Paşinyan danışıqlar masasında necə oturub? – Erməni müəllifin ŞƏRHİ

Robert Köçəryana görə, Nikol Paşinyan Ermənistanı danışıqlar masasına özünəməxsus tərzdə otuzdurub. Yəni o masada Ermənistan öz problemlərini müzakirə etmir, başqa ölkələrin liderləri əyləşib.

Bizim.Media xəbər verir ki, bu fikirləri “7or.am” saytında erməni müəllif Ayk Usunts yazıb.

Onun sözlərinə görə, Paşinyan Qarabağı təslim edib, ölkədə alver bazarı yaradıb:

"Ancaq bu, Nikolu qətiyyən narahat etmir, çünki onun üçün kreslosunu qorumaq və talan etmək daha vacibdir.
 

MÖVZU İLƏ BAĞLI:

Erməni diasporu Paşinyanla niyə görüşmək istəmir? – Səfir Moskvada əl-ayağa düşüb


Danışıq masasına oturmağın xronologiyasına gəlincə, hər şey 9 may 2018-ci ildə başladı. Yəni, baş nazir olandan sonrakı gündən. Həmin gün Nikol Xankəndidə müvafiq mandata malik olmadığı üçün Qarabağ əvəzinə danışıqlar aparmayacağını və rəsmi Xankəndinin danışıqlar masasına əyləşməsini bildirdi.

Nikolun yanaşması vasitəçilər və Azərbaycan tərəfindən qəbul edilmədi. Sərt bəyanatlar verildi, bundan sonra Nikol itaətkar şəkildə uduzan statusunda danışıqlara getdi və öz təklifindən geri çəkildi.

Nikol “Artsax”ın əvəzinə danışdı, amma heç bir danışıq aparmadığını açıq şəkildə nümayiş etdirdi.
 

Nikol sonra sıfır nöqtəsindən danışıqlar apardığını söylədi və bu əslində Madrid prinsiplərindən imtina etmək demək idi. 


9 may 2018-ci ildən 27 sentyabr 2020-ci ilədək Nikol bu cür səylə danışıqlar prosesini pozdu, Ermənistan Respublikasının diplomatik sərvətini sıfırladı  və Ermənistanı tək buraxdı. Nəticədə Azərbaycan rəhbərliyi əks-hücuma keçmək imkanı əldə etdi və dünya birliyindən heç bir qınaq almadı. 

Nikol bizə müharibəni və məğlubiyyət gətirdi. Bu məğlubiyyət nəticəsində Ermənistan indi subyektivlikdən məhrumdur.

Nikolun siyasəti nəticəsində “Artsax”ı danışıqlar masasına qaytarmaq niyyəti ilə “Artsax” öz “dövlətçiliyini”, erməni xalqı isə minlərlə oğlunu itirdi.

Nikol indi də ölkəmizi danışıqlar masasında eyni mövqedə əyləşdirib.
 

Hazırda məsələləri müzakirə edən Nikol deyil, Rusiya Federasiyası, İran, Türkiyə və Azərbaycan liderləri Ermənistan məsələsini müzakirə edir. İranlıların indi rəsmi İrəvandan daha çox Zəngəzurdan danışması təsadüfi deyil.


Azərbaycan və Türkiyənin ilkin şərtlərinə İrəvan yox, Moskva cavab verir.

Görünür, Nikol danışıqlar masasında özünü çox rahat hiss edir. Üstəlik, rahatlaşır və zövq alır. Ermənistanın kimin qarşısında əyiləcəyi ilə də maraqlanmır. Onun üçün əsas şey kresloda qalmaq və dövlət büdcəsini öz cüzdanına çevirməkdir”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Messinin xanımından əri ilə bağlı PAYLAŞIM

Messinin xanımından əri ilə bağlı PAYLAŞIM

Azərbaycanda toylar üçün yeni şərtlər: 2 saat, maksimum 100 nəfər

Azərbaycanda toylar üçün yeni şərtlər: 2 saat, maksimum 100 nəfər

Bu şəhər sürətlə yerin altına batır - Milyonlarla əhalisi var

Bu şəhər sürətlə yerin altına batır - Milyonlarla əhalisi var

Sevgidən başlarını ən tez itirən BÜRCLƏR

Sevgidən başlarını ən tez itirən BÜRCLƏR

Azərbaycanda 3.8 milyard kubmetr su itkiyə gedir

Azərbaycanda 3.8 milyard kubmetr su itkiyə gedir

Argentina “10” nömrəsini kimə həvalə edəcək?

Argentina “10” nömrəsini kimə həvalə edəcək?

Toyuq ətini əvəz edən qida - Tərkibində 25 faiz zülal var

Toyuq ətini əvəz edən qida - Tərkibində 25 faiz zülal var

"Sabah" braziliyalı futbolçu transfer etdi

"Sabah" braziliyalı futbolçu transfer etdi

ABŞ-nin İrana zərbəsi toy məclisinə düşdü – Ölənlər var

ABŞ-nin İrana zərbəsi toy məclisinə düşdü – Ölənlər var

Bakının bu ərazilərində işıq olmayacaq

Bakının bu ərazilərində işıq olmayacaq

Zelenski: “Ukrayna Rusiya istiqamətində zərbələri dayandıracaq”

Zelenski: “Ukrayna Rusiya istiqamətində zərbələri dayandıracaq”

Bakı metrosunun 4 stansiyası ilə bağlı şad xəbər - RƏSMİ

Bakı metrosunun 4 stansiyası ilə bağlı şad xəbər - RƏSMİ

İran Hörmüz boğazının bağlandığını ELAN ETDİ

İran Hörmüz boğazının bağlandığını ELAN ETDİ

Qeyri-rəsmi yaşadığı kişi tərəfindən vəhşicəsinə döyüldü

Qeyri-rəsmi yaşadığı kişi tərəfindən vəhşicəsinə döyüldü

"Elə bil, bütün kişilər tək bir qadınla evlənir"

"Elə bil, bütün kişilər tək bir qadınla evlənir"

Filippində güclü zəlzələ oldu

Filippində güclü zəlzələ oldu

Bu icra başçıları pensiya alır - Adlar

Bu icra başçıları pensiya alır - Adlar

İran ABŞ-nin Yaxın Şərqdəki bazalarına hücuma BAŞLADI

İran ABŞ-nin Yaxın Şərqdəki bazalarına hücuma BAŞLADI

Ən qonaqpərvər ÜÇ BÜRC

Ən qonaqpərvər ÜÇ BÜRC

Nikol Paşinyan Putinlə görüşün təfərrüatını açıqladı - VİDEO

Nikol Paşinyan Putinlə görüşün təfərrüatını açıqladı - VİDEO

Polina Rəhimova Azərbaycan millisindəki karyerasını bitirdi

Polina Rəhimova Azərbaycan millisindəki karyerasını bitirdi

Röyanın keçmiş qayınatası həbsdən çıxdı - FOTO

Röyanın keçmiş qayınatası həbsdən çıxdı - FOTO

Bakıda qardaş və bacı bir-birini bıçaqladı

Bakıda qardaş və bacı bir-birini bıçaqladı

“Uşaqları zəhərləyirlər, adamın ürəyi götürmür...” - Bağçadakı qalmaqalın detalları - VİDEO

“Uşaqları zəhərləyirlər, adamın ürəyi götürmür...” - Bağçadakı qalmaqalın detalları - VİDEO

End of content

No more pages to load

RADİO