Rusiyadan göndərilən taxıl yüklü vaqonlar Azərbaycandan keçməklə Ermənistana çatıb.
Bizim.Media xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.
Məlumata görə, Azərbaycan Respublikası ərazisindən tranzit keçməklə ümumi çəkisi 1746 ton olan 25 ədəd taxıl yüklü vaqon Ermənistan Respublikasına çatıb.
Vaqonlar fevralın 1-də Azərbaycandan Ermənistana yola salınıb.
Bizim.Media