Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) üzv ölkələri müasir silahlarla təchiz etmək planı hazırlayır.
Bizim.Media xəbər verir ki, bunu Rusiya Baş nazirinin müavini Boris Yurisov KTMT ölkələrinin hərbi-iqtisadi əməkdaşlıq üzrə dövlətlərarası komissiyasında deyib.
O, bunun Əfqanıstandakı vəziyyət fonunda vacib olduğunu söyləyib.
Qeyd edək ki, təşkilata Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya və Tacikistan daxildir.
Bizim.Media