ABŞ-ın nüfuzlu nəşrlərindən olan “Foreign Policy” jurnalı İranın mövcud geosiyasi vəziyyəti düzgün dəyərləndirmədiyini yazıb.
Bizim.Media xəbər verir ki, jurnalın dərc etdiyi hesabatda bildirilir ki, İran ABŞ ilə aparılan danışıqlar prosesini öz nəzarətində hesab edir və proseslərin inkişafını idarə edə bildiyini düşünür. Ancaq nəşr bu yanaşmanı “təhlükəli yanlış hesablama” kimi qiymətləndirir.
Məqalədə vurğulanır ki, İran hakimiyyəti qarşı tərəfin strateji niyyətlərini və mümkün reaksiyalarını yetərincə düzgün analiz etmir. (Independent Persian)
Bizim.Media