Palatası 2027-ci ilin büdcə layihəsini MÜZAKİRƏ ETDİ

“Bir-birimizdən təcrübə qazanırıq!” - "Birliyin Gücü – 2026" təlimindən görüntülər – VİDEO

“Bir-birimizdən təcrübə qazanırıq!” - "Birliyin Gücü – 2026" təlimindən görüntülər – VİDEO

Qadınların müqaviləli hərbi xidmət müddəti kəskin AZALDILDI

Qadınların müqaviləli hərbi xidmət müddəti kəskin AZALDILDI

End of content

No more pages to load

RADİO