Paşinyanın adamları müxalif deputatların “ermənilərin Qarabağa qayıdışı” ilə bağlı layihəsinə səs vermədi - FOTO

Bu gün Ermənistanda Nikol Paşinyanın rəhbərlik etdiyi hakim “Vətəndaş müqaviləsi” partiyasının nümayəndələri “Avronest”in sessiyasında ermənilərin Qarabağa qayıtmaq hüququnun müdafiəsini tələb edən qətnamə layihəsinin lehinə səs verməyiblər.

Bizim.Media xəbər verir ki, layihənin müəllifləri müxalif deputatlar - Anna Qriqoryan, Elinar Vardanyan, Hayk Mamikonyan və daha iki avropalı parlament üzvü olub.

Paşinyanın partiyasından olan deputat Arman Yeqoyan faktiki olaraq etiraf edib ki, rəsmi İrəvan artıq Azərbaycandan Qarabağı tərk etmiş ermənilərin geri qaytarılmasını tələb etmir.

Erməni KİV-lərinin məlumatına görə, Yeqoyan müxalif “Ermənistan” blokunun deputatı Artur Xaçatryanın sessiyanın yekun qətnaməsinə “ermənilərin təhlükəsiz qayıdışına təminat verilməsi” ilə bağlı düzəliş təklifinə münasibət bildirərkən qeyd edib ki, bu təklif Ermənistanın rəsmi mövqeyini əks etdirmir.

“Ermənistanın xarici siyasətinə cavabdeh vəzifəli şəxslər hazırda Azərbaycana qarşı belə bir tələb irəli sürmürlər,” – deyə deputat vurğulayıb.

Beləliklə, hakim partiya nümayəndəsinin bu açıqlaması Ermənistanın Azərbaycanın suverenliyinin bərpasından sonra formalaşan yeni reallığı dolayısı ilə qəbul etməsi kimi qiymətləndirilə bilər.

Ermənistan faktiki olaraq əvvəlki ərazi iddialarından imtina edir və Qarabağ ermənilərinin qayıdışı məsələsinin aktuallığını itirdiyi praqmatik gündəliyə keçir.

Xatırladaq ki, Şərq Tərəfdaşlığı Parlament Assambleyasının (“Avronest”) 12-ci plenar sessiyası 28–30 oktyabr tarixlərində İrəvanda keçirilir.

“Avronest” Avropa İttifaqı ilə onun Şərqi Avropa tərəfdaşları arasında siyasi assosiasiyanın və iqtisadi inteqrasiyanın irəlilədilməsinə yönəlmiş parlament forumudur.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Avropa İttifaqı Ukraynaya 2,86 milyard dollar ayırdı – HARA XƏRCLƏNƏCƏK?

Avropa İttifaqı Ukraynaya 2,86 milyard dollar ayırdı – HARA XƏRCLƏNƏCƏK?

Səmədovun mənimsədiyi pulu oğlu qaytardı - 300 min...

Səmədovun mənimsədiyi pulu oğlu qaytardı - 300 min...

Bakının mərkəzində kəlağayı yürüşü keçirildi – FOTO

Bakının mərkəzində kəlağayı yürüşü keçirildi – FOTO

Bakıda piyada zolağını zəbt edən sürücülərlə bağlı tədbir görüldü

Bakıda piyada zolağını zəbt edən sürücülərlə bağlı tədbir görüldü

Azərbaycan Ordusunda NATO-nun qiymətləndirmə təlimi keçirilir – FOTO

Azərbaycan Ordusunda NATO-nun qiymətləndirmə təlimi keçirilir – FOTO

İstanbuldan Bakıya gələn sərnişində külli miqdarda dərman aşkarlandı

İstanbuldan Bakıya gələn sərnişində külli miqdarda dərman aşkarlandı

Hörmüz boğazında DƏHŞƏT: 2500 konteyner daşıyan gəmi minaya düşərək batdı

Hörmüz boğazında DƏHŞƏT: 2500 konteyner daşıyan gəmi minaya düşərək batdı

Şagirdlərin nümunəvi məktəb həyatı və ideoloji təxribatın çirkin üzü - FOTO/VİDEO

Şagirdlərin nümunəvi məktəb həyatı və ideoloji təxribatın çirkin üzü - FOTO/VİDEO

Rusiyalı hərbi əsir 5 Ukrayna əsgərini GÜLLƏLƏDİ - FOTO

Rusiyalı hərbi əsir 5 Ukrayna əsgərini GÜLLƏLƏDİ - FOTO

Aygül Şahüseynzadəyə nazirlikdə YÜKSƏK VƏZİFƏ verildi

Aygül Şahüseynzadəyə nazirlikdə YÜKSƏK VƏZİFƏ verildi

İsti hava şəraiti nə vaxtadək DAVAM EDƏCƏK?

İsti hava şəraiti nə vaxtadək DAVAM EDƏCƏK?

Bilgəhdə faciəli qəza: Sürücü və sərnişin vəfat etdi

Bilgəhdə faciəli qəza: Sürücü və sərnişin vəfat etdi

Nəriman Axundzadə "Ərzurumspor"dan ayrılır?

Nəriman Axundzadə "Ərzurumspor"dan ayrılır?

Həbs edilən polkovnik Ceyhun Həsənovun yaxın adamı imiş - Rüşvətin məbləği bilindi

Həbs edilən polkovnik Ceyhun Həsənovun yaxın adamı imiş - Rüşvətin məbləği bilindi

Payızın ortasında YAY HAVASI – Son illərin ən isti oktyabrını yaşayırıq? – RƏSMİ AÇIQLAMA

Payızın ortasında YAY HAVASI – Son illərin ən isti oktyabrını yaşayırıq? – RƏSMİ AÇIQLAMA

Nigar Əliyeva departament rəhbəri oldu

Nigar Əliyeva departament rəhbəri oldu

Məhkəmə Köçəryanla bağlı QƏRAR VERDİ

Məhkəmə Köçəryanla bağlı QƏRAR VERDİ

Hakan Fidan Bakıda keçiriləcək AQEM konfransında Ərdoğanı təmsil edəcək

Hakan Fidan Bakıda keçiriləcək AQEM konfransında Ərdoğanı təmsil edəcək

Bacısı oğluna işgəncə verən falçının məhkəməsi: "Hər dəfə uşaq deyirdi ki, pişik cırmaqlayıb"

Bacısı oğluna işgəncə verən falçının məhkəməsi: "Hər dəfə uşaq deyirdi ki, pişik cırmaqlayıb"

Rəsmi Bakı Fransanı Azərbaycanla bağlı əsassız iddialara son qoymağa ÇAĞIRDI

Rəsmi Bakı Fransanı Azərbaycanla bağlı əsassız iddialara son qoymağa ÇAĞIRDI

Trampdan qalmaqallı VİDEO: "Tanrı dünyanı idarə etmək üçün Trampı yaratdı"

Trampdan qalmaqallı VİDEO: "Tanrı dünyanı idarə etmək üçün Trampı yaratdı"

“Barselona”dan tarixi REKORD

“Barselona”dan tarixi REKORD

Anasının ölüm xəbərinə ürəyi dözmədi – İki saat sonra vəfat etdi

Anasının ölüm xəbərinə ürəyi dözmədi – İki saat sonra vəfat etdi

Vyetnamın Vitse-prezidenti Azərbaycana GƏLDİ

Vyetnamın Vitse-prezidenti Azərbaycana GƏLDİ

End of content

No more pages to load

RADİO