Ermənistanın enerji sisteminin Türkiyə, Azərbaycan, İran və Gürcüstanla sinxronlaşdırılması mümkündür.
Bizim.Media erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Ermənistanın ərazi idarəetməsi və infrastruktur naziri Davit Xudatyan bildirib.
Onun sözlərinə görə, Ermənistanın enerji sisteminin qonşu ölkələrlə sinxronlaşdırılması təkcə idxal və ixrac baxımından deyil, eyni zamanda enerji sisteminin dayanıqlığının artırılması baxımından da mühüm əhəmiyyət daşıyır.
Xudatyan qeyd edib ki, hazırda bunun üçün heç bir texniki maneə mövcud deyil, lakin layihənin reallaşdırılma müddətləri hələlik müəyyən edilməyib.
Bizim.Media