Türkiyədə bir neçə nəfərin ölümü ilə nəticələnən ağır yol qəzası olub.
Bizim.Media xəbər verir ki, hadisə Kırıkkaledə baş verib.
İki avtomobilin toqquşması nəticəsində 4 nəfər həlak olub, daha 2 nəfər ağır xəsarət alıb.
Hadisə yerinə jandarm, polis və təcili tibbi yardım cəlb edilib. Yaralılar xəstəxanaya çatdırılsa da onların həyatını xilas etmək mümkün olmayıb.
Qəzanın başvermə səbəbləri açıqlanmır.
Faktla bağlı araşdırma aparılır.
Bizim.Media